İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 9-04-2018, 14:00
Müqəddəslik və müqəddəs dəyərlərimiz

Elşad MAHMUDOV
İlahiyyat üzrə fəlsəfə doktoru

Kəlimə olaraq “təmiz və pak olan” mənalarına gələn müqəddəs sözü bizə ərəb dilindən keçmişdir. Azərbaycan dilində və hal-hazırki cəmiyyətimizdə müxtəlif mənalarda istifadə edildiyi üçün bir termin kimi onun birmənalı formada tərifini vermək çox çətindir. Çətinliyin səbəbi isə digər bir çox məsələlərdə də olduğu kimi burada da dini olanla milli və ya dünyəvi olanın bir-birilə qarışdırılması və bu qarışıqlığın nəticəsi olaraq hətta qarşı qoyulmasıdır. İşin əslini araşdırdığınız zaman bu problemin hər bir cəmiyyətdə var olduğunun şahidi oluruq. Bu dediklərimizi bir az izah etməyə çalışaq və problemin həlli üçün çıxış yollarını ortaya qoymağa cəhd edək.
Müqəddəs və müqəddəslik fərqli dinlərdə, sivilizasiyalarda və cəmiyyətlərdə biri-birinə yaxın olan və eyni zamanda çox müxtəlif mənalar kəsb edən bir məfhumdur. Bu məfhum dinlər və mədəniyyətlər xaricində hətta fəlsəfə elminin xüsusi bir sahəsini təşkil edir ki, burada da məsələyə baxış tərzinin müxtəlifliyi açıq aşkar özünü göstərir. Bu müxtəliflik dediyimiz kimi “müqəddəsə” tək bir tərifin verilməsini də çətinləşdirir. Məsələn: Dini nöqteyi-nəzərdən elmlərin ümumi tərifinə diqqət etsək buna görə müqəddəslik politeizmdən monoteizmə qədər bütün dinlərin özəyini meydana gətirən, təbiət üstü - metafizik olan bir güc, qüvvət, qüdrət və varlığa verilən addır. Həmçinin bu varlıqla əlaqəli olan və ya onunla təmas nəticəsində digər bəzi varlıqlarda və əşyalarda meydana gəlməsinə inanılan fövqəlbəşər bir xüsusiyyət, hadisə və ya keyfiyyət, toxunulmaz dəyər də müqəddəsin tərifi arasında yer alır. Burada müqəddəsi təyin edən ən mühüm prinsip insanın, qaynağı təbiətüstü hesab edilən varlığa və ya varlıq olaraq qəbul etdiyinə dayanan iman və inamı, sevgi, hörmət və qorxu hisləri ilə ona bağlılığı və bu şəkildə insanı din çərçivəsində saxlayan hərəkət və davranışlarıdır.
İbtidai insanlar üçün onları əhatə edən, görünən və ya görünməyən, zərərli və ya faydalı olan bir çox şey müqəddəs qəbul edilirdi. Ehtimal olunur ki, bunlar insanlara gizli qalmaları, əl çatmaz olmaları, qeyri-adilikləri və ya cəmiyyətin həyatında müəyyən edici rol oynadıqlarına görə müqəddəs hesab olunurdu. Tarix boyu günümüzə qədər gələn və bir üstün- ali gücə, gözlə görünməyən varlıqlara, təbiətə, oda, torpağa, suya, ağaca, dağa, müəyyən yer və məkanlara, aya, günəşə, ulduzlara, bütlərə, heyvanlara və insanlara verilən müqəddəsliyin qaynağında bu düşüncəni görmək mümkündür. Politesit dinlərdə olan bu müqəddəslik düşüncəsini təktanrılı-monotesit dinlər nəzəri olaraq ortadan qaldırmış, əhatə dairəsini daraltmış, tanrıdan başqa qəbul edilən təbiət və onunla əlaqəli hər bir şey “müqəddəs” olmaqdan müəyyən dərəcədə çıxmışdır. Məsələn: Yəhudilikdə mütləq müqəddəs olan varlıq Tanrı