Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
Tarix : 20-11-2018, 08:59
MEK-ə akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı daxil olub
AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Livanda ərəb dilində işıq üzü görən “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı daxil olub.
Kitabda antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi, həmçinin ermənilərin XIX əsrin əvvəllərində bu ərazilərə köçürülməsi əksini tapıb. Əsərdə XIX əsrdən etibarən Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilərin sayca üstünlük təşkil etməyə başlamasının çar imperiyasının məqsədyönlü siyasətinin nəticəsi olduğu oxucuya çatdırılıb. Müəllif problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirib.
Vəsait Əlcəzair Milli Araşdırmalar Mərkəzinin professoru Zəim Xənişlavi tərəfindən fransız dilindən tərcümə olunub və Livanda “Delta” Dərin Araşdırmalar Mərkəzində işıq üzü görüb.Kitabın çapında və ölkəmizə gətirilməsində Azərbaycanın Livan və Əlcəzairdəki səfirliklərinin müstəsna xidmətləri olub. Kitab MEK tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə həyata keçirilən “Milli Rəqəmsal Yaddaş (MRY) üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” layihəsi əsasında MRY bazasına daxil edilib.
Qeyd edək ki, noyabrın 16-da Mərkəzi Elmi Kitabxananın təşkilati dəstəyilə kitabının təqdimat mərasimi keçirilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!