Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
24-03-2024, 19:00
BİR CÜT LALƏ


Labər Rüstamova,
Özbəkistan Yazıçılar Birliyin üzvü.


BİR CÜT LALƏ

Həlim atanın könlü bu gün nədənsə kədərli. Ona görə arvadının “Səhər yeməyiniz hazır” deməsinə baxmayaraq yola çıxdı. O çopani barini çevirib əlini belində gəzdirdikcə adımlar və uzaqlara uzanan mavi bağın təravətindən gah qəlbi təsəlli tapır, gah qəmli fikirlərə qapılırdı. Ata cığırla bağa deyil, dağa doğru yeridi. O yuxarı qalxdıqca ayaqları yorulub istəyinə tabe olmaz, ürəyinin bir yerində hələ də sönməyən gənclik həvəsi onu yeriməyə şövq edirdi. Nəhayət, yuxarı qalxdı. Zərif mehdən dərin nəfəs aldı. Belbağini çıxarıb tərli üzü, gözlərini sildi. Aşağı baxdı: "Həyat necə gözəl!" Bu zaman böyük bir daşın altından duran bir cüt laləyi gördü. Ayağa qalxdı, ama uzun müddət onu götürməkdən çəkindi. Sonra nəyisə xatırladı bəlkə, bıçağı böyründən çıxarıb onu yavaşca kəsdi. Birdən sanki arvadının mehriban səsi eşidildi: “Çayınızı içmirsinizmi, Qadir?”. Əslində onun dediyinə baxaraq, səhər yeməyini yesə də olurdu... Bu fikirlə çiçəyi qucağına alıb evə getdi...
– Risal, ey, Risal, – dedi qoca eşikdən keçəndə.
Qocasını görən arvad stolu yazmağa başladı.
– Hey, öncə mənə baxsana!
Arvad qocasının qabağına çıxdı.
– Risal, bax, sənə nə gətirmişəm.
Arvad bir qocanın əlindəki çiçək açan laləyə, bir ətrafa baxıb romalinin ucu ilə üzünü örtərək güldü.
– Yaşlananda bozuldunuzmu, bilməm...
– Bəli, özümü on səkkiz yaşda hiss edirəm. Al, sənə... Axı bu gün bayram... Yadındadırmı, uşaq vaxti müharibə başlayanda heç nədən xəbərsiz dağa çıxmışdıq... Onda sən mənim deyil, Adilin laləsini götürmüşdün.
– Onu buraxın indi. Xəbər-ətər yox ondan...
Arvad birdən məyuslanıb, gözünə yaş aldı.
– Könlünə ağır gəldimi? Niyə o zaman mənim lalələrimi almamışdın? Düzünü de. Adildə könlün varmıdı?
– Qadir (arvad ərini kiçik oğlunun adı ilə çağırırdı), maraqlı şeylər deyirsiz e. Sizdə könlüm olmazsa birgə olmazdıq. Onda sizi yandırmaq üçün eləmişdim axı...
– Niyə məktubuma cavab vermədin o zaman?
Qadının sevgisi gizli olması lazım.
Belə neçə il yaşadıq, uşaqlı, nəvəli olduq. Səndən pislik görmədim. Amma, düzünü de ki, məni sevirmiydin?
– Ay ayıb olsun sizə, uşaqlar eşitsələr nə deyəcəklər, ayıb olsun e sizə ağ saqqallınızla. Bu söz bizə yaraşmır artıq.
– Düzünü de...
Arvad yerə baxdı...
Sizi öldü deyə qara məktub alanda da ümidimi kəsməmişdim...
Qoca saçlarında ağ görünən, qəddi biraz batmış yaşlı qadına minnətdarlıqla baxdı.
– Nə oldu axı, Qadir? – narahat halda soruşdu arvad.
– Beləcə...
Qoca, adam böyüdükcə uşaq kimi şıltaqlaşır, demək istədi, amma deyə bilmədən küçəyə çıxdı. Arvad uzun müddət lalələrə baxdı, iyini duydu, sonra vazaya qoydu.
O zaman oğlu Qadircan fikrini bozdu:
– Lalələr! Ana, kim gətirdi bunlari?
– Atan. Dağa çıxdılar...
Qadircan lalələri götürüb dışarı atıldı:
– Atama təşəkkür deyin. Mən tezliklə qayıdacağam.
Arvad gəncliyin sevinc və iztirab dolu xatirələrinə dolub, darvazaya tərəf getdi. Oğul qonşu qıza nəsə demek istəyir, həmin lalələr qızın əlində idi...

Tərcümə: Cahangir NOMOZOV,
"Butov Azərbaycan” in Özbəkistan təmsilcisi.

17-03-2024, 09:30
XXI ƏSR XARƏZM SÖZ MÜLKÜNÜN SƏMƏNDƏRQUŞU

XXI ƏSR XARƏZM SÖZ MÜLKÜNÜN SƏMƏNDƏRQUŞU

Sözün sehrindən bəzən xəbərsiz oluram,
Atəşlərdə yanmayan Səməndərquşuyam!


Özbək ədəbiyyatı təkcə türk dünyasının deyil, dünya ədəbiyyatının ayrılmaz və üzvü bir hissəsidir, yazılmış və yaradılacaq bütün əsərlər dünya xalqlarının təfəkkürünün inkişafına – yüksəlişinə xidmət edir. Mütəfəkkir Əlişir Nəvai əsərləri dünya ədəbiyyatının “qızıl xəzinəsi” – deyilən etiraflar milli dəyərlərimizdir..
Özbək ədəbiyyatının dünyəvi yaradıcı şəxsiyyətləri haqqında tarixin hər əsrində var olmasını qürurla söyləyə bilirik – o cümlədən XX əsrdən və hazırkı XXI əsrin birinci rübündə də bu ənənənin davamına şahid oluruq. Heç şübhəsiz, özbək ədəbiyyatının XX əsrin 60-cı illərindən sonrakı nəslinin – Erkin Vahidov, Abdulla Aripov, Aman Matcan, Erkin Səməndər kimi sənətkarların yaratdıqları nəzm və nəsr şedevrləri dünya ədəbiyyatı meydanında yer almışdır.
2008-ci ilin aprel ayında Özbəkistan Elmlər Akademiyasına – Maqsud Şeyxzadənin 100 illik yubileyinə dəvət edilmişdim. Orada ilk dəfə xalq şairləri Abdulla Aripov, Cüməniyaz Cabbarov, Erkin Səməndər, folklorçu alim, akademik Tura Mirzəyev, akademik Naim Kərimov, nəvaişünas alimlərdən professor Azizxan Qayumov və professor Suyima Ğəniyeva ilə tanış oldum. Hər kəs Maqsud Şeyxzadə haqqında gözəl fikirlərini və xatirələrini bölüşdülər. Mən də, Maqsud Şeyxzadənin el qızı olaraq bu təriflər və xatirələrdən fəxrləndim və geniş bir məruzə etdim.
O günün söhbəti indi də yadımdadır: görkəmli özbək alimlərinin – ustaz Azizxan domlanın, Suyimə opamın çox ciddi təhlilləri, Abdulla Aripovun fəlsəfi mülahizələri ilə yanaşı Erkin Səməndər ustazın müdrik fikirləri məni heyrətləndirmişdi. Özbək xalqının, adlarını kitablardan bildiyim, oxuduğum, öyrəndiyim bu millət aydınlarının üzbəüz söhbətləri mənə yeni yaradıcılıq ruhu verdi, elmə canı-dildən, el dili ilə desək, dördəlli tutmağa sövq etdi. Eyni zamanda, Xarəzm oğlu, Xarəzm torpağının aşiqi, yazıçı-dramaturq Erkin Səməndərin Nəvai əsərlərini dərindən təhlil etməsi, Agahi yaradıcılığından misallar gətirməsini heç unutmuram.
Bu səfərimdən çox qısa bir vaxtdan sonra yenidən Özbəkistana – “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” və Azərbaycan-özbək ədəbi əlaqələrinin 600 illik bir dövrünü özündə əks etdirən “Azərbaycan-özbək ədəbi əlaqələri” kitablarımın təqdimat məclisinə dəvət olundum. Bu həyatımın ən gözəl bir səhifəsi idi. Doqquz yaşlı oğlum Atilla ilə birgə getmişdim (hazırda 25 yaşlı Atillam ÜMRƏ ziyarətindədir, Allah qəbul etsin). Xatirələrlə dolu unudulmaz bir gün oldu. Yuxarıda adlarını qeyd etdiyim şəxsiyyətləri yenə də həmin məclisdə gördüm. Demək, bu məclis dostluq - qardaşlıq dəyərləri ilə yanaşı elmə, ədəbiyyata verilən dəyər, qiymət idi.

