Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        “Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                       
Tarix : 19-09-2017, 15:03
İşıqlı bu gün üçün jurnalistlər qayğı göstərir


Müasir dövrümüzdə ən dəyərli və hər zaman öz aktuallığını qoruyub saxlayan ixtisaslardan biri də jurnalistikadır. Bu sahəni cəmiyyətin güzgüsü də adlandırmaq olar, çünki jurnalistika cəmiyyətin maariflənməsində böyük əhəmiyyətə malik ən prestijli peşə sahəsidir.

Slovakiya yazıçısı, tanınmış şəxsiyyət Yarko Petan qeyd edir ki, parlaq gələcək üçün siyasilər, xoşbəxt keçmiş üçün tarixçilər, işıqlı bu gün üçün jurnalistlər qayğı göstərir. Həqiqətən də cəmiyyətin tərəqqisində və yüksək uğurlara imza atmasında jurnalistika əvəzolunmaz bir rol oynayır. Təbii ki, bu sahənin də özünün qeyri-peşəkarları vardır, lakin dövlətin təşəkkül tapmasında peşəkarların əməyi unudulmazdır.

Xalqın rifahı naminə çalışan vicdanlı jurnalistlər bu peşənin bütün ağırlıqlarını öz çiyinlərində daşıyır və öz uğurları ilə mətbuat tariximizdə silinməz iz qoymağı bacarırlar. Təəssüflər olsun ki, bu günümüzdə də öz ixtisasından sadəcə şəxsi mənafe naminə sui-istifadə edən “jurnalistlər” də vardır. Onlar öz yazıları ilə vətəndaşların düşüncələrini başqa səmtə yönəltməklə bir çox münaqişələrə də səbəb ola bilir. Lakin, unutmaq olmaz ki, bir çox keşməkeşli hadisələrə və ağır təzyiqlərə uğurla sinə gərən qüdrətli mətbuatımız basılmazdır və əyilməzdir. Tarixi inkişaf yolu boyunca “Molla Nəsirəddin”, “Əkinçi”, “Füyuzat” kimi ədəbi məktəb yaradan bir cəmiyyəti heç kəs əzə bilməz.

Dahi şəxsiyyətlərimizdən biri olan Mirzə Cəlilin “elə yaz ki, səni oxusunlar” sözlərinə istinadən deyə bilərəm ki, günümüzdə ümumiyyətlə oxunulası mümkün olmayan bir çox məqalələr və köşə yazıları da mövcuddur ki, bunlar sırf gərəksiz məlumatlar toplusudur. Buna baxmayaraq, “İki sahil”, “525-ci qəzet”, “Azadlıq” və bu kimi bir çox qəzetlər də vardır ki, məlumatlandırma, informasiyanın dəqiq ötürülməsində müstəsna rol oynayır.

Cəmiyyətimizin ən aktual problemlərindən biri də sosial şəbəkələrlə bağlıdır. Müşahidələrimə əsasən deyə bilərəm ki, internetdə verilmiş yazıların bəyənilməməsinin əsas səbəbi də elə məhz yazılarda hərf yanlışlıqları və sözlərin dilimizin leksikologiyasına xələl gətirəcək dərəcədə qısaldılmasıdır. Orfoqrafiya qaydalarına əməl olunmadan yazılan bu kimi məqalələr dilimizə zərər gətirməkdən başqa bir şey deyildir. Nəzərə alsaq ki, xalqımızın əksəriyyəti bu səhvə yol verir və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilmir, böyük əminliklə deyə bilərəm ki, yaxın bir zaman ərzində gələcək nəsillər bu kimi halları normal qəbul edəcək və onların inkişafında böyük uçurumlar yaranacaqdır. Diqqət yetirdikdə görə bilərik ki, mənfur düşmənlərimiz olan ermənilərin internet saytlarında yerləşdirdikləri məlumatlarda çox az hallarda bu kimi səhvlərə yol verilir. Ən dəhşətlisi isə ermənilərin bizim dilimizi bildiyi və gənc nəslə də bu dili öyrətdiyi təqdirdə xalqımızın onların dilini bilməməsi və anlamamasıdır. Lakin bu sahədə müəyyən ölçü götürülməli və heç bir maddi-mədəniyyəti olmayan bir xalqın dilimizi bilib də Azərbaycan xalqı barədə internetdə çirkin məlumatlar yaymasına imkan verilməməlidir.
Yekun olaraq bildirirəm ki, əgər düşmənin bizi basmağını istəmiriksə, ilk növbədə onun dilini bilməliyik!!!

Zeynəb Həsən,
Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi II kurs,
Butov.az




Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!