Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
Tarix : 2-10-2018, 14:59
QARTALI RAM EDƏN QIZ


Dünya tarixində atın qədim türklər tərəfindən əhliləşdirildiyi bəllidir. Qartalların da məhz türklərin əhliləşdirdiyini söyləsək yanılmarıq. Çünki Orta Asiya türklərində bu ənənə hələ də davam etməkdədir. Ram edilmiş qartalla ova çıxmaq onların ən əski işidir. Berkutçu deyə adlandırılan bu gələnəyin 6000 illik bir keçmişi var.
Vəhşi qartalları əhilləşdirmək bizə mümkünsüz görünsədə qazaxlar bunu bacarır . Monqolustanın Bayan-Ölgi bölgəsində isə bu ənənəyə ən sadiq etnik qazax türkləri yaşamaqdadır. Rus imperiyası tərəfindən buralara təxminən XIX əsrdə sürgün edilən qazaxlar bu ənənəni qoruyur və nəsildən nəsilə ötürürlər.Ətraf mühitdən təcrid olunmuş şəkildə yurt deyilən çadırlarda məskunlaşan qazaxların yeganə məşğuliyyəti qartalları təlimləndirib onlarla ov bacarıqlarını sərgiləməkdən ibarətdir.
Təbii ki, qartalların əhilləşdirilməsi uzun zaman tələb edir.Berkut ilə ovçu arasında sıx bağlılığın yaranması üçün qartallar hələ bala ikən yuvadan alınır və öyrədilir . Belə olduqda yırtıcı quş yiyəsinə daha tez öyrəşir. Əsas şərtlərdən biri də yalnız dişi quşların seçilməsidir . Berkuta yemin dəqiq ölçüylə verilməsi də vacibdir . Çünki bu prosesə əməl olunmazsa yırtıcı quş şikarını ovçuya verməz. Nə olur olsun berkuta ovladığı heyvanı parçalamağa imkan verilmir . Əvəzində isə ovçu berkutu ovlanmış heyvandan kəsilən ət parçasıyla mütləq mükafatlandırır.
QARTALI RAM EDƏN QIZ

Köçəri bir ailənin qızı Ayşolpan Nurqayıbqızı da bu zəhmətli və təhlükəli işə könül verən qazaxlardan biridir. Amma onu digər berkutçulardan fərqləndirən cəhət 7 nəsil boyunca atadan oğula keçmiş bu sənətin ilk qadın mirasçısı olmasıdır. Ona ”Qartal ovçusu olmaq erkək işidir” desələr də atasının dəstəyi ilə bütün stereotipləri qıraraq bu çətin işin öhdəsindən məharətlə gəlməyi bacarır. Yarışmalarda çempionluqları olan atasının rekordunu belə yeniləyir.Monqolustanda yaşayan qazax qız hələ 13 yaşında ikən altun qartalıyla ovçuluq yarışına qatılır və məşhurlaşır.İlk olaraq onun şəklini israilli fotoqraf Aşer Svidenski çəkir. O bu mənzərəni belə anladır. “ Onu qartallarla görmək çox təsiredici idi .Qartallarla daha rahat ,daha güclü və çox hüzurlu görünürdü.” Məhz bu fotodan sonra bütün dünya mediası bu qazax türk qızından söhbət açmağa başlayır. Hətta ünlü rejissor Otto Bell Ayşolpanın şəkillərini görən kimi onun haqqında sənədli film çəkməyi qərara alır. Bu məqsədlə o Monqolustanın Altanşuq rayonunun Bayan- Ölgi dairəsinə gəlir. Məlum olur ki, rejissor lap məqamında yetişib. Çünki Ayşolpan çox çətin və təhlükəli iş dalınca gedirdi. Yuvadan qartalın balasını götürməli idi .Söz yox ki, bu əməliyyatı yerinə yetirməyin konkret vaxtı var. Balalar kifayət qədər böyüyüb anasız qalmağı bacarmalı , amma uça bilməməlidirlər. Ayşolpan da həmin günlərdə qartal yuvasından öz qismətini götürür .Sonrakı aylarda çəkiliş qrupu bir neçə dəfə Monqolustanda olur. Qartal balasının necə əhliləşdirildiyini və bu türk qızının “Qızıl Qartal “ festivalında iştirakını lentə alır. Beləliklə, çəkilən “Berqutçu Qız “ ( “Eagle Huntres “) sənədli filmində onun həyat tərzi geniş işıqlandırılır.Bu film “Oskar” mükafatına namizəd 15 ekran işindən biri olur.
QARTALI RAM EDƏN QIZ

Onu da qeyd edək ki, tarixə ilk qadın berkutçu kimi daxil olan Ayşolpan haqqında indiyə kimi onlarla film çəkilib. Nəhayət ki , Qazaxıstan Televiziyası da “Köçənlər” serialının birinci bölümündə ovçu qızın yaşamını göstərəcək . İlk dəfədir ki, bu layihə çərçivəsində Ata Yurdu Qazaxıstana gələn 17 yaşlı Ayşolpan mətbuat konfransında uşaq vaxtından altun bir qartal ilə böyüdüyünü bildirib: “ Mənim qardaşım altun bir qartaldır .Ailəmin iznı ilə qartal əldə etdim. Ardından atamla birlikdə dağlara ova getdik. Qartalımın adı “Bəyaz Qanad”dır. Qızıl qartalım sayəsində bir çox ölkədə oldum. Vətənim Qazaxıstana yenə gəlmək istəyirəm. Buradakı yarışmalara mütləq qatılacam..”

Qazaxıstan TV –də yayımlanacaq “Köçənlər” filminin digər bölümlərində isə müxtəlif ölkələrə köç etmək məcburiyyətində qalmış qazax türklərinin yaşamı və adət ənənələrindən danışılır.2018-ci il oktyabrın 14-də ilk bölümü yayımlanacaq serialın nümayişi dekabrın 23-nə kimi davam edəcək.12 bölümdən ibarət bu film Mongolustan , Əfqanıstan , Çin , İran və Türkiyəyə köç etmiş qazax türklərinə həsr edilib. Bu ölkələrdə köçdən sonra qazax türklərinin 4-cü nəsli yaşamaqdadır.
Cəsur və döyüşkən xarakterli ən gənc berkutçu Ayşolpana Qazaxıstanın Süleyman Dəmirəl Universiteti 100%-lik təhsil qrantı təqdim edib. Hal-hazırda onu dünyanın ən öncül təhsil ocaqları – Harvard və Oksford Universitetləri öz tələbələri sırasında görmək istəsələr də Ayşolpan ali təhsilini dədə - baba yurdu Qazaxıstanda alaraq jurnalistika ixtisasına yiyələnmək istəyir.
P.S Türk dünyasının fəxri sayıla biləcək qardaş qazax xalqının bu yeniyetmə qızı öz cəsarət və hünəri ilə “ aslanın erkəyi- dişisi olmaz “ kəlamını bir daha sübüt etdi .
KÖNÜL SADIQOVA


Paylaş



Bölmə: Turan / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!