Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 20-10-2018, 13:04
HƏMƏDAN AYISININ SAVAŞ HEKAYƏSİ

II Dünya müharibəsi XX əsrdə insanlıq payına düşmüş ən ağır sınaqlardan biridir . Bizə elə gəlir ki, bu müharibə haqqında çox şey bilirik. Tarixin ən böyük və qanlı savaşının qəhrəmanlarını daha yaxından tanıyırıq.Əslində isə belə deyil. Çoxları bəlkə də müharibənin qeyri-adi əsgəri sayılan Ayı Voytekin İrandan Şotlandiyaya qədər uzanan həyat hekayəsini bilmir. O Voytek ki, həqiqətən də cəbhədə xidmət edib.
1939-cu ilin payızında Stalinlə Hitler Polşanı öz aralarında bölürlər . Bunun nəticəsində xeyli polyak SSRİ-nin QULAQ adlı xüsusi rejimli müəssisələrində dustaq həyatı yaşamaq məcburiyyətində qalır . 1941-ci ildə faşist Almaniyasının Sovet İttifaqına hücumundan sonra Stalin hərbi dəstəyə ehtiyac duyur və qərb müttəfiqlərinin tələbi ilə Polşayla diplomatik münasibətləri bərpa edir. Sikorsk-Maysk razılaşmasının qaydalarına əsasən sovet hərb düşərgələrində saxlanılan polşalı hərbçilər və mülki vətəndaşlar azad edilir. Qazamatdan yenicə çıxmış bu insanlardan “General Andersin Ordusu “adlı polyak qoşunu yaradılaraq ingilis komandanlığına tabe edilir və 1942-ci ildə Böyük Britaniyanın nəzarətindəki İran torpaqlarına göndərilir.
HƏMƏDAN AYISININ SAVAŞ HEKAYƏSİ

Elə bu ərəfədə bölgəyə doğru hərəkət edən polyak hərbçilər Həmədan şəhəri yaxınlığında yerli ovçuların günahı ucbatından anasız qalan körpə ayını tapmış yeniyetmə çobanla qarşılaşırlar . Çox halsız və ac görünən ayı balası gəncdən müəyyən məbləğdə pul , şokolad və İsveçrə hərbi bıçağı müqabilində satın alınır. Onun ilk qəyyumu isə Polşalı qaçqın olan 18 yaşlı İrena Borkeviç olur. Bir müddət İrenanın nəzarəti altında düşərgədə qalan ayı balası çox keçmir ki, Polşa II Korpusunun 22-ci topçu alayına təhvil verilir. Buradakı əsgərlər ayı ilə yaxından maraqlanır və ona polyakcadan tərcümədə “Gülər üzlü döyüşçü “ mənasını verən Voytek adını qoyurlar. Təbii ki, uzun illərdir ailələrindən , övladlarından uzaq düşmüş əsgərlər üçün Voytek əsl yaşam stimulu olur. Ayı balası alayın sevimlisinə çevrilir. Əsgərlər tərəfindən qatılaşdırılmış süd , meyvə , bal , marmeladla bəslənən Voytek qısa zamanda gözəçarpacaq dərəcədə böyüyür. Ağıllı və dərrakəli olduğuna görə onunla hərbi hissədə əsl insan kimi rəftar olunur. Əsgərlər Voyteki hətta öz döyüş yoldaşları kimi qəbul edir. Pivəni , siqareti və güləşməyi sevən heyvan bu müddət ərzində polyak dilində verilən göstərişləri anlamağa başlayır və zabitlərə əsgər salamı verməyi öyrənir.Voytek II Korpusla birgə bir çox ölkələrə səyahət edir. İlk olaraq ayı özünü Fələstində göstərir. O keşikçilərin gözdən qaçırtdıqları iki diversantı parçalayır. Bu hadisədən sonra bir müddət silah yoldaşları belə ondan çəkinir. Ancaq Voytek özününkülərə qarşı heç vaxt aqressiya nümayiş etdirmirdi. Deyilənə görə , onun üçün səhra düşərgəsində ayrıca yatacaq düzəldilsə də ,təkliyi sevməyən ayı hər dəfə əsgərlərdən birinin çadırında gecələyirdi.
HƏMƏDAN AYISININ SAVAŞ HEKAYƏSİ