O da yadımdadır ki, Erkin Səməndəri “sizin oğuzların böyük yazıçısı, dramaturqu” kimi Suyima opam təqdim etmişdi, sonra fotolar çəkildi.
Ötən il – 2023-cü ilin aprelində iki həftə Urgənc Dövlət Universitetinin tələbələrinə “Nəvaişünaslıq” fənnindən mühazirə deyən vaxtlarda, o böyük insanın Xarəzmdə yaşadığını bilsəydim, hökmən ziyarətinə gedərdim.
Bakıda oturanda bunu xatırlamağımın, xatirələrin kino lenti kimi beynimdə dolaşmasının səbəbi Erkin Səməndərin istedadlı, yaradıcı qızı Səyyarə xanımın şeirlər toplusunu oxumağım və ona sözbaşı yazmaq etibarı qazanmağımdır.
Kimdir Səyyarə Səməndər? – sualı qarşısında qısa bir həyat tablosu yazmaq iatədim: Səyyarə xanım Səməndər – Xarəzm Dövlət Pedaqoji İnstitutunun “Özbək dili və ədəbiyyatı” ixtisasına (1988) yiyələnib, “XX əsr özbək təzkirələri” adlı dissertasiyasını müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru (1997) alimlik dərəcəsi alan, dosent (2005), “Sizə deyilməyən sözlərim”, “Azadlıqtək bəxt yoxdur”, “Və yenə bahar” (Erkin Səməndərlə həmmüəllif) və “Könlüm” kitablarının müəllifi, Özbəkistan Yazıçılar Birliyinin üzvü (2006), “Mənəvi-maarif işlər əlaçısı” (ÖzR Müdafiə nazirliyi, 2021), ÖzR Müstəqilliyinin 15 illiyi (2006), ÖzR Müstəqilliyinin 30 illiyi (2021) və ÖzR Konstitusuyasının 25 illiyi (2006) döş nişanları mükafatçısı, nəhayət “Şöhrət”medalı laureatı (2022).

Səyyarə Səməndər də mənim kimi filoloqdur. O, alimlərin şairi, şairlərin alimidir. Məhz bu keyfiyyət – onun özbək klassik ədəbiyyatını, dünya ədəbiyyatını dərindən bilməsi, tədqiqatçı xarakteri yaradıcılığının formalaşmasına, mükəmməliyinə təkan verir.
Könül duyğularının təbii çalarlarla kağıza – qələmə tökülməsi – yazılması, elm üçün xarakterik olan fəlsəfi müşahidələr hər sətirdə öz əksini tapmış incilərdir:

Ahindan açılır göy pəncərəsi,
Gözyaşın saədət qədərdir mənə.
Vəfasız olublar dostlarin çoxu,
Dostluğun qiyamət qədərdir mənə!!


Təbii ki, bu sətirlər ömrünü SÖZə həsr etmiş yaradıcı şəxsiyyətin obrazını göz önünə gətirir. Onun üçün müqəddəs olan şeir – ədəbiyyatdır və bu hal poetik səslərə çevrilir:

Qasırğa, tufanlar içində
Qismətimi tək geçirəm mən.
Söykənib yalnız öz dilimə,
Heç düşmədən gedirəm mən.

Yollarımdan çıxırsa bəzən
Qəşqırlara şeir oxuyuram.
Sözlərimə qulaq asınca
Təslim olacaqdır pələng də.

Silahım Söz, Söz ordum mənim,
Ondan başqa heç kimim yoxdur.
Vücudumda bitən həsrətim
Yürəyimə atılan oxdur.

Daşi bassam yarpaq yazacaq,
Çiçək açır titrəyən torpaq,
Əsla asan deyil bu, amma (!)
Düşmədən ayaqüstə qalmaq!

Səyyarə xanımın yaradıcılıq boxçasından belə poetik incilərdən çox misal göstərmək, təhlil etmək mümkündür.
Yaradıcılığı tale hesab edən şairənin Erkin Səməndərə ithaf və ya atası ilə söhbətinin təsiri ilə yazdığı şeirləri var ki, bu da sənətkarın ədəbiyyat aləminə daxil olmasının müqəddəs ailəsindən – genetik kodlarla başladığını göstərir. Bu səbəbdən, Səyyarə xanıma alimlərin şairi, şairlərin alimi dedim. Atasından aldığı ədəbi və həyat dərsləri, elmi yaradıcılığını təzkirələrə həsr etməsi, klassik ədəbiyyatı dərk edərək təhlili onun öz qəzəl, müxəmməs və məsnəvilərində əksini tapmışdır.
Nəvai həzrətləri, Üveysi, Nadirəbəyim, Osman Əzim, Fəridə Əfruzun qəzəllərinin pərəstişkarı olan Səyyarə xanım atası kimi dərin düşüncəli, hərtərəfli yaradıcı qabiliyyətinə malik olduğuna sübutdur və əslində bu, yaradıcı şəxsin xoşbəxtliyidir.
Məlumdur ki, qəzəl Şərq poeziyasında geniş yayılmış lirik janrdır. İlk dövrlərdə romantik mövzuda yazılmış, sonralar onun əhatə dairəsi genişlənərək davam etmiş, ictimai-siyasi, fəlsəfi-etik, didaktik qəzəllər meydana çıxmışdır. Səyyarə xanımın qəzəllərinin oxucuları təkcə misralarda əks olunan məhəbbət duyğularını deyil, həm də insan iztirabları, həyat adlı ağrılı dünyaya aid tüğyanları ilə anlayır:

İstırabım xəzəl kimi batdı yerin dərinliyinə,
Oyadıb cısm-canımı varlığıma batdı səhər.
Etməyin eyb fiqan kim doldursa göy bağrını,
Hansı könülə yetmədi, hansı könülə çatdı səhər...

