Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 7-03-2018, 22:15
Bayramınız mübarək, əziz qadınlar



Hələ qədim zamanlardan etibarən Azərbaycanda həmişə qadın uca tutulub, daim ona böyük hörmət və ehtiramla yanaşılıb. Müxtəlif dövrlərdə yaşayan söz sənətkarlarımız öz şeirlərində, əsərlərində xanımların böyük bir qüvvə olduqlarını tərənnüm edərək yazırdılar ki, zərif cins nümayəndələri hər şeyin ən yaxşısına layiqdirlər. Dahi şairimiz Hüseyn Cavid “Qadın gülərsə şu ıssız mühitimiz güləcək, sürüklənən bəşəriyyət onunla yüksələcək” deyəndə də məhz bunu nəzərdə tuturdu.

Bu günlərdə bütün dünya ölkələrində olduğu kimi bizdə də 8 mart Beynəlxalq Qadınlar Günü sevinclə qeyd olunur.
8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Novruzdan öncə ölkəmizdə indiyədək qeyd olunan yaz bayramıdır. Zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər.
Hər il bu bayram günü dövlət başçımız Azərbaycan qadınlarını təbrik edir, ictimi həyatda fəal olanların bir qrupuna fəxri adlar verir, digər bir qrupunu isə orden və ya medallarla təltif edir.
Əziz xanımlar, gününüz mübarək olsun! Üzünüz daim gülsün! Xüsusilə də cənnətin ayaqlarının altında olduğu anaları, o cümlədən öz anamı təbrik edirəm! Axı analar olmasa bizim heç birimiz olmarıq. Əvvəldə demişdim ki, qadınlar hər şeyin ən yaxşısına layiqdirlər. Düşünürəm ki, Tanrı bizim hamımıza anaların ən yaxşısını bəxş edib. Çalışaq, biz də onlara layiq övlad olaq.
Elə ilk yazımı da məni bu yaşa çatdıran, hər zaman mənə dəstək olan o qadına hədiyyə edirəm. Təbriklər, əziz ana!

Lamiyə Azər



Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!