“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 7-12-2017, 09:51
"Niyə qəddar olsun ki, bilmirəm niyə qadın" - YENİ ŞEİR


Indicə bir zəng gəldi,
O başdan hüznlü qadın
Salam belə vermədən
Səndən xəbər söylədi,
Dedi, çox darıxmısan.


Anlamadım mən bir şey,
Soruşdum ki, şübhəylə
"Bəs sən kimsən, nəçisən?"
"Gecənin bir aləmi
Niyə rahat qoymursan?"
Dedi ki, tək qalmısan,
Nə dost var, nə də yoldaş
Əvvəlki o gözəldən
Qalmayıbdır əlamət.
Sanki qəfil oyandım,
Ondan səni soruşdum,
Başladı danışmağa,
Keçmiş günlərimizdən
İndi darıxmağından.
Sual verdi nisgillə
"Niyə belə oldu ki?
Bir vaxt heç ayrılmazlar
Bu gün tənha qalıblar."
Düşündüm mən möhkəmcə
Cavab verdim,- qismətdir.
Keçmiş xatirələr də
İndi qalıb beləcə.
Deyəsən, tərləyirdim,
Sağ əlimdə telefon
Qəhər məni boğurdu.
İllər əvvələ gedib,
İlk günü xatırladım,
Gəzdiyimiz yolları,
Parkları bir də andım.
"-Alo, alo ordasız?"
"-Hə, deyəsən burdayam.
Amma ruhum uzaqda,
Qanad çalır sakitcə,
Heç kəsə bildirmədən
Hey gedir səssizcə.
...Getdikcə kövrəlirdim,
Ürəyim darıxırdı,
Yerimdən durub hövlnak,
Pəncərəni açdım ləng.
Günəş təzə doğurdu,
Bir də baxdım otağa,
Şəfəqin şüaları
Bürüyübdür ətrafı.
...Bir neçə anlıq sükut,
Sanki əsrə bərabər,
Düzdür, əsəbləşirdim,
Amma dözə bilmirdim,
-Mənə ondan çox danış,
Onu mənə xatırlat,
Mənə hirslənməyini,
İradlar tutduğunu,
Qadağalar qoyduğunu.
Hə, bir də ki, bacarsan
Bacarsan, sevdiyini,
Məni qoruduğunu,
Qayğıma qaldığını.
-Onu deyə bilmərəm,
Bircə şeyi bilirəm,
O səni heç sevmədi...
-Dayan, dayan, ay xanım,
Nə bilirsən sevmədi?
O ki çətin vaxtımda,
Məni qoyub getmədi.
Eee...bu nə tərəddüddür,
Niyə belə çaşmışam
O gedəndən bu yana,
Qaranlıqda azmışam.
Bəlkə də, düz deyirsən,
O məni heç sevmədi,
Sevsə də bildirmədi.
...Telefon xışıldadı,
Qadın səsi tutuldu,
Deyəsən, peşman oldu.
-Yox, mən elə demədim,
Qəlbinizə dəymədim?
Sadəcə həyat ki, var
Yaman çox qəribədir.
Həm ağladan, həm də ki,
Sevinclə güldürəndir.
-Hə, orası elədir,
Taleyimiz belədir.
-Bilirəm, darıxmısız,
İndi o da darıxıb.
Qürurdan narazıdır
Deyir, qoymur zəng edim,
Kefini xəbər alım,
Həm saçını düz düzəlt,
Həm yaxşı geyin deyim.
Görüm mənsiz nə edir
Bir günü necə keçir,
Yenə yazıb, pozurmu?
-Söylə, zəng eləməsin,
Qəlbimi titrətməsin.
...İlahi, bu nə zülmdür,
Ürəkdən daş asılıb,
Bu necə də çətindir,
Heç məni axtarmasın,
Zəng eləməsin demək.
Amma qorxuram gəlsə,
Ona yenə öyrəşəm
Düzdür, dostum olsa da,
Yenidən bağlanaram.
-Bircə xahiş edirəm,
De görüm o neyləyir,
Nə işlə məşğuldur,
Güzaranı necədir?
-Dedim axı o da tək,
Yaşayır elə səntək,
Arada görüşürük,
Mənə səndən danışır,
Şirin söhbətlərindən,
Sənli xatirələrdən,
Və şad-xürrəm günlərdən