Qəzəl janrında müxəmməs (beşlik) yaratmaq üçün yaradıcının ədəbi-elmi biliyi və dərin fəlsəfi müşahidə yetkinliyi, şair cəsarəti olmalıdır. Həzrət Nəvai, Üveysi, Nadirə bəyim kimi klassiklərin yaradıcılığını dərindən dərk etmək, onlara yaxın olmaq, onların könül bağlarını özündə hiss etdikdə qəlbdə ecazkar səsə-sözə çevrilir.
İnanıram ki, Səyyarə xanım elmiliyini poeziya ilə özündə təcəssüm etdirən, klassik və dünya ədəbiyyatını çox oxuyan, elm sahəsində araşdırmalarını davam etdirməsi sayəsində misilsiz möcüzələr yaratmışdır. Bundan əlavə, müasirləri Osman Əzim və Fəridə Əfruzun yaradıcılığına hörmət, qəlbən onlara yaxınlıq da Səyyarə Səməndərin bənzərsiz əsərlər yaratmasına təsir etmişdir.
Şərq poeziyasının başqa bir janrı olan məsnəvidə hər beytin misraları qafiyələnir və beytdən-beytə yenilənir. Səyyarə Səməndərin məsnəviləri də qəzəlləri kimi onun həyat təcrübələrini, qəlb ağrılarını, fəlsəfi anlamda şərq ruhunda əks etdirir:

Gəlsə də dərd, tərki adət etmədim,
İncik görüb, əl yelləyib getmədim.

Ah çəkib özümü daşa vurmadım,
Gər sitəm yetsə, üzüm çevirmədim.

Bəzən sellər məni boğmaq istəyir,
Tək ümidim çiçəklənmək istəyir...

Yaxud da içindəki bu ürək ağrıdan misralar məsnəvi janrında yaradılmış incilərdir, - desək, deməli İNSANın ÖZÜ, öz ŞƏXSİYYƏTini əks etdirir:
Kim qəlbinə darıxsa olur ki salamat,
Mən kimi yavaş keçir özünə tərəf.
Nə gələn ağlıma, o sözümdədir,
Qəlbi gördüm, o mənim özümdədir.

İnsanın qəlbinə, ruhuna yaxın olan bu misralar təbii ki, hər bir poeziya aşiqinin ürəyincə olur və onu düşünməyə, düşündürməyə sövq edir.
Bu kitaba daxil olan və əsərin təsirini daha da artıran “Huzuruna gəldim, Təhəccüd” adlı üçlüklərdir. Məlumdur ki, Təhəccüd namazı İslamda nəfs namazlarından biridir. Şairə xanımın təhəccüdləri ANAya həsr olunmuş üçlüklərdir. Ağıllı övladlar dünyaya gətirən, sınaq dünyasında ataya sədaqətlə ömür-gün yoldaşlığı edən Anaya həsr olunmuş misralar, ona görə də şairənin ürəyindən dua nidası mərsiyə kimi səslənir.
“Təhəccud!
Gecənin bağrına bir zərrə olub qarışacam... Uzun müddət özümü dinləyəcəm. Haqq dünyasına köç edən anamın yarım təbəssümlə baxan siması gözlərim önündə canlanır... . Bu halımdan çıxmaq istəmirəm... . Sən – anamın həsrəti olub qəlbimə təsəlli verirsən, bu dünyada yaşamaq üçün güc verirsən, səbr verirsən...”.
Bəli, dünya ədəbiyyatında yaradıcı bütün qələm adamları ANAya SÖZdən bədii heykəl, bənzərsiz mənəvi ABİDƏ ucaldıblar və onların hamısında müqəddəs qadın obrazı var. Amma bu Təhəccüddəki qəhrəman ŞAİR Erkin Səməndərin həyat yoldaşı, ŞAİRƏ Səyyarə Səməndərin ANAsıdır. Buna görə də müəllif bu haqda belə yazır:
“Bu gecəki yazılarımı – atamın qayğısına qalan mehribanım, onun 66 illik ömür-gün yoldaşı, yeməklərini ən əvvəl atamın qarşısına qoyan, sağlamlığının keşikçisi, həyatın sınaqlarında arxasında dayanan qalası, atamın gözlərini hüzrlə dolduran onun böyük qadını (atam anam haqqında danışarkən, “o, böyük qadın idi” – deyərdi) “atanıza yaxşı baxın, onu sizlərə, sizləri isə Allaha tapşırıram” – deyərək mehrini ancaq atama salan, 85 yaşında belə işıqlandıran anam Cumənıyazqızı Aqilcanın əziz xatirəsinə ithaf edirəm. Ailəmizi onun adına bənzər bir hikmət nuru ilə yüksəldən anam Aqilcan Cümənıyazqızının əziz xatirəsinə ithaf edirəm.
Bu qeydlər və “Dünya” silsiləsidəki üçlüklər, onlardakı ağrılı nalələri (mərsiyələri) oxuyandan sonra dünya ədəbiyyatı, xüsusən də klassik yapon hayku (üçlük) şeirini xatırladım:
***
Mən sənin bağrında yanan bir şamam,
Başım əyib, dağ kimi möhtəşəməm.
Huzur və həlavət, rahat təhəccüd.
* * *
Özüm ədayam mən, özüm miskinəm,
Qırıq könlümlə kimə təsəlliyəm,
Zirvəyə yol alsam, rəğbət təhəccüd.
* * *
Mən kimi dünyanı dünyaya verdin,
Yayıldım bir mahnı kimi zəminə!
Məni yaratmaq üçün yarandın, Dünya!...
Məhz bu üçlüklər mənə həyatın imtahanları və sınaqlarından məntiqi və fəlsəfi müşahidələr çıxarmağın haykuya xas olduğu qənaətinə gəlməyə vadar etdi.
Yox idim, bədəndə cəm oldum,
Aləmi işıqlandıran şam oldum,
Deməyin, şam nədən işıqlandırmaz,
Ki, ona tutuşan can oldum.

Bu kimi dördlüklər silsiləsi də hazırkı kitabda yer alan digər əsərlər kimi dünyada ÖZünü axtaran, qəlbindəki kədərini, sevincini, hiss-duyğularını ədəbiyyat sevərlərə bəxş edən Səyyarə xanımın əbədiyaşar yazılarıdır.
Bu kimi dördlüklər silsiləsi də hazırkı kitabda yer alan digər əsərləri kimi dünyada ÖZünü axtaran, sevincini, ağrısını ürəyində ədəbiyyatsevərlərə bəxş edən Səyyarə xanımın əbədiyaşar yazılarıdır. Şairin yazdığı kimi, –

Qəlbim o qədər oyaq –
Qəlbinizə çatana qədər.
Könlünüzdən qubarlar
Ta ki dağılana qədər!

