“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 12-11-2018, 10:03
Naxçıvan Beynəlxalq Hava Limanı payız-qış mövsümünə hazırdır
Naxçıvan Beynəlxalq Hava Limanında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanında keçirilən tədbirdə Hava limanının aerodrom təminatı sahəsinin rəisi İlkin Nəsirov məlumat verib.
İlkin Nəsirov bildirib ki, mövsümlə əlaqədar ayrı-ayrı xidmət sahələrində qrafik üzrə nəzərdə tutulmuş bütün işlər yerinə yetirilib. Hava limanının soyuq və qarlı günlərdə də daim işlək vəziyyətdə saxlanılması, habelə hava gəmilərinin enib-qalxması zamanı təhlükəsizliyin təmin olunması üçün profilaktik tədbirlər görülüb. Fırçalı qartəmizləyən, qarkürüyən, istilik verən, rotorlu xüsusi avtomaşınlar saz vəziyyətə gətirilib, hava limanında uçuşların təhlükəsizliyi üçün davamlı olaraq bütün elektrik, işıq sisteminin, rabitə qurğularının, maşın-mexanizmlərin texniki baxışı həyata keçirilib. Həmçinin tələbata görə yanacaq və mal-material ehtiyatının yaradılması diqqət mərkəzində saxlanılır.
İlkin Nəsirov onu da diqqətə çatdırıb ki, görülən işlər soyuq qış aylarında, istənilən hava şəraitində cədvəl üzrə həm yerli, həm də beynəlxalq uçuşların rahat və təhlükəsiz təşkilinə imkan verəcək. Hava limanının uzunluğu 3300, eni isə 60 metr olacaq yeni uçuş-enmə zolağının inşası davam etdirilir.
Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilib, noyabrın 2-də hava limanına 25 adda 30 yeni texnika və avtomobil təqdim olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!