Putin və Rəisi arasında telefon danışığı olub .....                        Naxçıvanda 4 şagird ən yüksək nəticəni göstərdi .....                        İzmirdə zəlzələ baş verdi .....                        “Semka” ləqəbli “TikTok”er saxlanıldı .....                        Qaxda 300 bal toplayan məktəblilər .....                        Bakı Türk Liseyinin yetirmələrindən 300 ballıq nəticə .....                        XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                       
Tarix : 29-08-2017, 18:01
O kamera sönməyib, hələ də çəkir


Redaksiyada otaqların birində oturub qəzetimizin dünən nəşr olunan nömrəsini gözdən keçirirəm. Qəfildən gözüm digər masadakı foto kameraya sataşır. Qəzeti büküb bir qırağa qoyuram. Kameraya diqqətlə baxıram. Çingizi görürəm orda. Çingiz Mustafayevi...

Ömrünü jurnalistikaya həsr edən və bu yolda şəhid olan, Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevi...


Əsl peşəsi həkimlik olan Çingiz 1991-ci ildən jurnalist və Azərbaycan Dövlət Televiziyasında (AzTV) müxbir kimi fəaliyyət göstərir. Elə o vaxtdan belə demək mümkünsə, sanki dünyaya ikinci dəfə gəlir, onun üçün yeni bir həyat başlayır. Bəlkə də, yox. Sadəcə 1960-cı ilin bu günündə (29 avqust) nə üçün Tanrının onu bu qarmaqarışıq mühitə göndərdiyini başa düşür...

Tez bir zamanda onun reportajları Avropa və Amerikanın aparıcı telekanallarına, informasiya agentliklərinə yol tapır.
O vaxt Azərbaycan üçün çətin, xalqımız üçün ağrılı, acılı vaxtlar idi. Amma həmin zamanlarda Çingiz həm dövlətimizin, həm xalqımızın, həm də ordumuzun yanında olmağa çalışırdı və bunu layiqincə bacarırdı. Döyüş gedən bölgələrdən, ən qaynar nöqtələrdən operativ çəkilişlər, müsahibələr onun fəaliyyətinin əsasını təşkil edir.
Çingiz cəbhə zonalarına təkcə jurnalist kimi getmirdi. O, həm də bir əsgər, zabit, komandan kimi əməliyyatlarda iştirak edirdi. Amma təəssüflər olsun ki, əlində olmayan səbəblərdən, taleyin vicdansız yazısına görə əvəzsiz xidmətlərini davam etdirə bilmir. 1992-ci il iyunun 15-də "ABC news" üçün növbəti materialını hazırlamaq məqsədilə Xocalının Naxçıvanlı kəndində çəkiliş aparan gənc jurnalist aldığı mərmi qəlpəsindən həyatını itirir. Bir neçə saniyədən sonra qeyri-iradi olaraq kamera əlindən düşür, amma sönmür. Ermənilərin hücumunu, vəhşiliklərini sonuna kimi çəkir. Elə buna görə də Çingiz o dünyaya gözüyumulu, ürəyi tox gedir. Bəlkə də, yox. Axı hələ gənc idi. Onun da arzuları, xəyalları var idi. Amma mənə elə gəlir ki, şəhid jurnalistimiz üçün heç nə yarımçıq qalmadı. Əksinə, uzun bir ömrə, özü də şərəfli ömrə sığacaq işlər gördü...

Hərdən mənə elə gəlir ki, o kamera hələ də sönməyib, çəkir. Çəkməsə də, Çingiz görür... Mütləq görür... Və son həmlənin müşayəti ilə gələcək qələbəni gözləyir...
Allah sənə rəhmət eləsin, Çingiz Mustafayev! Yaşasaydın bu gün 57 yaşını qeyd edəcəkdin. Amma tarixdə və qəlblərdə yaşamaq hamıya nəsib olmur. Sən bunu bacardın.

Kənan Novruzov


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!