Yahvədir (Yahova). Tanrı Yahvə İsrail oğullarını seçdiyi üçün onlar da müqəddəsdirlər. Bundan başqa Tanrı Yahvə ilə əlaqəli və bilavasitə təmasda olan kahinlər, Sina dağı, Şabat, əhd sandığı, İsrail oğulları, çadır, İsrail diyarı, Qüds, Süleyman məbədi və məbəddəki əşyalarla ibadət vasitələri kimi fenomenlər də müqəddəs hesab olunur. Xristianlıqda isə vəziyyət bir az fərqlidir. Burada tanrı müqəddəs olmaqla bərabər İsa da tanrının müqəddəsidir. İsa müqəddəs bir missiyanı yerinə yetirmişdir. Saint Paula görə bütün xristianlar özlərini tanrıya həsr etdikləri üçün müqəddəsdirlər. Zaman keçdikcə tanrıya aid edilən bu müqəddəslik müəyyən insanlara və əşyalara aid edilmiş, bu şəkildə müqəddəs insanlar, müqəddəs atalar, rahiblər, əzizlər və müqəddəslər adı altında fəaliyyət göstərən din adamları, hətta müqəddəs əmanətlər formalaşmağa başlamışdır. Xristianlıqda sadəcə tanrını müqəddəs qəbul edən və ondan başqa heç bir şeyi müqəddəsləşdirməyən Protestantlıq xaricində demək olar ki, vəziyyət eynidir.
Son, tamamlanmış və kamil din olan İslamda isə müqəddəslik məfhumu ümumi olaraq sadəcə Uca Yaradıcı olan Allaha aid edilir. Allah müqəddəsdir, onun bir adı da əsmaul-hüsnadan olan Quddusdur. Müqəddəs olan Allah ucadır, (xaliq) yaradıcı olaraq bütün yaradılmışların (məxluqatın) mövcud olan istənilən xüsusiyyətlərindən uzaqdır, bəşər daxil olmaqla yaratdığı heç bir şeyə bənzəməz, heç bir şey də ona bənzəməz. Allah müqəddəsdir, hər cür xətadan, qüsurdan, naqislikdən və nöqsandan uzaq olan, bütün yaratdıqlarını maddi və mənəvi kirlərdən təmizləyən mübarək və pak bir varlıqdır. Bu mənada İslamda Allahdan başqa heç kim və heç nə müqəddəs deyildir. İlahi kitablar, mələklər, peyğəmbərlər və dindar müsəlmanların diriləri və ya ölüləri belə heç biri Allaha aid edilən müqəddəslik xüsusiyyətinə sahib deyillər. Qurani-Kərimdə müqəddəs olaraq qeyd olunan ərzi-müqəddəs, müqəddəs vadi kimi məkanlar və yerlər buraların mənəvi kirlərdən təmizlənib mübarək olması, şirkdən və hər cür pislikdən uzaq olması, üzərində Allahdan qeyrisinə ibadət edilməmə xüsusiyyətini daşıması, Kəbədə və digər məscidlərdə olduğu kimi içində ibadət edilməsinin böyük savab olması ilə izah edilmişdir. Yoxsa başqa müqəddəsliyi yoxdur. Qurani-Kərim ayələri və peyğəmbər hədisləri Allaha aid edilən müqəddəsliyin peyğəmbərlər daxil qətiyyən insanlara aid edilməməsi mövzusu üzərində dəfələrlə və qətiyyətlə durmuş, bunu edən Əhli-Kitab və müşriklər sərt ifadələrlə qınanmışlar. İslamaqədərki dinlərdə yer alan təbiət hadisələrini, şəxsləri, yer, məkan və zamanı müqəddəsləşdirmək meylləri İslam nazil olduqdan və ilahi vəhy bitdikdən sonrakı dövrlərdə xarici amillərin və mədəniyyətlərin təsiri ilə təəssüflər olsun ki, müəyyən qrup müsəlmanlar arasında da geniş yayılmışdır. İslam peyğəmbərinin vəfatından sonra həyatda qalan səhabələrinin, əhli-beyti daxil olmaqla bəzi qohumlarının müqəddəsləşdirildiyi