Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 2-10-2017, 11:31
Dil xalqın mənəvi sərvətidir - SÖZlü tələbə


Əsrlər boyu tarixin sınağından çıxıb, cilalanaraq dövrümüzə gəlib çatan Azərbaycan dili! Bu dil hər birimiz üçün əziz və müqəddəsdir. Ümumiyyətlə, dil xalqın mənəvi sərvətidir.
Azərbaycan dili qədim tarixə malikdir. İlk dəfə XVI-cı əsrdə Səfəvilər dövlətinin qurucusu I İsmayıl rəsmi dövlət dilini Azərbaycan türkcəsi olaraq qəbul etmiş, bu dildə "Xətai" ləqəbi ilə şeirlər yazmışdır. Saray əhli, eləcə də dövlətin hərbi və dini xadimləri bu dildə danışmışlar. Ölkələrarası diplomatik yazışmalar, hüquqi sənədlər məhz bu dildə yazılırdı. Zaman keçdikcə təkcə torpaqlarımız işğal olunmadı, həmçinin dilimiz bizə unutdurulmağa çalışıldı. Müəyyən ağır qadağalar qoyuldu. Bütün bunlara baxmayaraq dilimiz daim yaşadı. Bu dil bizə əcdadlarımızın, ulu babalarımızın ərməğanıdır. Biz onu göz bəbəyimiz kimi qorumalıyıq. Dilimiz türk dilləri ailəsinin oğuz qrupuna daxildir. Azərbaycan dili söz zənginliyinə və axıcılığına görə digər dillərdən seçilir. Dilimizdə saysız-hesabsız kitablar yazılmış, qəzetlər, jurnallar, lüğətlər və ensiklopediyalar çap olunmuşdur. Dahi sənətkarlarımız, mahir söz ustadlarımız bu dildə bir-birindən gözəl poeziya nümunələri, nəsr və dram əsərləri yazmış, ana dilimizlə qürur duymuşlar. Rus şairi M.Y.Lermontov "Avropada fransız dili olduğu kimi, Asiyada da Azərbaycan dilini bilmək zəruridir" deyərək bizim ana dilimizin nə qədər əhəmiyyətli olduğunu sübuta yetirmişdir.

Təəssüflər olsun ki, indiki dövrümüzdə təkcə Azərbaycan Respublikasında 1 milyon azərbaycanlı rus dillidir. Onların əksəriyyəti ana dilində danışmaqda çətinlik çəkir. Məncə, bu dilimizə qarşı böyük hörmətsizlikdir. Hər bir azərbaycanlının öz dilini səlis bilməyi vacibdir. Dünyanın harasında yaşamağından asılı olmayaraq ana dilini unutmaq qeyri-mümkündür. Biz özümüz öz dilimizi yaşatmalıyıq. Həqiqətən də, bir dilin daşıyıcıları varsa, deməli, o dil yaşayır və qarşısına yeni inkişaf üfüqləri açılır.


Aynurə Yusub
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!