Mənim yolum bir an kimi –
Söz dadını dadana qədər!
Mən dünyada yaşayıram
Ta özümü tapana qədər!


Ümumiyyətlə, bu kitabda hər bir yaradıcılıq nümunəsində müəllifin qəlbini, dərd dolu könlünün əksini görürük.
“Bir türk qadını ilə üç mübahisə” poemasını oxuyandan sonra nədənsə türk xalqlarının, xalqımızın iki böyük şəxsiyyəti – Azərbaycanın özbəyi, özbəyin Azərbaycanı kimi tanınan Maqsud Şeyxzadə və Ziya Bünyadovu xatırladım. Çünki bu müəlliflər Xarəzmşah-Anuştəqini dövlətini, Cəlaləddin Mənquberdinin fəaliyyətini dəqiq işıqlandıran, dövrün mənzərəsini gözümüzün qabağında təqdim edən əsərlər yaratmışlar. Səyyarə Səməndərin poemanı yazarkən arxalandığı Nəsəvi yaradıcılığı da bilavasitə Ziya Bünyadovun tərcümələri ilə geniş oxucu kütləsinə çatmışdır. Bu yerdə qeyd edim ki, Erkin Səməndər həm də “Əcdadların qılıncı”, “Cəlaləddin Mənquberdi” dramlarını, “Sultan Cəlaləddin” romanını yaradıb və bu əsərlərin özbək ədəbiyyatında xüsusi, həm də qürurverici yeri vardır.
Səyyarə xanım, atasının yaradıcılıq təsiri ilə, eləcə də tarixi hadisələri əks etdirən digər əsərləri oxuduqdan sonra Xarəzmşah-Anuştəqinilər dövrünün məlakəsi olmuş Türkan Xatun haqqında dastan-poemasını yazmışdır. Eposda Türkan Xatun, o dövrün tarixçisi Nəsəvi və müəllifin o dövrün reallığı ilə bağlı fikirləri öz əksini tapmışdır. Eposda ana Ceyhun və səmanı bədii obrazlar kimi təcəssüm etdirməsi müəllifin nailiyyətidir. Üç arqumentdən ibarət olan dastan oxucuya o dövrün mənzərəsini təsəvvür etməyə, real vəziyyəti anlamağa kömək edir.

Sözün sehrindən bəzən xəbərsiz oluram,
Atəşlərdə yanmayan Səməndərquşuyam!
– deyə, müəllif yazır.
Damarlarında, genində, qan yaddaşında böyük özbək ədibi, dövlət və ictimai xadimi Erkin Səməndərin qanı olan Səyyarə xanıma yaradıcılıq uğurları, özbək, türk və Şərq ədəbiyyatını daha gözəl əsərlərlə zənginləşdirməyi, SƏYYARƏ adını bütün dünyaya yaymasını arzulayıram. Erkin əfəndi könül bağı Səyyarə ilə, Səyyarə xanım atası Erkin əfəndi ilə, pərəstişkarları – oxucuları isə hər ikisi ilə fəxr edə bilərlər. Çünki hər iki Xarəzm övladı buna layiqdir.

Almaz Ülvi Binnətova
filologiya elmləri doktoru, professor
Özbəkistan Respublikasının “Dostluq” ordeni laureatı
P.S. Mətndəki şeirlərin Azərbaycan dilinə tərcümə müəllifi gənc özbək şairi Rəhmət BABACANdır.
"Bütöv Azərbaycan" qəzeti
15 mart 2024


1-03-2024, 13:57
Özbəkistanın Bahar qızı


Özbəkistanın Bahar qızı

Görkəmli şairə Zülfiyyənin anadan olmasının 109-cu ildönümü 1-mart baharın başlanğıcı. Bahar yenilənmə-cavanlaşma fəsli. 1-mart Özbəkistanda böyük ədəbi bayram kimi geniş qeyd olunur. Çünki bu tarixdə Özbəkistan xalq şairəsi, beynəlxalq “Cəvahirləl Nehru” və “Nilufər” mükafatlarının laureatı Zülfiyyə xanım anadan olub. Zülfiyyə (1915-1996) özbək şairəsi. Məşhur özbək şairəsi Zülfiyyə 1915-ci il martın 1-də Daşkənd şəhərində israilli dəmirçinin ailəsində anadan olub. A. S. Puşkin, M.Yu. Lermontov. N. A. Nekrasov, M. Vaqif, L. Ukrainka, M. Dilbozi, S. Kaputikyan, E. Oqnetsvet, Mustay Kərim, Amrita Pritam, Ye. Bagryana və başqaları. əsərlərini özbək dilinə tərcümə etmişdir. Əsərləri bir çox xarici dillərdə, eləcə də qardaş türk xalqlarının dillərində nəşr edilmişdir. Zülfiyyə beynəlxalq Cəvahirləl Nehru (1968), “Nilufər” (1971) mükafatları, Həmzə adına Özbəkistan Dövlət Mükafatı (1970) laureatıdır. O, həmçinin Bolqarıstanın Kiril və Methodi ordenləri ilə təltif edilib (1972). Özbəkistan hökuməti görkəmli şairənin mədəniyyətimizin inkişafındakı böyük xidmətlərini nəzərə alaraq Zülfiyyə adına Dövlət Mükafatını təsis edib. Daşkənddə küçələrdən biri onun adını daşıyır. Təfkkür Təfkkür işləyir. 1999-cu ildə görkəmli şairənin şərəfinə Zülfiyyə adına dövlət mükafatı təsis edilib. Bu mükafat. O, elm, təhsil, ədəbiyyat, mədəniyyət, incəsənət sahələrində irəliləyiş göstərən istedadlı qızlara verilir.

Cihangir NOMOZOV,
“Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi.


