Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        "UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                       
Tarix : 7-09-2017, 16:48
Millət vəkili Lütfi Zadə ilə bağlı xatirələrindən yazıb


“Professor Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) haqqında ilk dəfə 9-cu sinifdə oxuyarkən (1991) İnformatika Dərsliyi kitabında oxumuşdum. O zaman dünyaca məşhur olan bir alimin azərbaycanlı olması hamımızda böyük maraq oyatmışdı. Uşaqların əksəriyyətində və xüsusən də məndə İKT-yə maraq da elə bu dövrdən və məhz onun sayəsində yaranmışdı”.


Butov.az-ın xəbərinə görə, bu fikirləri millət vəkili Tahir Mirkişili deyib. O, qeyd edib ki, Azərbaycanın yenicə müstəqillik əldə etdiyi bir dövrdə informatika müəllimimiz Lütfi Zadənin şəxsində azərbaycanlıların potensial olaraq nəyə qadir olduqlarını bizə anladırdı: “2006-cı ildə Professor Zadə ilə ABŞ-da görüşdük. O, Azərbaycanı daim izlədiyini, inkişaf konsepsiyasını və seçdiyi yolu xeyli müzakirə edir, doğru yolda olduğumuzu deyir və digər ölkələrlə müqayisə edirdi. Hiss olunurdu ki, o, ürəkdən Azərbaycanı düşünür, bir alim kimi öz hisslərini bizimlə bölüşürdü. Daha sonra o yaşının çoxluğuna və məsafənin uzaqlığına baxmayaraq Azərbaycana gəldi və dövlət başçısı tərəfindən “Dostluq” ordeni ilə təltif olundu. O, bu ordeni daim sinəsində daşıdı. Azərbaycanın dünya elminə, mədəniyyətinə töhfəsi çox olub. Və əminəm ki, bundan sonra da olacaq. Bəlkə də “Dünya vətəndaşları” siyahısı müəyyən etsəydilər, bu siyahıda xeyli azərbaycanlılar olardı. Lütfi Zadə dünyasını dəyişdi. Bir dünyadan digər dünyaya keçdi. Bu dünyada onun kəşfləri, azərbaycanlı kimliyi və “Dostluq” ordeni qaldı. “Professor Zadə” əfsanəsi isə davam edir, onun yolunu davam etdirən və ondan ruhlanan neçə azərbaycanlı olacaq - bunu tarix göstərəcək”.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!