Putin və Rəisi arasında telefon danışığı olub .....                        Naxçıvanda 4 şagird ən yüksək nəticəni göstərdi .....                        İzmirdə zəlzələ baş verdi .....                        “Semka” ləqəbli “TikTok”er saxlanıldı .....                        Qaxda 300 bal toplayan məktəblilər .....                        Bakı Türk Liseyinin yetirmələrindən 300 ballıq nəticə .....                        XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                       
Tarix : 30-08-2017, 15:11
 Tarixi günlərdən bir il ötür...



Tarixi günlərdən, daha dəqiq desək, Azərbaycanın tarix yazdığı günlərdən bir il ötür. Söhbət keçən ilin bu günlərində yekun nəticələrə sevindiyimiz uzaq Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyi etdiyi XXXI Yay Olimpiya Oyunlarından gedir...


Avqustun 5-dən 21-dək davam edən dünyanın bu ən ali idman yarışında əldə olunan nəticələr ölkəmizin idman salnaməsinə qızıl hərflərlə yazıldı. Həmin şərəfli 16 gündə əldə olunan rekord nəticə ilə bütün xalqımız təmsilçilərimizə dərin minnətdarlıq hissilə sevindilər. Bəli, rekord nəticə! Rekordlardan danışmışkən, elə mübarizəyə qoşulan idmançılarımızın sayı da rekord idi - 56 atlet.

Rioda müxtəlif növlərdə vətənimizi təmsil edən idmançılardan 18-i fəxri kürsüdə yer tutaraq, təbrikləri qəbul etdi. Başqa sözlə desək, komanda hesabında indiyə kimi Olimpiya tariximizdə görünməyən sayda-18 medala sahib olduq. Və bu nəticə ilə 206 ölkə arasında medalların əyarına görə 39-cu, sayına görə isə 15-ci pillədə yer tutduq. Azərbaycan, həmçinin Avropa dövlətləri sırasında 21-ci, İslam dövlətləri sırasında 4-cü, sabiq Sovet ölkələri arasında 6-yerdə qərarlaşdı (medalların əyarına görə).

İdmansevərlərimiz yaxşı xatırlayar, Olimpiadanın elə ilk günlərində aktivimizə birinci medalları cüdoçularımız yazdırdılar. Tatami ustalarımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (+100 kq) yalnız finalda uduzaraq Olimpiada ikincisi oldular.

Sonrakı günlərdə güləşçilərimiz mübarizəyə qoşuldular. Yunan-Roma güləşçilərimizdən Sabah Şəriəti (+100 kq) və Rəsul Çunayev (66 kq) hər ikisi özlərinin bürünc medalları ilə xalqımızı sevindirdilər.

Sərbəst üsulda güləşən pəhləvanlarımızdan Toğrul Əsgərov və Xetaq Qazyumov çıxışlarını fəxri kürsünün ikinci, Hacı Əliyev və Şərif Şərifov üçüncü pilləsində başa vurdular.

Qadınlarımızdan Mariya Stadnik gümüş, Nataliya Sinişin isə bürünc medallarla kifayətlənməli oldular. Qeyd edək ki, adı çəkilən idmançılarımızdan Xetaq Qazyumov və Mariya Stadnik ardıcıl üç Olimpiadada mükafatçı olmağı bacararaq dünya idman tarixinə öz imzalarını atdılar.

İki həftədən bir qədər çox müddət ərzində yeganə qızıl medalı isə +87 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Radik İsayev qazandı. O, finala kimi uğurla irəlilədi və həlledici görüşdə də rəqibi üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək zirvəsində bayrağımızı dalğalandırdı, himnimizi səsləndirdi. Digər taekvondoçularımızdan Patimat Abakarova və Milad Herçaqani isə bürünc medal qazanan idmançılar siyahısında oldular.

Olimpiadanın sonlarına yaxın qüvvələrini sınayan boksçularımız da uğurlu nəticə əldə etdilər. Belə ki, dəri əlcək ustalarımızdan Lorenso Sotomoyor Olimpiada ikincisi oldu. Kamran Şahsuvarlı bürünc medalla kifayətləndi.
Sevindirici haldır ki, ölkəmiz üçün ənənəvi olmayan idman növlərində də medallar qazandıq. Avarçəkənlərimiz Valentin Damyenonko və İnna Osipenko-Radomska müvafiq olaraq gümüş və bürünc medallarla Azərbaycanda hər bir növün sürətlə inkişaf etdiyini təsdiqlədilər.

Əlbəttə, bu nəticələr çox qürurvericidir və ölkə idmanının intibahının göstəricisidir.

Zənnimcə, Milli Olimpiya Komitəsinin 25 illik yubileyi ərəfəsində tarixi günləri xatırlamaq, bu uğurları yada salmaq yerinə düşdü. Artıq 20 ildir ki, dövlət başçısı İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik edir və şübhəsiz ki, o vaxtdan bu günə qədər idman sahəsində əldə etdiyimiz hər bir müvəffəqiyyət onun bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Qeyd edək ki, elə bu vaxtlarda güləşçilərimiz, taekvondoçularımız və cüdoçularımız daha bir çətin sınaqdan üzü ağ çıxmağa çalışırlar. Müxtəlif ölkələrdə dünya çempionatında iştirak edən milli komandalarımızın üzvləri qızıl medal üçün mübarizə aparırlar. İnanırıq ki, bu dəfə də atletlərimiz onlara göstərilən etimadı doğruldacaq.

Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!