24-02-2024, 08:39
İstanbula gələn xarici turistlər çoxalıb

İstanbula gələn xarici turistlər çoxalıb

2023-cü ildə İstanbula gələn turistlərin sayı son 10 ildə 66 faiz artaraq 17 milyon 370 minə çatıb.
2023-cü ildə İstanbula gələn turistlərin sayı son 10 ildə 66 faiz artaraq 17 milyon 370 minə çatıb.
Butov.az xəbər verir ki,, 2013-cü ildə şəhəri 10 milyon 474 min 867 xarici turist ziyarət edərkən, keçən il bu rəqəm 17 milyon 370 min 30 olaraq qeyd edildi. Belə ki, son 10 ildə şəhərə gələn turistlərin sayında hər il artım müşahidə olunub və son 10 ildə artım 66 faiz olub.
İstanbula 2014-cü ildə 11 milyon 842 min 983, 2015-ci ildə 12 milyon 414 min 677, 2016-cı ildə 9 milyon 203 min 987, 2017-ci ildə 10 milyon 840 min 595, 2018-ci ildə 13 milyon 432 min 990, 2019-cu ildə 14 milyon 906 min 663, 2020-ci ildə 5 milyon 1981, 2021-ci ildə 9 milyon 25 min 4, 2022-ci ildə 16 milyon 18 min 726 turist gəlib.
17-02-2024, 11:54
Azərbaycan Prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşüb


Azərbaycan Prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşüb

Butov.az Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi ''X'' internet səhifəsinə istinadla xəbər verir ki, xarici işlər naziri Hakan Fidan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
17-02-2024, 10:09
Gənc şairin şeirlərini təqdim edirik:


Gənc şairin şeirlərini təqdim edirik:

Cahangir Furqət oğlu Namazov 1997-ci ildə Nəmənqan vilayətinin Pap rayonunda anadan olub. “Juntos por lasLetras” Argentina beynəlxalq yazıçılarının Özbəkistan üzrə fəal üzvü və işçi qrupunun koordinatorudur. Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nümayəndəsidir. Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları” beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun
"Unutmaz məni, bağım", Usman Nasir,
"Berdak Karagbay oğlu" xatirə nişanlarının sahibidir. Türkiyənin "Güzel Alanya"
mükafatı laureatı, Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib. Yaradıcılıq nümunələri Kazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya Azərbaycan, Türkiyə, Danqladeş, Nepal, Əlcəzair, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, İspaniya, Albaniya, Avstraliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub. 2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib.
Həmmüəllifliktə
“Müqəddəs yer” tarixi kitabı , “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib,
“Uşaq aləmi” qəzetinin müxbiri.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsi.

ÖZÜMÜ ANLADIM

Özümü anladım, Sənisə danıb,
Bu dünya fanidir, sevgi min əsrin.
Yağışlar dilədim, utanıb, yanıb,
Göz yaşları axdı Həsən Bəsrinin.

Özümü itirdim bir an içində
Məcnunluq istirab, cənnətlik azar,
Ruhu cəm et deyib eşqin gücündə
“Məlamət” et dedi, pir Həmdun Qəssar.

Dörd tərəfim Qiblə, hər yan işıqlı,
Sərxoşam, xəyalım göy eşqindədi.
Sevgidə huşyar ol, oyaq ol deyə,
Səsini qaldırdı Cünəyd Bağdadi.

Yollarım eşq ilə yaşıllanardı,
Dövrəyə səslərdi “Zikri dövran”i.
Ruhuma səbirdən dərs oxudardı,
Şeyxül Abdulqədir özü - Cilani.

Açılardı bir-bir səmada sirlər,
Dünya tanınardı geniş bu ara.
Gözlərim qamaşardı, parladı nurlar,
Bir nəzər salanda Nəcməddin Kübra.

Ayrılıb gedirəm özümdən özüm,
Göylərim yamyaşıl, bir gözəl- mavi.
Təsbehə çevrildi indi hər sözüm,
Dualar etməkdə Əhməd Yəssavi.

YENI SƏHIFƏ

Köhnə təşvişlərə sarmaşıb qaldım,
Yenə iztirabdan çıxmadı başım.
Boşa ağlamaram deyirdim, sonda,
Yağış olub axır gözümdən yaşım.

Bu gün gözlərimdə qayğılar şəkli,
Köhnə kitab kimi, toz basıb könlüm.
Yersiz xəzan oldu ümid güllərim,
Dəli küləklərtək dağılmış ömrüm.

Mən oyaq qalıram yuxularımda,
Dualar edirəm xoş yatışımda.
Harada itirib qoydum özümü,
Xuşumda deyiləm, hətta huşumda.

Göydəki ulduzlar – qayğı-həsrətim,
Zil qara gecədir, ən sadiq dostum.
Özümün özümə gəlir nifrətim,
Məgər sevilmədin, sevmədin, köksüm?

Məni xatirata çəkir xəyallar,
Əlimdə qırışmış bir topa şəkil.
Təkrar yenə mənə dönüb gələydin,
Cansız şəkillərdə sən bəxt idin, bil.

Sinəmdə ilahi dərdlər gül açdı,
O böyük məhəbbət, eşq dönür nəzmə.
Qəlblərdə əbədi, daim səslənir,
Mənim ürəyimdən doğulan nəğmə.

Ruhum, məğlub olma rütubətlərə,
Həmişə hazır ol, güləşə, cəngə.
Qəlbdə dünya-dünya arzular ilə,
Nurlu sübh önünə çıxdım yenicə.

Ürəyim, təmiz ol, ağ kağı kimi,
Arzular başşqadır, məqsədlər türfə.
Bunda rahatlığa yer yoxdur, əsla,
Sənin adın bəxtdir, yeni səhifə.

DUYĞULAR

Bağlandım arzunun zəncirlərinə,
Gərəyidən artıq duydum ehtiras.
Eşq varmı könlümdə, ömrümdə mənim,
Bilmirəm kimləri etmişəm xilas?

İstədim, ürəkdə canlandı tüğyan
Gücləndi nəfsimin küləkləri də.
Qəlbimdə təlatüm, ruhumda üsyan
Məyusam, kövrəyəm, bu qədər sirdə.

Duyğular tüfantək daşmaqda dinməz
Təşbeh, şeirlərim söz çevirməsi.
Sözsüz, öz-özümə gəldim diksinməz,
İndi məndən mənlik üz çevirməzmi?

Hər bir dəqiqəmi sözlərə yazdım,
Hər ötən günüümü eylədim kitab.
Qayğı-şadlığımı hesaba aldım,
Hələ də özümə gətirmirəm tab.

Bildim, anladım ki, nə varsa sərab,
Dünyəvi, ötəri çox dərdi gördüm..
Sevgidən yaranmış ürəyim xarab,
Eşqin gecələrin yatıb ötürdüm...

Aldanıb aldanmış xəyallarıma,
Faydasız öyməkdə baharlar, yazlar.
Müəzzinlər azan verdiyi anda
Zirəklikdə məni ötdü xoruzlar...


EY BAHARIM

Ey baharım, sən hardasan, ey baharım,
Soyuq qışda qəlbim yatıb, buz tutmuşam.
Kim dinləyər, ürəyimdə ahu-zarım,
Dərdlərimlə kağızlaraüz tutmuşam.

Ey baharım, sən hardasan, ey baharım,
Sənsiz ömrüm gül açmadan xəzan oldu.
Yaddaşsızdır aydan aydın arzularım,
Örpəyini tapa bilmək yaman oldu.

Ey baharım, sən hardasan, ey baharım,
Ürəkdəki ümidlərim sönüb bitdi.
Sən olmasan ilham mənə biganədir,
Qələmimin qara rəngi bitib getdi.

