"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 5-09-2017, 17:25
“Təxminən 10 il əvvəl internet medianın rolu və perspektivi barədə tam qənaətə gəlmək, yekun fikir bildirmək bəlkə də mümkünsüz idi. Ancaq indi qətiyyətlə söyləmək olar ki, dünyada ictimai rəy məhz internet üzərindən yayımlanan media resursları vasitəsilə formalaşır. Azərbaycanda da durum eynidir. Yəni ölkəmiz də təbii prosesdən, həm onun müsbət, həm də mənfi tərəflərindən uzaq deyil”.
Bu sözləri Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az-a açıqlamasında deyib.


“İctimai rəyi məhz internet mediası formalaşdırır” - Əflatun Amaşov


Mətbuat Şurasının sədri bildirib ki, internet medianın müsbət tərəfləri barədə yetərincə söhbət açılıb.

“İlk növbədə informasiyalı vətəndaş cəmiyyət quruculuğunu qeyd etmək mümkündür. Bəli, internet media daha ələçatımlıdır. Bu cəhət imkan verir ki, hər bir şəxsin orada yayımlanmış materiallara görə vətəndaş mövqeyi yaransın və güclənsin. Ancaq vətəndaş mövqeyi, baxışı düzgün formalaşırmı, yaxud formalaşa bilirmi? Məncə, əsas sual bundan ibarətdir və bu sual ətrafındakı müzakirələr istər-istəməz internet media ilə bağlı mənfi təmayülləri də aktuallaşdırmaqdadır. İnternet medianın müsbət tərəfləri barədə söz açdığımız kimi, mənfi cəhətləri ilə bağlı da fikirlərimizi bildiririk. Özü də daha çox. Elə indi də bu mənada bir çox məqamlardan söz aça bilərik. Mən sadəcə onlardan birini qeyd edəcəm - müstəqillik. Bəli, biz ilk növbədə çalışmalıyıq ki, internet media tam müstəqil olsun, ayrı-ayrı şəxslərin, bir-birinə qarşı çıxan qütblərin mübarizə vasitəsinə çevrilməsin, hansısa məqsədli xarici maliyyə mənbələrinə üz tutmasın. Bunun ən optimal yolu isə dövlət dəstəyidir”.


Deputat deyib ki, jurnalist ictimaiyyəti internet medianın dövlət dəstəyindən faydalanmasının zəruriliyinə dair çoxsaylı müzakirələr aparıb və aparmaqdadır.

“Mənim Milli Məclisin deputatı kimi parlamentdə də bununla əlaqədar çıxışlarım olub. Düşünürəm ki, məsələyə yenidən qayıtmağa ehtiyac var. Bir daha bildirirəm ki, internet medianın dövlət dəstəyindən faydalanması yalnız onlara maliyyə vəsaitinin ayrılması demək deyil. Bu, eyni zamanda internet medianın cəmiyyətimiz üçün prioritet olan istiqamətlərə yönləndirilməsidir. Cəmiyyətin düzgün formalaşması təbii ki dövlətimizin də maraqlarından irəli gələn prosesdir”.


Paylaş



Bölmə: Sosial şəbəkələr / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!