O kədərlə söz açır.
-Bulvardakı günləri,
Məni ilk öpməyini,
Onu necə möhkəmcə,
Bağrıma basdığımı ,
Yavaşca qulağına
"Darıxdım" deməyimi
Xatırlayır, görəsən?
-Hə, ondan da danışır,
Deyir, gözəl günlərdi.
Hərdən etiraf edir-
O vaxtlar sənin xeyli
Ürəyitəmiz, onun
Çox qəddar olduğunu.
...Fikrə daldım mən yenə,
Qaşlarım da çatıldı,
Niyə qəddar olsun ki?
Bilmirəm niyə qadın,
Elə hey pis danışır,
Onu mənə pisləyir.
-Axı qəddar olmayıb..
-Bunu özü deyib,
Və əlavə edib ki,
Səni çox istəyirdi,
Bir az adi şeylərlə,
Bəzi yalan sözlərlə,
Artıq səndən soyudu,
Sonra tamam unutdu.
-Ona verdiyim kitab,
Görən, hələ qalıbmı,
Onu da mənim kimi,
Bir küncə atmayıb ki?
-İstəsəz soruşaram...
-Yox, heç nəyi soruşma,
Ancaq onu çatdır ki,
Kitaba yaxşı baxsın,
Hər dəfə oxuyanda
Gözləri dolmasa da,
Məni bir yada salsın,
Nə olar bircə anlıq,
Xatirələrə dalsın,
Məni də xatırlasın.
-Bəs olsa ki, qayıtsa,
Onu bağışlayırsız
Bunların bir pis kabus,
Sizinsə sadəcə dost,
Həmkar olduğunuza
Yəqin, inandırarsız?
-Əlbəttə ki, biz dostuq,
Başqa şey düşünməyin,
Ancaq ki, öyrəşmişəm.
...Gözlərim doldu yenə
İstəmirəm bildirəm,
Amma ki, səsim məni
Bayaqdan verir ələ.
-Sözünüz varmı mənə ?
...O başdan bir səs gəldi,
-Ölünün ölüyəmi?
Çoxdan o mənim üçün ,
Elə mən də onunçün
Yəni birbirimizçün
Ölüyə çevrilmişik.
Deyin, artıq mən yoxam,
Yenə yazıb, pozaram,
İşim budur, nə edim?
Hətta kitab yazacam,
Bəlkə, ona həsr etdim,
Amma ki, bilməyəcək,
O hər şeydən xəbərsiz
Yaşayacaq bixəbər.
Mən də ki, onun kimi
Hərdən xatırlasam da,
Tezcə də unuducam,
Qələmimə sarılıb,
Öz dünyama köçəcəm.
-Deyəsən, yordum sizi,
Nə olar, bağışlayın,
Onun peşmanlığından,
Sadəcə xəbər verdim.
-Heç narahat olmayın,
Tarix ki, təkrarlanmır,
Biz anı yaşamışdıq,
Yenə elə edərik.
Hər anın öz hökmü var,
Belə deyib dahilər.
-Hələlik, gözəl insan,
Özündən muğayat ol.
-Sağ olun, vallah, siz də,
Onu çox xatırlatdız.
Köhnə günlər lent kimi
Keçdi hey, göz önündən
Bu çarəsiz qəlbimdən.
...Bir də baxdım səs yoxdur,
Qadın səsi kəsilib,
Özümü mən çox yalnız,
Necə tənha hiss etdim,
Telefonu yerinə
Qoydum heç tərəddüdsüz,
Yoğranı da başıma,
Çəkdim elə, şübhəsiz.
Onsuz da nə edim ki,
Əlimdən nə gəlir ki?
Səhər yenə açılar,
Yeni bir gün gələcək,
Daim iş, güc, arada
İstirahət də olar,
Amma xatırlamaram,
Möcüzəm olan onu,
Və onsuz günlərimi
Bir də yada salmaram.
Yadıma düşəndə də
Yəqin, qəlbim titrəyər,
Amma tez unudaram,
Niyə onu düşünüm?
Nə bilim ki, hardadı,
O kiminlə öpüşür
Mən onu düşünəndə,
O bəlkə də, gülüşür.
Mənə bir qələm, bir də,
Kağız-vərəq qalacaq,
Yazıb və yaradacam,
Onu da unudacam.
Hərənin bir dərdi var,
Dərdlər boğazacandı...

Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!