"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 5-09-2017, 14:10
Bu gün Beynəlxalq Xeyriyyə Günüdür



Sentyabrın 5-i dünyanın çox ölkələrində Beynəlxalq Xeyriyyə Günü kimi qeyd edilir. Onun bayram etməsi barədə qərar 2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında çıxarılıb.


AZƏRTAC Golos.ua agentliyinə istinadla xəbər verir ki, həmin tarixin 1997-ci il sentyabrın 5-də vəfat edən Tereza Ananın ölümü günü ilə eyni günə düşməsi heç də təsadüfi deyil. Onun Hindistandakı fəaliyyəti böyük xeyriyyə və dünyada yoxsulluğun aradan qaldırılmasının inkişafına böyük təkan verib, 45 il ərzində dünyanın müxtəlif ölkələrində göstərdiyi xeyriyyə işlərinə görə 1979-cu ildə Tereza Ana Nobel Sülh Mükafatına layiq görülüb.

Beynəlxalq Xeyriyyə Günü BMT-yə üzv olan ölkələrdə qeyd olunur. Onun qeyd edilməsinə Macarıstan hökumətinin təşəbbüsü ilə başlanılıb.

Çox vaxt xeyriyyə işi yetim, xəstə və evsiz-eşiksizlərə göstərilən yardım kimi başa düşülür. Lakin xeyriyyə tədbirləri həm də tarixi abidə və məbədlərin bərpasını, təhsil və müalicə müəssisələrinin təchizatına, hebelə digər məsələləri də əhatə edir. Göstərilən xeyriyyə tədbirləri nəticəsində insanların həyatında yaxşılığı doğru yaranan dəyişiklik, onlara bəxş olunan sevinc hissi onu ümumdünya bayramına çevirib.

Xeyriyyə işiylə lap əvvəllərdən məşğul olublar. Məsələn, dahi A.Eynşteyn öz avtoqraflarını simvolik olaraq 1 dollara paylayırdı, pərəstişkarları 5 dollar ödəməklə ondan avtoqraf alırdılar. O, bundan əldə etdiyi vəsaiti xeyriyyə işlərinə sərf edirdi. Qərbdə ən böyük xeyriyyəçilərdən hesab edilən B. Qeyts xeyirxah məqsədlər üçün 30 milyard dollar xərcləyirdi. Amerika milliarderi Rokfeller də xeyriyyə işlərinə xeyli vəsait ayırırdı.


Paylaş



Bölmə: Ana seife / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!