“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 12-12-2018, 07:39
Ümummilli lider Heydər Əliyevin xatirəsi Kolumbiyada da anılıb
Azərbaycanın Kolumbiyadakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, müvəqqəti işlər vəkili Həmid Zeynalov tədbirdə çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edib. Qeyd edib ki, Azərbaycanın müstəqil dövlət kimi formalaşması bütün həyatını xalqının tərəqqisinə həsr edən Ümummilli Liderimizin əzmkar fəaliyyətinin nəticəsində mümkün olub, məhz ulu öndər Heydər Əliyevin sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb.
Ulu Öndərin əziz xatirəsinin ölkəmizdə və onun hüdudlarından kənarda ehtiramla yad edildiyini bildirən Həmid Zeynalov ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin hərtərəfli inkişafı yolundakı əvəzsiz tarixi xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, Ümummilli Liderin müdrikliyi və apardığı düzgün siyasət sayəsində Azərbaycan qısa müddət ərzində bütün təhlükələrdən qurtularaq sabitlik, inkişaf dövrünə qədəm qoydu.
Bu gün Azərbaycanın Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini xüsusi qeyd edən diplomat son illər ölkəmizin qazandığı mühüm nailiyyətlər barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Türkiyənin Kolumbiyadakı səfiri Ece Öztürk Çil Heydər Əliyevin türk dünyasının ən böyük liderlərindən biri olduğunu söyləyərək deyib: “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur. Türkiyə-Azərbaycan qardaşlığını möhkəm təməllər üzərində quran və inkişaf etdirən bu dahi şəxsiyyətdir”.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!