Ey baharım, sən hardasan, ey baharım,
Darıxıram, qəlbə hisslər salıb, qayıt.
Çanım, candan ötdü mənim arzularım,
Yenə mənə şadlıqları aılb, qayıt.

Ey baharım, sən hardasan, ey baharım,
Gəl, indi gəl, qəlbimə yol başla indi.
Məni əsla tərk eləmə ömür boyu,
Sən gəl, mənim ürəyimdə yaşa indi.

EŞQ

Eşqsiz qalaraq, verməyəsən can,
Eşq ilə can ver ki, diri qalasan.

Mövlanə Cəlaləddin Rumi

Bu sevən ürəyim sızlayıb ağrıyar,
Sümüklərim donar, buzlayıb ağrıyar.
Elə bil möhtacam bir yeni eşqə,
Qəlbim bunu sayar ayıb, ağrıyar.

Niyə deyib bahar, payız ağrınmam,
Alnımı bassa da tər, duz, ağrınmam.
Ağlıma gəlməsə bir qız, ağrınmam,
Qəlbim bunu sayar ayıb, ağrıyar.

Duyğususz bir mahnı, hava istəməm,
Heç kimə heç zaman dava istəməm.
Bu dərdimə çarə, dəva istəməm,
Qəlbim bunu sayar ayıb, ağriyar.

Nə qədər ağırdır hissiz yaşamaq,
Adsız, nişanəsiz, izsiz yaşamaq.
Həyat deyil axı üşqsiz yaşamaq,
Qəlbim bunu sayar ayıb, ağrıyar.

İçimdən içimə dolar nəfəsim,
Getdiyin tərəfdə solar nəfəsim.
Adını söyləsəm, güllər nəfəsim,
Qəlbim bunu sayar ayıb, ağrıyar.

Kövrəyəm, göylərə baxıram hər an,
Bu dərdlər ürəyi etməkdədir qan.
Hər gecə yuxusuz, dərdli, nigaran,
Qəlbim bunu sayar ayıb, ağrıyar.


Eşqsiz nədir mənim insanlıq qədrim,
Eşqin haqqındadır hər şeir sətrim.
Ey İlahi, mənim müqəddəs dərdim,
Ey İlahi, yalnız aşiqlik dərdi,
Qəlbim bunu sayar ayıb ağrıyar.

DÜNYA RƏNGLƏRİ

Gözü qamaşdırdı dünya rəngləri,
Hamısı həqiqət, hamısı yalan
Duymuram dünyanın hikmətlərini,
Söyüdlər baş əyib xəyala dalan…

Möcüzə məkanı bu köhnə boşluq,
Ətrafa nur saçıb özü sönər şam.
Xəyala dalmağın, düşünmən neçün,
Ölməzdi şam kimi yşasa adam

Səmada ulduzlar azmış, dağınıq,
Saysız xəyalımtək cəpilib yatar.
Yuvasın qəlbimdə qurubdur günəş,
Odlu əllərilə günü oyadar.

Göydə guruldayan mavi ildırım,
Bütün bir varlığı lərzəyə salar.
Asta, damcı-damcı yağan yağışlar,
Dərdlərimi yuyar, qəmləri alar.

Dəvətsiz qonaqdır dünyada hamı,
Ağaca əmanət yaşıl yarpaqlar.
Biz də əmanətik, yarpaqlar kimi,
Həyatın qədrini bilin, qonaqlar!

VƏTƏN ŞƏKLİ

Ürəyimdə adsız, bir böyük duyğu.
Dağtəki könsümə sağmaz, gedər dan.
Ulduzlzr yoluma səpələyər nur,
Ulduzlar məkanı Vətən – asiman.

Baharda yurduma gələn qaranquş,
Elimin feyzidir, bəxti, iqbalı.
Səmandakı günəş heç sönməz, abad,
Vətən – göylərimin dolmuş hilalı.

Vətən – bağ-bağatdır, gözəl bir çəmən,
Vətən – kəpənəklə gülün vüsalı.
Vətən – ürəyimdə işıq dalğası,
Pakizə hisslərim, şövqün nur halı.

Boş, yüksək sözləri axtarmaram heç,
Qəlbimə ən böyük bir söz yazılıb.
Rənglərim o qədər parlaqdır mənim,
Qəlbimə “Vətənin şəkli” cızılıb.

HƏSRƏT IYI GƏLIR KÖYNƏKLƏRIMDƏN…

Səninçün çoxluca darıxdım yaman,
Hicran cığırından keçəmmirəm mən.
Unutsam da köhnə xatirələri,
Həsrət iyi gəlir köynəklərimdən…

Məsafələr bizi ayırdı, canım,
Yollar sevgimizə oldular zaval.
Görüş istəməklə ötər hər anım,
Həsrət duran yerdə gözləyir vüsal…

Rəngləri saralıb, tökülməkdədir,
Səninçün açılan qızılgüllərim.
Qəlbimdə gül açan həsrətim, sənə
Bahar güllərindən ətir yolladım.

TANRIM, MƏNI AĞLIMDAN OYAT

Ağırlaşıb gedir addımlar,
Gedən səmtdə ağırdır yollar.
Bilmədim mənə Allahım,
Sınaqları qayğınmı yollar?..

Qaranlığı çəkər danlarım,
Dinclik ilə birgə oyansam.
Ümidlərim tökülər bir-bir.
Xəzanlara qoşulub yansam.

Tənha qalıb tənhalıqla,
Qədəh alıb qayğıları içsəm.
Göz açandan yuxudayam,
Yuxularımda göylərə uçsam…

Həyatıma çevrilin, yuxular,
Bəxtsiz günlər, ondakı yuxusan.
Tanrım, məni ağlımdan oyat,
Oyatma heç zaman yuxudan...
Oyatma heç zaman yuxudan…

QƏLƏBƏLƏR ÜÇÜN GƏLMIŞƏM!

Dayanmasam, alınmır indi.
Cana dəyir, eh, bu deyimlər.
Axı sizə necə yaraşım,
Mənə yaraşmayan geyimlər.

Ağrıları hələ də getməz,
Ayağımı sıxan məslər,
Çıxmadan boğazımda sındı,
Ürəyimdən çıxan səslər.

Ah, bu anda sevimli səbrin,
Ümidin də dərgahları gen.
Nə olsa da, mənə hamsı – bir
Əzablar da bir yaraya tən.

Dəyişməsəm olmayır indi,
Yenilik yox, yeniyəm həm.
Bu meydanda arımı gözləyib
Qələbələr üçün gəlmişəm!

ÖZÜNƏ GƏL, ÖZÜM

Şəbnəmlər tökülüb yaşıma gəldi,
Qayğılar düzülüb qarşıma gəldi.
Bütün süvda mənim başıma gəldi,
Özünə gəl, özüm!

Ötdü payızla qış, günəş saçdı nur,
Çiçək yarpaqladı, qönçə acid gül.
Sinəmi yandırdı oxuyan bulbul,
Özünə gəl, özüm!

