"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 28-11-2018, 15:19
Alimlərimiz Buxarestdə elmi sessiyada iştirak ediblər
Rumıniyanın paytaxtı Buxarestdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) üzvü olan ölkələrin hökumətlərinin səlahiyyətli nümayəndələri komitəsinin növbəti sessiyası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Respublikası Hökumətinin BNTİ-də səlahiyyətli nümayəndəsi, akademik Nazim Məmmədov və bölmənin baş mütəxəssisi, Azərbaycan Respublikası Hökumətinin BNTİ-də səlahiyyətli nümayəndəsinin assistenti Yeganə Əliyeva təmsil ediblər.
AMEA-dan bildiriblər ki, BNTİ-nin direktoru, akademik V.A.Matveyev öz məruzəsində ötən ilin yekunlarından danışıb, ölkələr arasında elmi əlaqələrin inkişafına xüsusi diqqət yönəldib. Bildirib ki, cari il BNTİ üçün olduqca səmərəli olub, yeni layihələrə imza atılıb. BNTİ-yə üzv ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq genişləndirib, müştərək tədqiqat və proqramlar həyata keçirilib. Bu işlər indi də davam etdirilir.
Elmi sessiyada BNTİ-nin vitse-direktorları V.Kekelidze və R.Lednitski NİCA layihəsinin icrası və 2019-cu il üçün layihə üzrə nəzərdə tutulan işlərə dair məruzələrlə çıxış ediblər. Bundan əlavə, tədbirdə BNTİ-nin elmi katibi A.Sorin institutun elmi şurasının tərkibində edilən dəyişikliklər haqqında danışıb. BNTİ-nin beynəlxalq əlaqələr şöbəsinin rəisi D.Kamanin assosiasiya olunmuş ölkələrlə əlaqələrdən bəhs edib. İnstitutun informasiya texnologiyaları laboratoriyasının direktoru V.Korenkov isə informasiya texnologiyalarının inkişafının əsas trendləri, çağırış və perspektivləri barədə məruzə ilə çıxış edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!