Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 1-09-2017, 12:23
Qanadsız mələk - sözlü tələbə


Qışın ən sərt çağında, boranlı və qan donduran şaxtalı bir gecədə böyük qar təpələri arasından
zəif bir işıq süzülürdü. Bu işıq gah zəifləyir, gah da insan ovucunda azadlığa qovuşmaq üçün özündə
qüvvə tapıb var gücü ilə çırpınan kəpənək tək sanki varlığını digərlərinə də biruzə vermək üçün
güclənirdi.


Kiçik bir daxmadakı masanın üzərinə qoyulmuş bu lampa az da olsa evi işıqlandırırdı.
Çöldə tufan qopmasına baxmayaraq bu daxmada qulaqbatırıcı qəribə bir sakitlik hökm sürürdü. Elə
bu an kədərli və həzin bir səs hökm sürən bu əcayib sakitliyə bir son qoydu. Otağın bir küncündə
əyləşmiş qadın bir tərəfdən öz körpəsinə lay-lay söyləyir, digər tərəfdənsə əli ilə beşiyi aramla
yelləyirdi. Körpə isə iri və parlaq gözləri ilə anasına baxırdı. Bu qeyri-adi baxışlar sanki, qadına
“ana, səni anlayıram... heç vaxt səni incitmərəm və sənə layiqli bir övlad olaram...”, - deyirdi. Bəlkə
də bu kiçik varlıq belə düşünmürdü, ancaq ananın gözlərindəki kədər və qəm-qüssə bu qadına bir
dayaq gərəkdiyini açıq bir çəkildə biruzə verirdi. Elə bu dəmdə kimsə kobud bir şəkildə daxmanın
taxta qapısına var gücü ilə bir yumruq vurdu. Ana dərhal göz yaşlarını əlləri ilə silib qapıya
yaxınlaşdı. Qadın qapını açmaq üçün əlini cəftəyə uzatmaq istəyirdi ki, yenə də hövsələsizlik və
kobudluqla qapıya yumruq dəydi. Nərgiz qorxa-qorxa qapını açdı. Qapının kandarında qalın
qaşlarını çatmış, əsəbdən və hiddətdən üzünü turşutmuş orta yaşlı bir kişi dayanmışdı. Bu,
xasiyyətcə ondan kəskin fərqlənən Nərgizin əri Kamil idi. İçəri keçməzdən öncə əlini havaya
qaldırıb Nərgizə şillə vurmaq istədi, ancaq Nərgizin gözlərindəki yalvarış və qorxu onun əlini geri
çevirdi. Lakin bununla da ürəyi soyumayan Kamil Nərgizin üzərinə çığırdı və onu itələyib içəri
keçdi. Atasının nalayiq hərəkətlərinə cavab verirmiş kimi körpə hönkürməyə və çığırmağa başladı.
Bundan daha da qəzəblənən kişi becid addımlarla beşiyə yaxınlaşdı və körpəni əlinə alıb onu yerə
çırpmaq istədi. Bunu görən Nərgiz dərhal ərinin üzərinə yüyürüb körpəsini ondan alıb bağrına basdı.
Bu olanların heç birinin sanki onunla heç bir əlaqəsi yoxmuş kimi Kamil otağına keçdi.
Nərgiz Kamillə öz istəyi olmadan ailə qurmuşdu. Kamil isə yalnız qızın gözəlliyinə vurulmuşdu,
əslində isə o, özündən yaşca kiçik olan Nərgizi heç sevmir, hətta özünə belə yaraşdırmırdı. Bu gün
Nərgiz onunla evləndiyi üçün özünü danlayır və taleyindən şikayətlənirdi. Bəzən isə canına qıymaq
belə istəmişdi. Lakin o, bacarmırdı. Ona görə yox ki, özünü hər kəsdən çox sevirdi, əgər belə olsaydı
bəlkə də Kamil onun üçün dəli-divanə olardı. Onun ətrafında hərlənərdi və onun tərəfindən sevilmək
üçün əlindən gələni edərdi. Ancaq hər şey belə də asan deyildi. Nərgiz öncəliklə ana idi. Onu yalnız
həyata bağlayan yeganə övladı Zərifə vardı. Nərgiz heç vaxt onu anadan yetim qoyub əzazil Kamilin
ümidinə buraxa bilməzdi. Zərifə böyüyəcəkdi, təhsil alacaq, öz ixtisasını sevən biri olub anasını