müşahidə edilir. İslam dünyasında gedən tarixi prosseslər nəticəsində sonrakı dövrlərdə etiqadi və hüquqi məzhəblərlə bərabər təriqətlərin formalaşması və təşəkkül edib müəssisələşməsi ilə bəzi məzhəblərin səhabələri, imamları, din alimləri və təriqət şeyxləri kimi insanları həddi aşmaq dərəcəsində, şişirdərək ucaltmaları, yalnız Allaha aid olub başqa varlıqlara verilməsi qadağan edilən xüsusiyyətləri onlara aid etmələri, bu insanları bir şəkildə müqəddəsləşdirmək kimi qəbul edilmişdir. İslam Peyğəmbərinin səhabələrinin, etiqadi, hüquqi və siyasi məzhəblərin qurucularının və məşhur alimlərinin, imamlarının və tanınmış şəxsiyyətlərinin əksər hallarda səhvsiz, xətasız, yanlışsız, günahsız və məsum olaraq qəbul edilməsi, onların etdiklərinin və görüşlərinin tənqid edilmədən bir mənalı şəkildə haqq və doğru qəbul edilməsi, həyatda ikən Allaha və dinə olan bağlılığı ilə fərqlənən, cəmiyyətdə tanınan və böyük hörmət sahibi olan vəfat etmiş möhtərəm müsəlmanlar üçün müqəddəslə əlaqəli ifadələrin bilavasitə, hətta məcazi olaraq istifadə edilməsi və onlardan yardım və mədət umaraq qəbrlərinin məbədləşdirilməsi, həmçinin ziyarətgahlara çevrilərək xüsusi maraq və qayğı göstərilməsi onların müqəddəsləşdirilməsi kimi dəyərləndirilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, İslam dini və tövhid düşüncəsi nöqteyi-nəzərindən bütün bu edilənlər qəbul edilməzdir, ayə və hədislərlə haram və qadağan olunmuşdur. Peyğəmbərlər daxil olmaqla Allah nəzdində məqbul olan mələklər, siddiqlər, şəhidlər, salehlər, bunlardan başqa insanların rəğbət etdikləri Allah dostları olan vəlilərin heç biri müqəddəsliyin mahiyyətini meydana gətirən ilahi güdrətə və fövqəlbəşər gücə sahib olma xüsusiyyətini daşımaz. Din olaraq İslamı qəbul edən bir müsəlmanın tövhidin bu ana prinsipini heçə sayması qəbul edilməzdir.
Məsələni dini nöqteyi-nəzərdən izah etdikdən sonra qeyri-dini baxış tərzini də açıqlığa qovuşduraq. Qeyd edək ki, müqəddəslik anlayışı dində Allah üçün nəzərdə tutulan xüsusiyyətdən fərqli olaraq zaman keçdikcə bir termin və söz kimi fərqli cəmiyyətlərdə müxtəlif mənalarda istifadə edilmiş, İslamın ana prinsiplərinə tərs olmadığı müddətcə dini tərəfdən buna icazə verilmişdir. Burada əsas prinsip Allaha aid edilən müqəddəslik xüsusiyyətini Allah xaricində olan varlıqlara və əşyalara aid etməməkdir və bu şərtlə fərqli mənalarda müqəddəs kəliməsindən istifadə etmək olar. Bu məsələ günümüzdə bizim cəmiyyətimiz də daxil olmaqla müxtəlif cəmiyyətlərdə gedən prosseslərin real və danılmaz nəticəsidir. Belə ki, hər bir cəmiyyətin yaşaması və mövcudluğunu davam etdirməsi üçün öz dəyərləri fonunda öz “müqəddəsləri” vardır. Yəni bu gün cəmiyyətlərin “müqəddəsləri” deyərkən bu cəmiyyətin ali, ülvi və humanist dəyərləri nəzərdə tutulur. Həmçinin hər bir cəmiyyətin və ya insan topluluğunun özləri üçün qəbul etdikləri toxunulmaz milli və mənəvi