İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 4-11-2017, 02:04
"Muğam dünyası" layihəsi davam edir


Butov.az xəbər verir ki, "Muğam dünyası" layihəsi çərçivəsində BDU-da Milli ahəngimiz adlı konsert proqramı tədbiri təşkil olunub.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov "Muğam Dünyası" layihəsinin təşəbbüsükarlarını salamlayıb və tədbirini yüksək qiymətləndirildiyini vurğulayıb. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmiş. "Muğam Dünyası" sosial şəbəkəsinin təşəbbüskarı, layihə rəhbəri Nicat Müslümov çıxış edərək qeyd edib. Bakı Dövlət Universitetimin rəhbərliyinə dərin təşəkkürünü bildirdi Daha sonra layihə rəhbəri çıxış edərək qeyd edib ki - Ümummilli liderimiz Heydər Əliyev daim musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirirdi. Tanınmış sənət adamlarının tarixi yubileyləri təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olub. Ümummilli liderin davamçısı Prezident İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə çox yüksək dəyər verir, o cümlədən muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Hər iki ildən bir Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam Televiziya Müsabiqəsi keçirilir və hər dəfə bu müsabiqədə 7-8 nəfər yaxşı xanəndə yetişir. Bu, Azərbaycan Muğamının əldə etdiyi uğurdur.

"Muğam dünyası" layihəsi davam edir


"Muğam Dünyası" sosial şəbəkəsinin təşəbbüskarı, layihə rəhbərinin müavini Leyli Hüseynova çıxış edərək qeyd edib ki, - Bu ilin iyulun 2-də Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" qrupunu yaratdıq. Bir neçə dostlarla elə yarandığı gündən fəaliyyətə başladıq. Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda olan muğamsevərləri bir araya gətirməkdir. Bir növü könüllü olaraq dəstək vermək istəmişik ölkəmizə. Məqsədimiz sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm milli muğamı mədəniyyətimizə dəstək olaraq təbliğ etmək, tövhə verməkdir. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Tədbirdə çıxış edən "Muğam Dünyası" , layihəsinin Bakı Dövlət Universiteti üzrə rəhbəri Rəqsanə Əsədova Muğamın , məqsəd və məramlardan danışıb. - "Muğam Dünyası" qrupu olaraq Azərbaycan gənclərini vətənəpərvər görmək istəyirik. Orta və ali məktəb uşaqlarını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, imkanları haqqında maarifləndirmək də məqsədlərimizdən biridir. Bayram konsertləri, dövlət əhəmiyyətli və tarixi günlərdə dəyirmi masa və konfranslar və s. tədbirlər, layihələr həyata keçirmək də gənclərə öz bilik və bacarıqlarını, təbii potensiallarını artırmalarına və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmələrinə şərait yaradacaq.

Muğam Dünyası" , layihəsinin Koordinatoru Günel Quliyeva Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib könüllü olaraq "Muğam Dünyası" qrupunu yaratdıq ki, muğamımızı nəinki Azərbaycanda, ölkəmizdən kənarda təbliğ edək. 31.000 min üzvü "Muğam Dünyası" qrupunu sosial şəbəkədən izləyən var .Bizim "Muğam Dünyası" qrupumuz Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhvələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır. Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır.

"Muğam Dünyası" , layihəsinin könüllüləri tədbirdə iştirak edirdilər.Sonra incəsənət ustaları Rəqsanə Əsədova, Gülər Babayeva , Ceyhun Qənbərov , Elşən Məmmədov , Vokalist Günel Həsənzadə , Asim Abbasov , Nərgiz Məmmədova , Pionist Rəhimə Qurbanova , Polad Heydərov ,Kanon Zinyət Rəhimli ,Tar Faiq Yusifli , Kamanca Ilqar Kərimov . Nagara Rafiq Fuadoğlu ,Anar Vəlizadə , Xəqani Niftəliyev , Xaliq Şərifov ,Eldəniz Əsədov müxtəlif Vətənə, Sülhə, Anaya. Mahnilar oxundu,. tədbir münasibətilə keçirilən tədbiri rəngarəng konsert proqramı ilə davam etdiriblər. Sonda xatirə şəkli çəkilib.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!