uzun illər çəkdiyi əziyyətləri müqabilində sevindirəcəkdi. Yalnız xoş arzu və ümidlər bu zəif qəlbin
durmasına məhəl qoymurdu.
İllər keçir, Nərgizin əzabları isə günü-gündən artırdı. Kamil etdikləri azmış kimi azyaşlı
Zərifənin yanında anasını təhqir edir, onu döyürdü. Kamilin qəzəbinin əsas səbəblərindən biri
Nərgizin təhsilini davam etdirmək və işləmək istəyi idi. Elə Kamil kimi bir çox “kişilər” qadınların
öz ayaqları üstündə sərbəst durmasına qarşıdır. Ancaq bu da danılmaz bir faktdır ki, qadın böyük
qüvvədir, o istəsə həyat yoldaşı olmadan belə övladlarının həm anası, həm də atası ola bilər.
Günlərin birində hər zamankı kimi evə sərxoş gələn Kamil bu dəfə tək deyildi. Yanında bir qadın
var idi. Geyimi açıq-saçıq olan qadın heç də xoş birisinə bənzəmirdi. İstehzalı bir gülüşlə Nərgizi
süzüb evin yuxarı başına keçdi. Nərgiz Kamildən olanları öyrənmək üçün nə qədər çalışsa da bu heç
bir əhəmiyyət vermədi. Kamil ona fikir vermədən otağına keçdi və əşyalarını yığmağa başladı.
Nərgiz bu qadının özbaşınalığını görüb Zərifəni digər otağa yollayıb qəzəbli baxışlarla qadına nəzər
salıb soruşdu:
-Siz kimsiniz? Tanımadığınız bir evə necə belə rahat şəkildə keçib yuxarı başda əyləşirsiniz?
Nərgizin dediklərini qulaq ardına vuran bu qadın hayasız baxışlarla onun geyiminə baxıb yenə də
istehza doğuran gülüşlə qəh-qəhə çəkdi və Kamilə yaxınlaşıb onun qulağına nəsə pıçıldadı. Kamil
də qəh-qəhə çəkərək dilləndi:
-Ay yazıq, onun kimliyi sənin nəyinə gərəkdi?! Əsas odur ki, bu gündən etibarən sənin varlığın
bizi maraqlandırmayacaq.
Bu sözlərdən sarsılan Nərgiz pərt halda qızının olduğu otağa keçdi. Onun sözlərindən pis
olduğunu görən Kamil onun arxasınca nəsə donquldandı. Mələk kimi həyat yoldaşını və Zərifəni
başı-başına tək qoyub yanındakı əxlaqsız qadınla birgə evdən çıxdı.
Evə sükut çökdü. Kamilin gedişi ilə sanki hər yer daha qəribə görünürdü. İçindəki bir səs elə bil
Nərgizə “unut onu, artıq sən də anla ki, həyatındakı böyük bir səhvdən azad olmusan”- deyirdi.
Bəlkə də bu ən yaxşı çıxış yolu idi. Onun gedişi Nərgizi sarsıtsa da sanki ona güc verirdi. Böyük bir
əzabdan qurtulan qadın artıq öz həyatını qızına sərf edə bilər və ona savad vermək ixtiyarına sahib
ola bilərdi. 6 yaşı olmasına baxmayaraq, sanki Zərifə də bu hadisədən rahatlıq tapdı. Artıq nə ona,
nə də anasına təzyiq göstərən, döyən və təhqir edən vəhşi bir məxluq yox idi.