dəyərlərinə, sərvətlərinə, inanclarına, folklorlarına, adət - ənənələrinə, qarşılıqlı münasibətlərinə göstərdikləri və göstərilməsini istədikləri hörmət və qayğı da onların müqəddəsi hesab edilir. Bu mənada “müqəddəs” insanlar üçün - istər haqq olsun istər batil olsun, istər doğru olsun istər yanlış olsun - bir dəyərlər sisteminə verilən addır və bu dəyərlər sistemi onu qəbul edənlər üçün əziz, hörmətli, toxunulmaz və təhqir edilməzdir. Cəmiyyətlərin sahib olduqları və qəbul etdikləri, hörmət bəslədikləri inanclar, ilahi qayda-qanunlar, kitablar, peyğəmbərlər, mələklər, siddiqlər, şəhidlər, salehlər, vəlilər, alimlər, abidlər, dinə, milli və mənəvi dəyərlərinə bağlı olan hər bir kəs mövcud cəmiyyətin dəyərləri olduğuna görə toxunulmazdır, təhqir ediləməz və məhz bu mənada müqəddəsdir. Bəli, məhz bu mənada biz rahat bir şəkildə deyə bilərik ki, hər kəs tərəfindən bir ali dəyər kimi hörmətlə qəbul edilən İslam dini, onun kitabı olan Qurani-Kərim və bütün peyğəmbərləri kimi son Peyğəmbəri də dəyər olma baxımından müqəddəsdir, toxunulmazdır. Bu toxunulmazlıq əllə tutulan mənada deyil, mənəvi yöndən olan toxunulmazlıqdır. İnsanların doğub böyüdüyü ana vətənləri, qayda-qanunlara tabe olaraq sülh, əminamanlıq və rifah içində bir yerdə yaşamalarının təminatçısı olan dövlət və onun atributları, müstəqilliyi, ərazisi, torpaqları, sərhədləri, bayrağı, ordusu, şəhidi və ən əsas da vətəndaşları, ana, ata və qohum əqrabaları, qarşılıqlı xoş münasibətləri, milli adət-ənənələri cəmiyyət baxımından toxunulmaz dəyərlərdir və bunun fonunda müqəddəsdir. Elə biz özümüz də, hər birimiz, yer kürəsinin bir sakini, bir ölkənin bərabər hüquqlu, hür və azad vətəndaşı nöqteyi – nəzərindən müqəddəsik. Çünki bir vətəndaş olan insan, cəmiyyətin bir üzvü olmaqla bərabər o cəmiyyətin ən böyük və ali dəyəridir, toxunulmaz olan bu dəyərə hörmət etmək hər kəsin borcudur. Həmçinin vətəndaşın şəxsiyyəti, canı, malı, ailəsi, inancı və dəyərləri toxunulmazdır – müqəddəsdir, əlindən zorla alına bilməz, təhqir edilə bilməz. Son olaraq qeyd etmək istəyirəm ki, müsahibələrimizi, məqalələrimizi, xütbələrimizi, televiziya və radio çıxışlarımızı bəyənməyib bizi haqlı, səviyyəli və mədəni tənqid edən hər kəsə təşəkkür edirik və minnətdarıq. Hamı kimi biz də tənqidə açığıq və açıq olmayılıq. Burada müqəddəs deyilik. Lakin dediklərimizi bəyənməyib etiraz əlaməti olaraq xüsusilə də sosial şəbəkələrdə anonim adlarla tərbiyəsiz və əxlaqsız küçə söyüşü ilə bizi təhqir edib, bizə iftira, yalan və böhtan atanlar üçün onu deyim ki, bir ilahiyyatçı və bu müsahibənin eksperti olaraq mən, məni əziyyətlə boya-başa çatdıran fədakar atam-anam, həyatımın bütün çətinliklərini mənimlə bölüşən həyat yoldaşım və övladlarım da “bu təhqirləri edənlərə müraciətlə deyirəm” ən az sizin qədər toxunulmazdır və müqəddəsdir. Gəlin bir-birimizin müqəddəsliyinə zərər verməyək.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!