1943-cü ildə General Vladislav Andersin Ordusuna İtaliyaya getmək və müttəfiq qoşunlara qoşulmaq əmri verilir.Amma hərbi qaydalar heyvanları döyüş bölgəsinə aparmağı qadağan etdiyindən polyak əsgərlər ayı üçün çıxış yolu axtarırlar və tapırlar. Rəsmən sıravi olaraq qeydiyyata alınan Voytekə hərbi bilet verilir, ölçüsünə görə iki nəfərlik ərzaq payı ayrılır.
Əsgərlərin dördayaqlı səngər yoldaşı 22-ci topçu alayında xidmət edərək Monte-Kassino uğrunda döyüşlərdə özünü yaxşı tərəfdən göstərir.Bu döyüş Voytek üçün həm də dönüş nöqtəsi olur. Məhz bu döyüşdə onun ulduzu parlayır. Mühasirəyə düşən 78-ci Britaniya diviziyasını xilas etmək üçün irəli atılan polşalılar buna qədər amerikalıları, hollandiyalıları qanına qəltan etmiş alman elit dəstələri ilə qarşılaşırlar. Monte –Kassino uğrunda ağır döyüş başlayır.Vuruşmanın üçüncü günü polyakların 22-ci topçu alayının əsgərləri həm yorulur, həm də ruhdan düşürlər. Artıq silah-sursatı səngərə çatdıracaq qüvvə tükənmək üzrə olur .Belə bir vaxtda əsgərlərin hərəkətinə fikir verən ayı qəfildən yük avtomobilinə yaxınlaşaraq arxa pəncələri üstə qalxıb içəri boylanır.Əsgərlərdən biri zarafatla yeşik dolu mərmini ona uzadır.Elə bu vaxt Voytek yeşiyi ondan alıb səngərə doğru qaçır.Tez qayıdıb yenə mərmi götürüb döyüş zonasına aparır.Beləliklə bir neçə dəfə gedib-gəlir. Təəccüblənmiş hərbçilərdə bu olay ruh yüksəkliyi yaradır.Hamılıqla irəli atılıb həmin günün axşamı strateji yüksəkliyi ələ keçirirlər. Bu döyüş zamanı əsgərlərə mərmiləri daşımağa kömək etməklə ayı öz adını əbədiləşdirir. Savaşın qazanılmasından sonra pəncəsində top mərmisi daşıyan Voytekin silueti alayın rəsmi emblemi kimi qəbul edilir.Bu emblem alaya aid bütün maşınların , əsgər uniformalarının üzərində işlənir. Müharibədə göstərdiyi şücaətə görə isə qəhrəman ayıya kapral rütbəsi verilir.( Hazırda Voytekin şəkli əks olunmuş emblemi Polşa Ordusunun artilleriya alayının 5-ci logistik batalyonu daşıyır.)
HƏMƏDAN AYISININ SAVAŞ HEKAYƏSİ

