İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 28-11-2018, 12:31
Dövlət Gömrük Komitəsində qadın namizədlərin iştirak etdiyi test imtahanına başlanılıb

Dövlət Gömrük Komitəsində qadın namizədlərin iştirak etdiyi test imtahanına start verilib.
Butov.az xəbər verir ki, Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də Dövlət Gömrük Komitəsində gömrük orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqənin birinci - test imtahan mərhələsi başlayıb. Müsabiqə gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunub.
Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, eləcə də imtahan komissiyasının tərkibinə daxil olan aidiyyəti qurumların rəhbərləri iştirak edib.
İ.Hüseynov bildirib ki, bu müsabiqə indiyədək gömrük orqanlarında xidmətə qəbulla əlaqədar keçirilən müsabiqələrdən fərqlidir. Bu dəfə müsabiqədə yalnız qadın namizədlər iştirak edir və bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılıb. O qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gender bərabərliyi sahəsindəki dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkədə gender bərabərliyi sahəsində görülən işlər, öz növbəsində Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verən İ.Hüseynov deyib ki, aparılan uğurlu siyasətin nəticəsi olaraq hazırda Azərbaycan qadınları dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində fəallığı, istedad və bacarığı ilə seçilir. Vurğulayıb ki, bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını, eyni zamanda, fəal ictimai xadimdir.
Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan dövləti qadınların əməyini, o cümlədən iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrükçü qadınların fəaliyyətini daim yüksək qiymətləndirir. Bu müsabiqənin keçirilməsi də qadınlara göstərilən yüksək qayğının, etimadın bariz nümunəsidir.
A.Sofiyeva isə çıxışında müsabiqəni dövlətin həyata keçirdiyi uğurlu qadın siyasəti istiqamətində mühüm fəaliyyət, səmərəli təşəbbüs kimi qiymətləndirib, digər dövlət qurumlarının da bu təşəbbüsə qoşulacağına ümidvar olduğunu söyləyib.
O bildirib ki, Azərbaycanda qadınlara bütün sahələrdə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılıb və bu istiqamətdə mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Dövlət və milli fəaliyyət proqramlarında, digər vacib sənədlərdə gender komponenti öz əksini tapıb və bunun nəticəsi olaraq bütün sahələrdə qadınların fəallığı sürətlə artır. Sonra test imtahanına start verilib. Müsabiqədə 270 namizəd iştirak edir.
Dövlət Gömrük Komitəsində qadın namizədlərin iştirak etdiyi test imtahanına başlanılıb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!