“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 18-09-2017, 19:36
Fərhad Məmmədov: “Rəqabət olan yerdə inkişaf da olur”


Ölkəmizdə günü-gündən inkişaf edən, kütləviliyi artan idman növlərindən biri də cüdodur. Müxtəlif nüfuzlu yarışlarda cüdoçularımızın qazandığı nailiyyətlər bunu təsdiq edir. Elə avqustun 29-dan sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə dünya çempionatı da komandamız üçün uğurla nəticələndi.


Belə ki, 134 ölkədən 794 cüdoçunun mübarizəyə qoşulduğu mundialda Azərbaycan komanda hesabında səkkizinci pillədə qərarlaşdı. Eyni zamanda onu da deyək ki, ilk dəfə olaraq kişilərdən ibarət millimiz hansısa dünya çempionatında ikidən artıq medal qazanırdı. Sevindiricidir ki, bu, yerli məşqçi, təcrübəli mütəxəssis Fərhad Məmmədovun rəhbərliyi ilə oldu. Tatami ustalarımızdan Orxan Səfərov(60 kq) və Rüstəm Orucov(73 kq) fəxri kürsünün ikinci pilləsində təbrikləri qəbul etdilər. 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov isə bürünc medal uğrunda görüşdə komanda yoldaşı Elxan Məmmədova qalib gəldi.
Bu və bizi maraqlandıran digər məsələlərlə bağlı bir neçə gün əvvəl Fərhad müəllimlə həmsöhbət olduq. O da qazanılan uğurları yüksək qiymətləndirdi:

-Fərhad müəllim, dünya çempionatında komandamız uğurla çıxış etdi. Bəs bir mütəxəssis kimi siz bu barədə nə deyə bilərsiniz?


-Əlbəttə, bu tarixi nəticədir. Kişilərdən ibarət milli komandamız indiyə kimi heç bir dünya çempionatında ikidən artıq medal qazana bilməmişdi. Şübhəsiz sevinirəm ki, bu nailiyyətdə bir məşqçi kimi mənim də xidmətlərim oldu. Biz 134 ölkə arasında səkkizinci olduq. Bu, çox gözəl nəticədir. Əslində hakim ədalətsizliyi olmasa idi nəticəmiz daha yaxşı ola bilərdi. Məhz hakimlərin ədalətsiz qərarına görə Rüstəm Orucov final görüşündə uduzaraq, ikinci oldu.

-Məşqçilərin və azarkeşlərin əsas medal ümidi olan, IV İslam Həmrəyliyi Oyunlarının çempionu Hidayət Heydərov bu dəfə medalsız qaldı...

-Hidayət çox bacarıqlı və perspektivli idmançıdır. Onun gələcəyi hələ qabaqdadır. Dünya çempionatı isə çox çətin yarışdır. Bəzən elə olur ki, Yaponiya, Koreya kimii ölkələrdən eyni çəki dərəcəsində iki idmançı medal uğrunda mübarizə aparır ki, bu da mübarizəni daha da çətinləşdirir. Həm də Hidayət hələ gəncdir, onu qınamaq olmaz. Unutmayaq ki, idmanda qələbə kimi məğlubiyyət də var. Əsas odur ki, idmançı öz səhvlərindən dərs çıxara bilsin.

Fərhad Məmmədov: “Rəqabət olan yerdə inkişaf da olur”


-Yarımfinal görüşündə 100 kq çəki dərəcəsində Elmar Qasımov Elxan Məmmədova qalib gələrək üçüncü oldu. IV İslam Oyunlarında isə Elxan Elmarı üstələmişdi...
-Komandada 73 kq-da və 100 kq-da iki idmançı var. 73 kq-da Rüstəm Orucovla Hidayət Heydərovun, 100-da isə Elmar Qasımovla Elxan Məmmədovun rəqabəti məni sevindirir. Çünki mübarizə olan yerdə inkişaf da olur. Eyni zamanda komanda hesabında medal qazanma şansımız daha da artıq. Həm Elmar, həm də Elxan kifayət qədər təcrübəyə malik idmançılardır və deməzdim ki, biri digərindən zəifdir. Hansı idmançının mükafatçı olması o qədər də vacib deyil, əsas odur ki, Azərbaycanın bayrağı dalğalansın.

-Kişilərimizin çıxışı uğurla alınsa da, eyni sözləri qadınlar haqqında demək olmaz. Bir mütəxəssis kimi qadınlardan cəmi birinin bürünc medal qazanması barədə nə deyə bilərsiniz?

-Bütün vaxtlarda qadın cüdosu kişi cüdosuna nisbətən zəif olub. Bəli, komandamızdan cəmi bir idmançı-78 kq-da tatami üzərinə İrina Kadzerskaya mükafatçı olmağı bacardı. İnanıram ki, gələcəkdə nəticə daha yaxşı olacaq.

-Sizcə, son vaxlar reallaşan məşqçi dəyişikliklərinin də bu istiqamətdə müəyyən rolu oldumu?

-Əlbəttə, müəyyən qədər oldu. Bildiyiniz kimi, IV İslam Həmrəyliyi Oyunlarından bir ay qabaq illərdir millimizdə çalışan təcrübəli mütəxəssiz İbadulla Şahbanov hərbçilər arasında dünya çempionu Elçin İsmayılovla əvəz olundu. Bu yaxınlarda isə o, istefaya göndərildi və həmin posta Faiq Ağayev gətirildi. İdmançılar uzun illər İbadulla müəllimin rəhbərliyi ilə məşq ediblər, onun məşq üslubuna öyrəşiblər. Yeri gəlmişkən, deyim ki, Ramilə Yusubova, Kifayət Qasımova, Aişə Qurbanlı kimi idmançılarımız məhz İbadulla müəllimin yetirmələridirlər. Hərhalda ümid edək ki, hansı dəyişikliyin olmasından asılı olmayaraq hər şey gələcəkdə daha yaxşı olacaq.
-2018-ci ildə növbəti dünya çempionatına paytaxt Bakı ev sahibliyi edəcək...

-Bəli, bu, çox qürurvericidir. Təxminən noyabrdan hazırlıqlara başlayacayıq. Çalışacayıq ki, daha uğurla çıxış edək. Və bununla da Azərbaycanın idman vətəni olduğunu bir daha sübut edək.

-Qarşıdakı yarışlar barədə nə deyə bilərsiniz?

-Artıq dünya çempionatından qayıdan idmançılarımız məşqlərə başlayıblar. Sentyabrın sonunda Xorvatiyada Qran-pri yarışında mübarizə aparacayıq. Sonra əsas diqqət, sübhisiz ki, gələn dünya çempionatına yönələcək.

-Səmimi söhbətə görə çox sağ olun.

-Sağ olun.

Fərhad Məmmədov: “Rəqabət olan yerdə inkişaf da olur”




Kənan Novruzov,
Aybəniz Məhərrəmova
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!