Monte-Kassino uğrunda döyüş qazanılsa da , “General Andersin Ordusu”nu və Voyteki xoşbəxt sonluq gözləmir. Yalta Konfransı Polşaya qayıtmaq ümidi ilə müttəfiqlərlə çiyin-çiyinə vuruşan 200 000 polyaka ağır zərbə vurur. II Dünya Müharibəsi bitir və Polşa Sovet İttifaqının nəzarətinə keçir. Bu səbəbdən də polşalı əsgərlərin çoxu doğma vətənə dönməkdən imtina edirlər. Çünki “ əski dustaqlar “ Sovet Rusiyasındakı həyatı və Stalin düşərgələrini yaxşı xatırlayırdılar. Hətta Stalinin “ əfviylə “ azad edilən General Andersə də geri qayıtmaq tövsiyə olunmur. 1946-cı ildə o, kommunist rəhbərliyi tərəfindən polşa vətəndaşlığı və hərbi rütbədən məhrum edilərək , həyatının qalan hissəsini qürbətdə keçirmək məcburiyyətində qalır.
Nəticə etibarilə minlərlə polşalı əsgər və Voytek müharibəni Şotlandiyada “Winfield” düşərgəsində başa vurur.Burada hara gedəcəklərini və nə işlə məşğul olacaqlarını bilməyən əsgərlərlə yanaşı Voytek üçün də hər şey çətin olur. Çünki düşərgədə onun qayğısına qalacaq kimsə yox idi. Halbuki hələ ilk gündən əsgərlər qəhrəman Voyteki Polşaya aparmağı və hərbi parad zamanı onunla Varşavanın küçələrindən keçməyi arzulayırdılar .
1946-cı ildə ayı Britaniya hərbçilərindən birinin köməkliyi ilə Edinburq Zooparkına yerləşdirilir. Voytek çox keçmir ki, burada ən çox ziyarət olunan heyvana çevrilir. Zoopark onu görməyə gələnlərlə dolub-daşır .Şotlandiyada qalmağı üstün tutan polşalı əsgərlər də onu unutmurlar. Deyilənə görə , vaxtaşırı ayıya baş çəkməyə gələn keçmiş döyüş yoldaşları zoopark işçilərinə həyəcanlı anlar yaşadırmışlar.Onlar təkidlə Voytekin qəfəsinə keçir, onunla güləşir, pivə içirmişlər.
1958-ci ildə Polşada Voyteki geri qaytarmaqdan ötrü kampaniya başladılır. Edinburq zooparkı ayını Polşa hökumətinə təslim etmək istəsə də, bu hadisə gerçəkləşmir. Çünki zooparkla ayının qəyyumları arasında olan razılaşmaya görə Voytek yalnız müstəqil Polşaya qaytarıla bilərdi. Bu isə mümkün olmur. Əfsanəvi Voytek Polşa müstəqillik əldə etməmişdən xeyli əvvəl dünyadan köçür.O, 1962-ci il dekabrın 2-si 22 yaşında gözlərini həyata əbədi yumur. ( Həmin vaxt onun çəkisi 230 kq, boyu isə 1.80 metr idi.) Şərqdə başlayan ömür yolu qərbdə başa çatır. Adını tarixə yeganə ayı - əsgər kimi yazdıran Voytek bu zaman ərzində ayaq basdığı hər yerdə iz qoyur .Ən əsası da II Dünya Müharibəsinin ən çətin döyüşlərindən birində silahdaşlarına qələbə qazanmağa kömək edir.
Bu gün Voytekin Polşada, Kanada Müharibə Muzeyində və Londonda yerləşən İmperiya Hərb Muzeyində heykəlləri və xatirə guşələri var. 2011-ci ildə BBC kanalı tərəfindən “Voytek – Savaşa Gedən Ayı”adlı bir film hazırlanıb .2013-cü ildə isə Krakov və Edinburqda Voytekin abidələrinin açılışı olub. Hal-hazırda Şotlandlar məşhur əyripəncə haqqında “ Voytek adlı ayı”cizgi filmini çəkmək qərarına gəliblər.BBC-nin verdiyi məlumata görə,bu işi Edinburqdakı “Animation Garden”studiyası ekranlaşdıracaq. Studiya rəhbəri İeyn Gardnerdi. O bu filmi 1982-ci ildən hamıya məlum olan populyar “The Snowmann - Qar adamı “cizgi filmini çəkmiş adaşı İeyn Harvi ilə ərsəyə gətirmək niyyətindədir.Polşa kinomatoqrafiya institutu və “Yaradıcı Şotlandiya” fondu tərəfindən maliyyələşdirilən animasiya filminin ssenarisini Voytseh Lepyanka yazıb.
HƏMƏDAN AYISININ SAVAŞ HEKAYƏSİ
HƏMƏDAN AYISININ SAVAŞ HEKAYƏSİ

P.S. Voytek son nəfəsinə gədər öz cəbhə yoldaşlarına sadiq qaldı. Bu da səbəbsiz deyildi . Çünki çəsur ayını dostları ilə oxşar tale bağlayırdı. Bu bənzətməni Voyteki hərbi düşərgədə ilk qarşılayan döyüş yoldaşı Voytsex Narebskinin sözləri ilə desək daha yaxşı olar:”Voytekin taleyi əksər polyak əsgərlərin taleyinə bənzəyirdi.Bizim əsgərlərimiz də öz doğmalarını itirmişdi. Onlar yetim idilər. Demək ki, bizim ayı yetimlər içində bir yetim idi. Bəlkə də bu səbəbdən biz onunla daha yaxşı yola gedirdik.”

KÖNÜL SADIQOVA


Paylaş



Bölmə: Xəbər / Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!