“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 14-12-2018, 08:17
Xalq artisti Həsən Məmmədovun 80 illiyi qeyd edilib

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində kino sənətimizin inkişafında böyük xidmətləri olan, Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyinə həsr olunmuş “Ömür keçdi, gün keçdi” adlı xatirə gecəsi keçirilib.
Butov.az-ın Trend-ə istinadən məlumatına görə, tədbirdə ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Həsən Məmmədovun mənalı ömür yolu və zəngin yaradıcılığından söhbət açılıb. Bildirilib ki, Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir.
Vurğulanıb ki, Həsən Məmmədov xoşbəxt sənətkardır. Onun Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmləri və teatr səhnəsində canlandırdığı surətlər ölkənin mədəniyyət xəzinəsini zənginləşdirib. 1972-ci il fevralın 2-də “Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilən aktyor burada bənzərsiz obrazlar kaloriyası yaradıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci ildən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.
Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.
Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq", "Arşın mal alan", "Gün keçdi", "Arxadan vurulan zərbə", "İstintaq", "Dədə Qorqud", "Axırıncı aşırım" və digər filmlərdə əsas rolları ifa edib.
Vurğulanıb ki, sənət nümayiş etdirmək və əbədiyaşarlıq qazanmaq hər sənətkara nəsib olmur. Həsən Məmmədov həmişə yaratdığı obrazın canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışıb və buna nail olub.
Tədbirdə böyük sənətkarın çəkildiyi filmlərdən videokadrlar nümayiş edilib.
Xalq artisti Həsən Məmmədovun 80 illiyi qeyd edilib
Xalq artisti Həsən Məmmədovun 80 illiyi qeyd edilib


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!