Şansız şərəfimə şan gəldi sonda,
Damarıma alov, qan gəldi sonda.
Cansız canıma da can gəldi sonda,
Özünə gəl, özüm!

Yuxuma dünyanın bazarı girdi,
Meçə övliyanın məzarı girdi.
Cana yuxuların azarı girdi,
Özünə gəl, özüm!

Durduğun yolumda izim yoxdu, bax,
Kitablarda bircə sözüm yoxdu, bax.
Göyün güzgüsündə gözüm yoxdu, bax,
Özünə gəl, özüm!

Xəyalımın gözəl bağçalarını,
Gəzirəm nur saçan ay gecəsində.
Bəxtlərə bələnib yatıram sərxoş,
Səmanın ulduzlu guşələrində.

Laylalar söyləyir mənə mələklər
Yatıram qayğısız qoynunda aram.
Sabahkı günümdən parlaq ümidlər,
Könlümdə daha da böyüyər inam.

Qollarımı tamam göylərə açsam,
Ulduzlara çatar, Aya da yetər.
Bircə an günəşə dik baxsam əgər,
Günəşin gözləri qaralıb gedər.

BƏXTIN MƏNZILI

Bunca uzaq bəxtin mənzili,
Bunca uzağa uzandı yollar.
Həsrətimin küləklərində
Kirpiyimdən töküldü güllər.

Təngənəfəs uzaq yollarda
Doğrudanmı itirdim izimi.
Baxıb keçmiş güzgüsünə bir
Tanıya bildimmi özümü?

Əzab vedim özümə dinməz,
Duzlar səpdim yaralarıma.
Allahım, bir söylə mənə,
Layiqəmmi yaratmağına?
Dəyərəmmi yaratmağına?

Tanrım, özün əcrini ver,
Çəkdiyim əzab, kədərin.
Mənə həyat verdi dəyər,
Mənmi həyatın dəyərin?

Dözüb gəldim mən hər şeyə,
Yumub gəldim nahaqqa göz
Yalanları şeirə sığdırdım,
Həqiqətdən necə açaq söz?

İnanmamış qaldım özüm də
Özüm yazan nağıllara.
Rəngi sarı xəzəllər doldu.
Güllər yox, bəxtə bir ara…

Daxilimdə amansız cənglər,
Güləşməkrə arzumla ahım.
Ürəyim sozalıb getməkdə,
Öz nurundan pay ver, Allahım…

Gücüm yalnız sənin əlində,
Tək Özünə itaət etdim.
Hədsiz ixlasla könüldən,
Nicat umub, ibadət etdim.

Duaçınam, ey Xilaskarım,
Yetər, saxla tüfanlarımı.
Parça-parça edib, at getsin,
Yolda mane olanlarımı…

Əfv et nakəs, şıkketməmi,
Rahatlığımı qaytar ürəyə.
Tanrım, mənə xoşbəxtlik yağdır,
“İxlas” duasını oxuyum deyə.

Ərasətə qalsın ərasət,
Yenə Özün izimə qaytar,
Özüm ola bilməyimçün,
Tanrım, məni özümə qaytar!

BİR GÜN

Bir gün yenə bahar gələr,
Bir gündə hər şey dəyişər.
Daş altda yatan duyğular
Tərpənər, qəlbdən deyişər.

Bir gün də gəlib məhəbbət,
Ox olub köksümə sancılar.
Bir gün günahımı ağlayar,
Gözdəki mirvari damcılar.

İÇİMDƏKİ ÜSYANLAR

Gücümdəki üsyanlar,
Öcümdəki üsyanlar.
Dayansın, Pərvərdigar,
İçimdəki üsyanlar…

Yalanlardan söz yonar,
Qaralıqdan üz yanar.
Yetişib xəzan fəsli,
Ağlayar, payız yanar.

Dırnağım içində dərd
Oynağım içində dərd.
Qəlbə axar yuxuya
Baxmağım içində dərd.

Fürsətdi, bil, Allahım,
Gözümü sil, Allahım.
Mənim düşmənlərimlə,
Özün tap dil, Allahım.

Ruhuma gül bəxş elə,
Bir aydın yol bəxş elə.
Nurlansın bütün ömrüm,
Tükənməz nur bəxş elə.

Ağlaşa yolumu tut,
Səhv işə əlimi tut.
İnsan kimi payıma
Bir gözəl ölümü tut.

Gülləndir bağlarımı,
Aç düyün-dağlarımı.
Ey Allahım dikəlt ver
Yıxılan dağlarımı.

Gücümdəki üsyanlar,
Öcümdəki üsyanlar.
Dayansın, Pərvərdigar,
İçimdəki üsyanlar…

HANI, İNDİ QANAD OLSA…

Gah zarıyıb ağrı verən dişlərimdən
Heç özümə gəlmədiyim huşlarımdan.
Yuxulardan, yuxudakı boşlarımdan
Çaşıb gedərəm.

Narahatam, xəstə ürək səsindən,
Boğulub gedirəm eşq nəfəsindən.
Yenə kimlərinsə xatirəsindən,
Acıb gedərəm.

Dadılanım qənd, nabat, həm şəkər olsun,
Gördüklərim ancaq qğ səhər olsun.
Qədəhdəki həyat, ya zəhər olsun,
İçib gedərəm.

Getməyim yox eyşü-işrət toylarına,
Çarə tapmam nədən fakir, səylərimə.
Tənhalıqdan yatıb qalan evlərimə,
Qaçıb gedərəm.

Doyub getdim şeytanların nəğməsindən
Qurtulaydım o borc adlı damğasından.
Hamısından sonra, sonra hamısından,
Keçib gedərəm.

İstər yad yer, hər tərəfim abad olsa,
Azad olsa, ruhum əgər azad olsa.
Hanı? İndi məndə bir cüt qanad olsa,
Uçub gedərəm.

Cahangir NOMOZOV
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu
7-11-2023, 23:23
TÜRKSOY-dan Zəfər Günüylə bağlı təbrik paylaşımı


TÜRKSOY-dan Zəfər Günüylə bağlı təbrik paylaşımı

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 8 Noyabr-Zəfər Günü ilə bağlı paylaşım edib.
Təbrik mesajı təşkilatın rəsmi sosial şəbəkə hesablarında yayımlanıb.
Mesajda “Azərbaycan Zəfər Günün mübarək!” İfadəsi yer alıb.
3-11-2023, 18:02
Türk dövlətlərinin liderləri Azərbaycancanı təbrik etdilər


