Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                       
Tarix : 21-08-2017, 15:57
"Bəzi savadsız məmurlar azəri sözündən istifadə edir" - Cəbi Bəhramov


Türkiyəli tanınmış tarixçi, professor İlber Ortaylı deyib ki, türklər arasında azəri adlı bir millət yoxdur. Azərbaycanlı başqadır, Azəri başqa.

“Azəri milləti anlayışını Stalin uydurub. Kommunist şairlər də şerlərində "türk qızları" yazıblar. Bunu Stalin uydurub. Stalin cahil bir gürcüdür. Milliyətdən başı çıxmayıb. Çox savadsız, cahil biri olub”, - deyə İlber Ortaylı bildirib.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktor müavini Cəbi Bəhramov Modern.az-a açıqlama verib. O, bildirib ki, azərilərin etnik və dil baxımından türk dünyasına aidiyyatı yoxdur:

“İlber Ortaylının sözündə həqiqət var. Azərilər deyilən etnik qrup İranın cənub şərqində yaşayır və farsdlli xalqlar qrupuna daxildir. Onun Azərbyacana, azərbaycanlılara aidiyyatı yoxdur. Təəssüflər olsun ki, bəzən televiziya verilişlərində və ya cəmiyyət arasında da “azərilər” ifadələrinə rast gəlinir. Bu, yolverilməzdir. Bizim öz adımız var. Altay qrupuna daxil olan xalqlar arasında azərbaycanlılar birinci yerdədir. Məlum məsələdir ki, bizim mənşəyimiz türkdür. Bunun mübahisəsi ola bilməz. Azərilər bir növ bu adı mənimsəyən kimidirlər. Amma onların etnik və dil baxımından türk dünyasına heç bir aidiyyatı yoxdur. Bu səbəbdən böyük yanlışlığa yol verirlər. Bəzən mağazalarda görürsən ki, məhsulun üzərinə “Azəri çörəyi” yazılır. Bu düzgün deyil. “Azərbaycan çörəyi” yazılmalıdır”.

C.Bəhramov türkiyəli professorun Stalinlə bağlı səsləndirdiyi fikirlə razılaşmayıb:

“Stalinin buna aidiyyatı yoxdur. Bilirsiniz, 1938-ci ildə Atatürkün vəfatından qabaq bütün Türkiyədə yaşayanlara milli mənsubiyyət kimi türk adı verdilər. Azərbaycanlılar da özlərinə türk deyirdilər. Lakin bu ad hazırda milli mənsubiyyət mövqeyi daşıyır, nəinki coğrafi. Azərbaycan indiki torpaqlarla məhdudlaşmır. Azərbaycanlı deyiləndə ilk növbədə azərbaycan türkcəsi ilə danışan, mənşəyi türk olan əhali yada düşür”.

“Bizi türk dünyasından qopartmaq mümkün deyil”


Tarixçi qeyd edib ki, “Azəri-Azərbaycanlı” məsələsi mübahisə mövzusu olmamalıdır:

“Bu məsələni savadsız adamlar ortaya atırlar. Bir millətin adı xalqın, ölkənin adı ilə eynilik təşkil edirsə, burada qəbahətli nə var?.. Bu ad bizə məxsusdur. Azərbaycan da türk dünyasının bir parçası, hətta mərkəzidir. Azərbaycan bayrağındakı rənglər də bizim türk dünyasına məxsus olduğumuzu bilavasitə təsdiq edir.

Səkkiz guşəli ulduzumuzda hər bir guşə əski əlifba ilə yazılan zaman Azərbaycan sözünün mənasını ifadə edir. Azərbaycan sözünün ümumi yaşı isə təxminən 2500 ildən çoxdur.

O zaman heç dünyanın bir çox millətləri yox idi. Heç şübhəsiz ki, bizi türk dünyasından qopartmaq mümkün deyil. Digər tərəfdən özbəklərin özü də türkdür, amma özlərini özbək adlandırırlar. O cümlədən qazaxlar, qırğızlar və s. Ölkə adları millətlərin adı ilə bağlıdır. Bizim öz adımız ölkəmizin adı ilə üst - üstə düşürsə, bu, normaldır”.

“Tarix kanalı açılsa, bu mövzular müzakirə obyekti olmaz”

“Təəssüf ki, savadsız məmurlar, adını alim qoyanlar azəri sözündən istifadə edirlər. Kiməsə yarınmaq, kiminsə xoşuna gəlmək üçün bu sözdən istifadə edirlər. Bunlara ehtiyac yoxdur, biz kimliyimizi hamıya sübut etmişik.

Əgər tarix kanalı yaradılsa, bu cür mübahisələr mövzu obyekti olmaz. Bilirsiniz ki, televiziya bu gün hər kəsin evində var. Biz inistitut olaraq da bu təkliflə çıxış etmişik. Tarix kanalının açılması mütləqdir. Həmin zaman istər azəri-azərbaycanlı məsələsi, istərsə də digər mübahisəli məsələlərin məntiqi izahı verilər və hər kəs bundan agah olar”.


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!