Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
Tarix : 21-11-2019, 09:23
VI “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində mətbuat konfransı keçirilib

Bu gün Muzey Mərkəzində VI “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində mətbuat konfransı keçirilib.
Butov.az ''Report''-a istinadən xəbər verir ki, Dövlət Rəsm Qalareyasının direktoru Qalib Qasımov çıxışı zamanı layihələrin və əsərlərin nümayişinin noyabrın 25-dək davam edəcəyini bildirib.
Onun sözlərinə görə, hər gün saat 10:00-dan 18:00-dək sərgilərə giriş sərbəstdir: ''Bienalle çərçivəsində 17 ölkədən 40, Azərbaycandan isə 30-a yaxın rəssam iştirak edir. Biennallenin təşkilində məqsəd ölkəmizdə müasir incəsənətin inkişaf və təbliğidir. Həmçinin azərbaycanlı rəssamların əsərlərini xarici və yerli tamaşaçılara təqdim etməkdir. Bu 5 gün ərzində Muzey mərkəzində bir çox yerli və xarici rəssamların əsərləri nümayiş olunacaq''.
Biennalenin kuratoru Dilarə Vahabova VI ''Alüminium'' Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda sərgilər təşkil olunacağını bildirib.
Kurator biennaleyə qatılan rəssamlardan bir neçəsini təqdim edərək bildirib ki, əvvəlki illərə nisbətən bu dəfə ekspozisiyaların arasında performanslar çoxluq təşkil edir.
Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak ediblər.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!