Türk dövlətlərinin liderləri Azərbaycancanı təbrik etdilər

Xəbər verdiyimiz kimi, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq qonaqları salamlayıb. Prezident Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək deyib: “Hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edirəm. Ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açaraq deyib: “Sizin də yaxşı bildiyiniz kimi, dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi ilə möhtəşəm uğurlar əldə edir”.
Prezident Şavkat Mirziyoyev, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən danışıb. “Tarixi ədalət zəfər çaldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər – ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm”, - deyə Özbəkistan Prezidenti vurğulayıb.
Zirvə görüşündə çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın suverenliyinin bərpası istiqamətində hər zaman mühüm addımlar atdığını qeyd edərək deyib: “Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Qırğızıstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını vurğulayaraq deyiv: “Can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoydu. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.
Türkiyə Prezidenti Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolla bağlı ardıcıl işlərin görüldüyünü də diqqətə çatdıraraq bildirib: “Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol Məclisimiz tərəfindən Türk Dövlətləri Əməkdaşlıq Günü olan 3 oktyabr tarixində qəbul edildi. Noyabrın 1-də Protokolun təsdiqlənməsi prosesini başa çatdırdıq. Bütün üzv ölkələri Protokolun ən qısa müddətdə həyata keçirilməsi üçün lazımi addımları atmağa dəvət edirəm”.
Türk dövlətləri arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib: “Nəhəng enerji və nəqliyyat infrastrukturu layihələri Türk dövlətləri arasında daim əsas və mühüm əməkdaşlıq sahəsi olub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Trans-Anadolu boru kəməri bunun konkret nümunələridir. Xəzərin təbii qazının Türkiyəyə və Avropaya nəqli həm Türk dövlətlərinin rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Ölkələrimiz arasındakı nəqliyyat şəbəkəsini inkişaf etdirmək hədəfini də xüsusi vurğulamalıyıq. Bu düşüncə ilə Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhlizin rolunun artırılması istiqamətində səylərimizi davam etdiririk”.
Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk dövlətləri arasında reallaşdırılan layihələrdən danışaraq deyib: “Qırğızıstan, Özbəkistan, Türkmənistan marşrutu boyunca Xəzər dənizinədək uzanacaq, sonra Azərbaycana və Türkiyəyə qədər genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir. Hazırda Türkmənistan qonşu və qardaş ölkələr olan Özbəkistana və Azərbaycana təbii qaz ixrac edir. Eyni zamanda, bizim Türkmənistan qazını Xəzər dənizi vasitəsilə Azərbaycan, Türkiyə və gələcəkdə dünya bazarına ixrac etmək imkanımız var. Yaxın gələcəkdə qardaş ölkələr olan Azərbaycana və Türkiyəyə elektrik enerjisi də nəql etmək imkanımız olacaq”.
Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində xüsusi rolunu vurğulayıb. Azərbaycanın uğurlarını görüş iştirakçılarının diqqətinə bir daha çatdıran Viktor Orban bildirib: “Mən fürsətdən istifadə edərək, regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərdə və Qarabağın bərpası işlərində Prezident Əliyevə çoxlu uğurlar arzulayıram. Cənab Prezident, Sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm”.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə görülən işlər haqqında ətraflı məlumat verərək qeyd edib ki, ötən dövrdə müxtəlif sahələrdə bir sıra mühüm qərarlar qəbul olunub. “İstanbulda BMT-nin Məskunlaşma Proqramının Regional nümayəndəliyinin yaradılmasına dair planlar var. Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında tərəfdaşlıq mövcuddur. Xüsusi vurğulamaq istəyirəm ki, sentyabrın sonunda Azərbaycanda Milli Şəhərsalma Forumu uğurla keçirildi”, - deyə Kubanıçbek Ömüralıyev bildirib.
3-11-2023, 14:10
Bütün türk dövlətləri üçün vahid əlifba yaradılsın - Ərdoğan


Bütün türk dövlətləri üçün vahid əlifba yaradılsın - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Astanada keçirilən 10-cu liderlər sammitində deyib.
Onun sözlərinə görə, bu, dövlətlər arasında humanitar əlaqələri gücləndirər.
“Dil bizim birliyimiz üçün çox vacibdir, ortaq əlifba çox vacibdir. Prezidentlərin dəstəyi də çox önəmlidir. Ali Təhsil Şurasımız təşkilatın katibliyinə öz tövsiyələrini verdi. Ümid edirik ki, bu, yüksək qiymətləndiriləcək”, - deyə Ərdoğan bildirib.
O, 2024-cü ildə vahid əlifbanın yaradılmasına başlamaq üçün işə çağırıb. Türkiyə prezidentinin sözlərinə görə, bütün türk ölkələri qarşılaşdıqları problemlərlə effektiv şəkildə mübarizə aparmaq üçün birlikdə olmalıdırlar.
27-10-2023, 18:35
Şairlərimiz təltif olundu


Şairlərimiz " Atatürk " və " Turan Birliyi" beynəlxalq medalları ilə təltif olundu

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış teleradiojurnalist, şair-publisist Mübariz Süleymanlı qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Cukuroba Ədəbiyyatçılar Birliyinin təsis etdiyi "Atatürk" beynəlxalq medalı və Mərkəzi Asiya "Yeni Avaz" Yazıçılar və Tarixçilər İttifaqının və "Əmir Teymur" fondunun təsis etdiyi "Turan Birliyi " beynəlxalq medalları ilə təltif olunub. Azərbaycanın digər şairləri-Mikayıl Bozalqanlı, Elman Tovuz, Arzu Nehrəmli və Nəcibə İlkin isə "Turan Birliyi" beynəlxalq medalı ilə təltif olunublar.
Ödülləri ölkəmidə səfərdə olan
Qırğıstan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə sədr müavini, Mərkəzi Asiya ” Yeni avaz” Yazıçılar və Tarixçilər Birliyinin sədri, Əmir Teymur fondunun rəhbəri Joldoşbek Akılbeyoviç Monoldorov və bu təşkilatların türk respublikaları üzrə baş koordinatoru İlqar Türkoğlu təqdim ediblər.
Elman Tovuz ocağında keçirilən gecənin aparıcısı şair Mübariz Məsimoğlu türk xalqlarının ortaq dilindən, eyni soy-kökə malik olmasından danışdıqdan sonra sözü İki medal alan jurnalist-şair Mübariz Süleymanlıya verib.
Natiq çıxışında son illər türk dövlətləri birliyinin daha da sıx əlaqələrindən bəhs edib, qardaş Qırğızstandan gələn qonaq Yoldaşbəy Monoldorova və İlqar Türkoğluna təşəkkürünü bildirib.
Digər çıxış edən şairlər Mikayıl Bozalqanlı, Elman Tovuz, Nəcibə İlkin, Arzu Nehrəmli türkün qədim tarixindən, folklor və incəsənətindən danışıblar.
Qonaq qismində iştirak edən şairlər Ayaz Arabaçı, Arzu Əsəd, professor Nazim İmamverdiyev, əməkdar mühəndis Zakir Mirzəyev, jurnalist İnqilab Əbilov qələmdaşlarını təbrik etdikdən sonra türkün zəngin ədəbiyyatına tövhələr verən dühalardan sitatlar gətirib,türk xalqlarının poeziyasının bəşəriliyindən söhbət açıblar.
Ədəbi-bədii gecəyə rəng qatan gənc aşıq Şəhriyar Kərimov gözəl ifaları ilə məclisi daha da rövnəqləndirib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!