Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 12-11-2018, 07:53
Qiyamət günü hansı növ şəfaət olacaq?
Bunun bir neçə növü var və ən önəmlisi budur:
1. Böyük şəfaət: Qiyamət günü insanlar haqq-hesabın başlanmasını gözlədikdən sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) Rəbbinin hüzurunda insanların haqq-hesabının başladılmasına dair şəfaətçi olacaqdır. Milli.Az zikr.az-a istinadən bildirir ki, bu, Peyğəmbərimiz Muhəmmədə xas olan şəfaətdir. Bu, ona vəd edilən "həmd olunan məqam"dır (Məqamul Məhmud).
2. Cənnətin qapılarının açılması üçün şəfaətçi olmaq: Qapıların açılmasını tələb edən birinci insan Peyğəmbərimiz Muhəmməd, oraya daxil olan birinci ümmət isə onun ümməti olacaqdır.
3. Cəhənnəmə düşmələri hökm olunan bir qrup insanların oraya düşməməsi üçün şəfaətçi olmaq.
4. Böyük günah edib, cəhənnəmə düşən tövhid əhlinin oradan çıxardılmaları üçün şəfaətçi olmaq.
5. Cənnət əhlindən bəzi insanların dərəcələrinin yüksəldilməsi üçün şəfaətçi olmaq. Axırıncı üç növ şəfaət Peyğəmbərimizə xas deyil, amma bu işlərdə o, birinci olacaqdır. Ondan sonra digər peyğəmbərlər, mələklər, salehlər və şəhidlər olacaqlar.
6. Bir dəstə insanın haqq-hesabsız cənnətə daxil olmaları üçün şəfaətçi olmaq.
7. Bəzi kafirlərin əzabının yüngülləşdirilməsi üçün şəfaətçi olmaq. Bu şəfaətlərdən əlavə uca Allah öz rəhməti ilə heç kəsin şəfaəti olmadan tövhid etiqadı ilə ölmüş sayını yalnız Özünün bildiyi qədər insanları cəhənnəmdən çıxarıb, rəhməti ilə cənnətə salacaqdır


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!