XİN Başçısı Pavel Knyazevi qəbul etdi .....                        Hikmət Hacıyev: “Biz bu səhifəni çevirdik, sülh və təhlükəsizliyi təmin etdik” .....                        İranın dövlət agentliyi Azərbaycandakı səfiri istefaya çağırdı .....                        Cəlilabadda məktəb direktoruna cinayət işi açıldı .....                        102-ci hərbi baza Ermənistanın suverenliyinin yeganə təminatıdır - Rusiya XİN .....                        TƏBRİK EDİRİK ! .....                        “Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                       
Tarix : 29-01-2019, 14:57
“Nəsimi ili” üçün tədbirlər planı hazırlanıb - Nazir

Yanvarın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi - 650” adlı tədbir-sərgi keçirildi. “Nəsimi ili” çərçivəsində təşkil olunan tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşdı.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, millət vəkilləri, yazıçılar, ədəbiyyatsevərlər iştirak edirdi.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək tədbirin Prezident İlham Əliyevin 2009-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamına uyğun olaraq təşkil olunduğunu diqqətə çatdırdı: “Bu ilin dahi şairimizin adı ilə bağlı olması olduqca əhəmiyyətlidir. Nəsiminin ilk dəfə yubileyinin ölkəmizdə keçirməsinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olub. Bu gün o ənənə uğurla davam etdirilir. “Nəsimi ili” bunun əyani göstəricisidir. Bugünkü gənc nəsil Nəsimini daha yaxından tanıyacaq, onun haqqında kitablar, elmi əsərlər yazılacaq və gələcək nəsillər də bundan bəhrələnəcəklər”.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Nəsimi ili” ilə əlaqədar sərəncamını bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaratdığını dedi: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi. O vaxt Nəsimiyə heykəl də qoyuldu. Müəllifi Tokay Məmmədov olan həmin heykəl bu gün şəhərimizin ən gözəl yerlərindən birində ucalır. Eyni zamanda böyük mütəfəkkirə həsr olunan film də çəkildi, elmi tədqiqatlar aparıldı, kitablar çap edildi”.
Nazir vurğuladı ki, ötən illər ərzində Nəsiminin adı nəinki ölkəmizin daxilində, hətta beynəlxalq arenada da uca tutulub, dünya ictimaiyyəti də onun yaradıcılığı ilə tanış olub: “Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı keçirildi. Festival çərçivəsində ölkəmizdə çoxsaylı ölkələrdən ədiblər, alimlər və tədqiqatçılar iştirak edirdi. Bu festival Nəsimi irsinin öyrənilməsi və dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin də təbliğinə yeni imkanlar açdı. “Nəsimi ili” xalqımızın mənəviyyatı və mədəniyyəti ilə bir başa əlaqəlidir. Biz bu il üçün tədbirlər planı hazırlamışıq. İlk addımı buradan başlayırıq”.
Əbülfəs Qarayev bu il həm ölkəmizdə, həm də xaricdə müxtəlif tədbirlərin, sərgilərin, ədəbi-bədii axşamların təşkili, kitabların nəşrinin nəzərdə tutulduğunu diqqətə çatdırdı: “Hazırda açılışına toplaşdığımız Nəsiminin əsərlərindən ibarət kitab sərgisi və “Nəsimi – 650” daimi guşəsinin yaradılması bu qəbildən olan ilk tədbirlərdəndir. Burada çoxsaylı maraqlı materiallar toplanıb. Bu nəşr nümunələri və arxiv sənədləri həm mütəxəssislər, həm də kitabxananın oxucuları üçün maraqlı olacaq”.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qeyd etdi ki, “Nəsimi ili”ndə bu böyük mütəfəkkiri dərk edərək öz coğrafiyamızla yanaşı, bütün dünyada təbliğ etməliyik. “Bütün dünyanın dilində danışan Nəsiminin dili, həm də bizim ana dilimizdir. Nəsimi şairlərimizin içində ən çox fəlsəfi, poetik və “mən”i olan şairdir. Onun yaradıcılığında həm özünün şəxsiyyəti, ideologiyası, həm də dili və milli mənliyi dayanır”, - deyə alim bildirdi.
Milli Məclisin deputatı Qənirə Paşayeva bildirdi ki, ulu öndər Heydər Əliyevin Nəsimi ilə bağlı yanaşması və Prezident İlham Əliyevin bu bərəncamı Azərbaycanın tarixi şəxsiyyətlərini tanımağı, oxumağı və sevməyi təlqin edir. “Nəsimi ili” ölkəmizin və mədəniyyətimizin daha geniş miqyasda tanınmasına vəsilə olacaq.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun direktoru, akademik Teymur Kərimli, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və digərləri çıxış edərək “Nəsimi ili”nin önəmindən, böyük mütəfəkkir şairin zəngin yaradıcılıq palitrasından bəhs etdilər.
Sonra qonaqlar Milli Kitabxananın foyesində açılmış 300-dək nəşrin yer aldığı “İmadəddin Nəsimi – 650” adlı sərgi ilə tanış oldular.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!