Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
Tarix : 16-10-2018, 21:39
Borçalı Cəmiyyəti möhtəşəm Yubilyarlar günü keçirdi

Oktyabrın 15-də Bakının Ayla Şadlıq Sarayında Borçalı Cəmiyyəti tərəfindən ənənəvi Yubilyarlar Günü keçirilib.
Builki mərasimdə qocaman şair- publisist Mədəd Coşğun, istiqlalçı deputat, professor Hacıbaba Əzimov, tarix elmləri doktoru Mahal Qacar və əməkdar jurnalist İlyas Adgözəllinin 80, görkəmli memar Ömər Qoçulunun 75, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlunun 70, İsmixan Məmmədlinin 65, tanınmış yazar Nəriman Əbdürrəhmanlı, professor Xaləddin İbrahimli, şair Nurafiz Hüseynov, Dilan Məmmədov, Aşıq Pəri məclisinin sədri Pərvanə Zəngəzurlu , kamança ustası Mərkəz Şuşalı, şair Hacı Zaməddin Ziyaoğlu və Akif Acalovun 60, Borçalı Cəmiyyəti İH-nin üzvü Qiymət Məhərrəmli , şairlər Qüdrət Kazımova və Qəzənfər Məsimoğlunun 55, Aşıq Şahbaz Göyçəoğlu, Aşıq Fikrət və Akif Nəsibovun isə 50 illik yubileyləri qeyd olunub.
Borçalı Cəmiyyəti möhtəşəm Yubilyarlar günü keçirdi
Borçalı Cəmiyyəti möhtəşəm Yubilyarlar günü keçirdi

Mərasimin aparıcısı Elbəyi Cəlaloğlunun qısa giriş nitqindən və professor Telman Əliyevin xeyir duasından sonra söz Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib. Cəmiyyət sədri yubilyarları təbrik edərək artıq üç ildir davam edən bu ənənənin əsas hədəfinin əsasən Eli bir araya gətirmək olduğunu bildirib. Borçalı Cəmiyyətinin nümayəndə heyətinin son Türkiyə səfərinə də toxunan Z. Məmmədli bu önəmli tədbiri düzənləyən TÜRKSOY təşkilatına təşəkkür edərək böyük hissilə qeyd edib ki, artıq Cəmiyyət nəinki Türkiyədə, bütün Türk Dünyasında da tanınır. Zəlimxan Məmmədli son zamanlar Cəmiyyətin qazandığı uğurları sadalayaraq qurumun bundan sonrakı dönəmdə də öz aktiv və səmərəli fəaliyyətinə davam edəcəyini ifadə edib. Zəlimxan Məmmədli daha sonra Yubilyar qələm ustaları Mədəd Coşğun və Osman Əhmədoğlunun şeirlərindən ibarət "Elat Fədailəri" kitabını mərasim iştirakçılarına təqdim edib. Daha sonra yubilyarların mükafatlandlırlması həyata keçirilib. Mükafatlandırma mərasimində görkəmli şair diplomat Abbas Abdulla, folklorşünas alim Əli Şamil, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, Milli Mədəniyyətin Təbliği İN-nin sədri Jalə Cəfərova və başqaları yubilyarları təbrik edərək Borçalı Cəmiyyətinin bu təşəbbüsünün alqışalayiq olduğunu dilə gətiriblər.
Borçalı Cəmiyyəti möhtəşəm Yubilyarlar günü keçirdi
Borçalı Cəmiyyəti möhtəşəm Yubilyarlar günü keçirdi
Borçalı Cəmiyyəti möhtəşəm Yubilyarlar günü keçirdi
Borçalı Cəmiyyəti möhtəşəm Yubilyarlar günü keçirdi

Yubiley tortunun kəsilmısindən sonra mərasim saz söz ustaları Aşıq Tərmeyxan Qurbanov, Nargilə Mehdiyeva, Aşıq Əşrəf, Xəlil Qaraçöp və Şuşa Elat Muğam üçlüyünün ifaları ilə davam edib. Mərasimin sonunda Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli tədbir iştirakçılarına təşəkkür edərək qurumun gələcək fəaliyyəti haqda danışıb. Z. Məmmədli El obanı dekabrın 25-də keçiriləcək Gürcüstan Türklərinin Həmrəylik bayramına dəvət edərək onu da bildirib ki, bu il Cəmiyyətin rəhbərliyi tərəfindən Zahid Xəlilov adına Türklüyə Xidmət mükafatları TÜRKSOY təşkilatının baş katibi Düsen Kasienov, Ankara Azərbaycan Kültür Dərnəyi başqanı Cəmil Ünal, Türkiyədə tanınmış heykəltəraş, əslən Borçalıdan olan Səid Rüstəmə təqdim ediləcək.
Borçalı Cəmiyyəti möhtəşəm Yubilyarlar günü keçirdi
Borçalı Cəmiyyəti möhtəşəm Yubilyarlar günü keçirdi


Paylaş



Bölmə: Xəbər / Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!