"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 3-12-2018, 15:03
Azərbaycan universitetlərində nə qədər əcnəbi təhsil alır?

Azərbaycan universitetlərində yalnız yerli tələbələr deyil, əcnəbilər də təhsil alırlar. Digər ölkələrə müqayisədə, Azərbaycanda təhsil alan əcnəbilərin sayı azdır.
Buna səbəb nədir?

Oxu.Az-ın əməkdaşı əcnəbilərin təhsil aldığı bir neçə universitetlə əlaqə saxlayıb.
Azərbaycan Diplomatik Akademiyasında (ADA) 38 ölkədən 112 əcnəbi təhsil alır.
Bakı Dövlət Universitetində 550-ə yaxın əcnəbi təhsil alır.
Bakı Mühəndislik Universitetində 97 əcnəbi tələbə təhsil alır. Gürcüstandan 34, Rusiyadan isə 27 əcnəbi tələbə var. Üstünlük iki ölkədəndir.
Azərbaycan Dövlət İqtisad Universitetində 244 nəfər əcnəbi tələbə təhsil alır. Tələbələr arasında Rusiya və Gürcüstan vətəndaşları üstünlük təşkil edir.
Azərbaycan Memarlıq və İnşaat Universitetində 700 əcnəbi tələbə təhsil alır. Onlar arasında Türkiyədən olan gənclər çoxluq təşkil edir.
Azərbaycan Texniki Universitetində 250 nəfər əcnəbi tələbə təhsil alır. Onlar, əsasən, Almaniya, Çin, Afrika, Banqladeş, İran, Gürcüstan, Nepal, Suriya, İraq, Səudiyyə Ərəbistanı, Türkiyə və sair ölkə vətəndaşlarıdır.

2017/2018-ci tədris ilində 2800-dən çox əcnəbi Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. ATU, Azərbaycan Rəssamlıq Akademiyası (ARA), AzMİU və ADNSU əcnəbilər tərəfindən ən çox müraciət olunan universitetlərdən olub.
Oxu: Keçid balına görə ən güclü universitetlər - REYTİNQ
Əcnəbilər 2017/2018-ci tədris ilində mühəndislik, əczaçılıq, memarlıq, psixologiya ixtisaslarına və dil hazırlıq kurslarına üstünlük veriblər. Onların əksəriyyəti Türkiyə, Gürcüstan, İran, İraq, Banqladeş və Rusiyadan Azərbaycana təhsil almağa gələn tələbələrdir.
Təhsil eksperti Elvin Bədirov bildirib ki, ötən illərlə müqayisə edəndə, müəyyən qədər daha çox əcnəbi Azərbaycanda təhsil alır:
“Amma bu artım o qədər nəzərəçarpacaq yüksək say göstəricisi deyil. Azərbaycanda təhsil alan tələbələrin sayı beş-on faiz təşkil edir. Bunu müxtəlif, eyni zamanda, bəzi məsələlərdə subyektiv amillərlə əlaqələndirmək olar.
Müəyyən qədər bəzi universitetdə təhsil səviyyəsinin artması, maddi-texniki bazanın güclənməsi, aktiv piar xidmətinin təşkil edilməsi əcnəbilərin ölkəmizdə təhsil almasına təsir göstərir. Yaxın qonşu ölkələrdən İran, Türkiyə, Gürcüstan, Rusiya, Pakistandan gələn tələbələr üstünlük təşkil edir”.
Ekspert qeyd edib ki, əcnəbi tələbələrin sayının artması üçün universitetlər verdikləri təhsilin səviyyəsini kifayət qədər artırmalıdırlar:
“Universitetlər ölkə təhsili tələblərinə və beynəlxalq standartlara cavab verməlidir. Amma biz bunları, təəssüf ki, universitetlərimizdə görə bilmirik. Eyni zamanda, təhsil müəssisələri verdikləri təhsili dünyaya çatdırmaq üçün ciddi aktiv piar aparmalı, xaricdə təhsil sərgilərində universitetlər iştirak etməli və təhsil xidmətlərini təqdim etməlidir. Bundan sonra ciddi uğurlara imza atmaq olar”.
Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor, fəlsəfə elmləri doktoru Telman Cəfərov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb:
“Həmin proqrama əsasən, xarici mütəxəssislərin cəlb olunması, universitetlərin maddi-texniki bazasının yaxşılaşması, yataqxana ilə təmin edilməsi mümkün olacaq. Çünki xaricdən gələn tələbə üçün şərait olmalıdır ki, rahat təhsil alsın. Bundan sonra əcnəbi tələbəni cəlb etmək olar”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!