Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
Tarix : 18-08-2017, 14:31
"Belə halla rastlaşanda şikayət edin!" - Azər Həsrət


İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət öz feysbuk (Facebook) sosial şəbəkəsində rastlaşdığı hadisəylə bağlı etirazını bildirib. Butov.az həmin hadisəni şərh edən A. Həsrətin paylaşımını təqdim edir:

"Dünən işdən evə gedəndə bir olay gəldi başıma. Daha doğrusu, məcbur oldum buna. Dilarə Əliyeva küçəsilə gedirdim. Konservatoriyanın arxa tərəfində yol dardır. Sağda maşınlar dayanıb, cəmi bir maşının keçəcəyi qədər yol qalır. O yolla da gedirdim. Bu anda qəfildən bir evakuator gəlib düz qarşımda dayandı. Maşınların arasından birini götürüb aparmaq istəyirdi. Maşını saxladım olduğum yerdə, geri çəkilmədim. Bir gənc düşüb işarə etdi ki, geri çəkil. Çəkilmədim. Maşından düşüb tələb etdim ki, onlar çəkilsin. Çəkilmədilər, əksinə, çalışdılar ki, aradan birtəhər dürtülüb yolun qırağındakı maşını aparsınlar. İmkan vermədim və 102-yə zəng vurub şikayət elədim ki, darısqal küçədə evakuator nəqliyyatın hərəkətini əngəlləyir. Bunu demişdim, evakuator aradan çıxdı. Nömrəsi: 99 JE 403. Ətrafda da xeyli adam dayanıb bizə baxırdı. Amma heç kim səsimə səs vermədi. Demək istədiyim odur ki, evakuator heç bir maşını belə qəfil gəlib apara bilməz. Apararsa, etiraz edilməlidir. Evakuasiyanın şərti budur: əvvəlcə DYP maşını yanaşır, sürücünü axtarır ki, maşını götürsün. Sürücünü tapa bilmədikdə isə zərurət qarşısında evakuator çağırır. Bizsə müşahidə edirik ki, DYP əməkdaşları-maşını gözə dəymir, hardansa bir evakuator çıxır və maşınları oğurlayır. Özbaşınalıqdır! Ona görə də belə halla rastlaşanda etiraz edin, şikayət edin. Yeri gəlmişkən, maşını evakuasiya ediləcək sürücü də gəlib çıxdı və mənə təşəkkür edib getdi".


Paylaş



Bölmə: Sosial şəbəkələr / Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!