Nərgiz susqun bir şəkildə kürəyini otağın soyuq divarına söykəyib oturmuşdu. Beynində bu günə
kimi bütün olub-bitənləri götür-qoy edirdi. Zərifə anasına yaxınlaşıb başını onun dizləri üzərinə
qoydu:
-Anacan, sən narahat olma, cəmi bir ilim qalıb, bir ildən sonra mən də məktəbə gedəcəm.
Oxuyacam, ana, sənə söz verirəm, mən atam kimi olmayacam, sən mənimlə fəxr edəcəksən.
Nərgiz qızının sözlərini eşitdikdə ağlamağa başladı. Körpə bir qızcığazın dilindən eşitdiyi bu
sözlər onun qəlbini parçaladı. Artıq Nərgiz nəyin bahasına olur-olsun övladına təhsil verəcəyinə dair
söz verdi.

Səhəri gün Nərgiz Zərifəni də götürüb iş axtarmaq üçün yola düşdü. Nərgiz orta məktəb
bitirmişdi, ancaq heç vaxt ali məktəbə daxil olmaq arzusunu gerçəkləşdirə bilməmişdi. Üstəlik ailə
qurduqdan sonra valideynlərini itirmişdi. Kiçik yaşlarından Nərgizin çox gözəl rəssamlıq bacarığı
var idi, həm də xalça toxumağı da bacarırdı. Saatlarla kəndi qarış-qarış gəzsə də heç kəs ona iş
vermək istəmirdi. Kənd kiçik olduğundan hər bir ailədə baş vermiş söz-söhbət tez yayılırdı. Nərgiz
ümidsiz halda geri qayıtdı. Ertəsi gün yenə də eyni halla qarşılaşdı. Vəziyyət günü-gündən
pisləşirdi. Evdə bir tikə quru çörəyə belə ehtiyac yaranmışdı. Buna baxmayaraq Nərgiz özünü
itirmədən iş tapmaq üçün çarpışırdı. Nəhayət, günlərin birində Nərgiz kiçik bir xalçaçılıq məktəbinə
işə düzəldi. Bu məktəbin sahibi kənddən deyildi, elə buna görə də kəndli qızlarına bir sənət
öyrətmək üçün bu məktəbi açmışdı. Kənd əhalisinin dedi-qodusuna məhəl qoymadan Nərgizi işə
götürmüşdü. Artıq Nərgiz gündəlik olaraq öz çörək pulunu qazanır, qızının da ehtiyaclarını ödəməyə
çalışırdı.

Zərifənin böyük sevinc və səbirsizliklə gözlədiyi bir il nəhayət ki, başa çatdı. O, kiçik olsa da
olduqca ağıllı və düşüncəli bir qız idi. Bəlkə də atasından gördüyü vəhşilik və kobudluq onu bu
kiçik yaşından həyatın sərt üzünə alışdırmışdı.
Nərgizin həyəcanla və böyük narahatlıqla gözlədiyi illər bir-birinin ardınca ötüb keçirdi. İllər
keçsə də böyük ağrılı və acılı əzablara dözmüş bu iki insanın nələr çəkdiyini heç kəs bilməz,
qapısını döyüb hal-əhvalını xəbər almazdı. Bəziləri isə ümumiyyətlə onların necə yaşadıqlarından
bixəbər idi.

İllər ötdükcə zaman Nərgizin əleyhinə işləyirdi. O, qədər də yaşlı olmasına baxmayaraq tez
yorular və tez xəstələnərdi. Artıq Zərifə gənc və savadlı bir qız idi. Hətta ali məktəbi belə
bitirməyinə çox az bir vaxt qalmışdı. Lakin Nərgiz əvvəlki tək gənc, qüvvətli və cəld qadın deyildi.

Zərifə anasının dəfələrlə etiraz etməsinə baxmayaraq onunla birgə şəhərə köçmüşdü. Burada onlar
kiçik bir evdə yaşayırdılar. Zərifə də elə şəhərdə işləmək üçün səy göstərirdi. Nərgiz isə artıq
tamamilə əlini həyatdan üzmüşdü.

Həyat necə də nankordu, o sanki, bu zəif qadını əzmək istəyirdi, sonunadək ananın övladının
sevinc dolu günlərinə şahidlik etməsini istəmirdi. Zərifə isə bu həqiqətələ razılaşmırdı. Bəlkə də o,
haqlıdır. Məgər bu qızcığaz bütün əzablara anası ilə bu gün ayrılmaq üçünmü sinə gərdi. Dağıl
həyat, yox ol! Sən bu qadına qalib gəlməklə özünü güclümü hesab edirsən?! Məgər sənin qüvvətin
Kamil və onun kimi şərəfsizləri yıxmağa qadir deyilmi? Sən elə düşünürsən ki, yalnız zəifləri
yıxmaqla qalib olacaqsan. Yox... bu gün hələ də yer üzündə Kamillər yaşayır, onlar Nərgiz və
Zərifələri tapdalayıb keçmək arzusundadır. Bəs sən? Bəs sən, bilmirsən ki, həyatda yalnız yaxşılıq
və xeyirxahlıq sonda qələbə çalacaq? Onları ayırma, ayırma... çünki bu namərdlik olar!
Həyat öz axarı ilə işləyirdi...

Zərifə dəfələrlə anasının xəstəliyinə əlac tapmaq üçün həkimlərə müraciət etmişdi, lakin bu fayda
vermirdi.

Nərgizin bir arzusu vardı, övladı Zərifə ilə dənizin sahilində oturub səmanı seyr etmək. Bu acıdır,
insan qəlbində tüğyan edən sonsuz cəhənnəm... O, ki anadır, Zərifənin yeganə yaşam səbəbidir,
lakin artıq bu yolun sonuna olduqca az bir vaxt qalmışdı. Zərifə onu sahilə - son arzusuna
qovuşdurmalıdır. O, belə də edir. Gecənin qaranlığında əsən sərin meh Nərgizin ay işığında parlayan
tellərinə sığal çəkirdi. Nərgiz isə qəlbində kədər, gözlərində yaş ayın əksi düşmüş göy ləpələri seyr
edirdi. Bəs, Zərifə? O isə anasını – hər cəhətdən əlini həyatdan üzmüş zərif qadını. Elə bu dəmdə
Nərgiz dillənir:
-Qızım, əziz Zərifəm, mən səninlə fəxr edirəm. Sən verdiyin vədə xilaf çıxmadın, sözünə əməl
etdin, onun kimi nankor olmadın. Səninlə qürur duyuram.
Sonuncu kəlməsinə dilə gətirən zaman Nərgizin səsində qəribə bir xırıltı hiss olundu, səsi titrədi.
Bu son idi – böyük bir yolun sonu. O yol ki, yalnız həyatda zülmlər görmüş qanadsız bir mələyin
çəkdiyi əzablarla dolu idi. Elə bu an ətrafa qəlbi sızladan bir sakitlik çökdü. Yenə həmin sakitlik,
həmin qulaqbatırıcı mühit. Bu vaxt sanki səmadakı parlaq qoşa əl onu göylərə qaldırdı. Göy
guruldadı, yağış yağdı. Göylər də bu hadisəyə şahidlik etdiyi üçün ağlayırdı. Bəlkə də bunlar sevinc
gözyaşları idi, çünki səma yerə göndərilmiş mələyini geri qaytarmağı bacardı. Bir zamanlar bütün
əzablara qatlaşmaq üçün yerə göndərilmiş bu müqəddəs varlıq indi yerdən göyə qaldırıldı. O, susdu,

özü də əbədi olaraq. Qanadsız mələk övlad hıcqırtılarına və ah-naləsinə baxmayaraq gözlərini
həyata yumdu...

Mirzəyeva Zeynəb (Bakı Dövlət Universiteti, “Jurnalistika” fakültəsi, II kurs)


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!