İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 24-12-2018, 09:19
“Hər yerindən duranın sözü ilə himnə müdaxilə edilməz" - Cavanşir Quliyev
Uzun müddətdir, himnimizin aranjiman olunması məsələsi gündəmdədir. Deputat Tahir Kərimli tərəfindən səsləndirilən bu fikir ətrafında müzakirələr hələ də davam edir.
Bununla bağlı Modern.az-a danışan tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev bildirib ki, Azərbaycan Dövlət Himninin aranjimanı musiqiçilərin daxili-texniki məsələsidir, geniş kütlənin bilməsinə ehtiyac yoxdur:
“Hesab edirəm ki, himnimizin aranjiman edilməsinə ehtiyac yoxdur. Amma əgər ehtiyac duyularsa, aranjiman baş tuta bilər. Xatırlatmaq istəyirəm ki, cəmi 4 il əvvəl – Azərbaycanda keçirilən Avropa Oyunlarına hazırlıq mərhələsində himnimizin yeni orkestrləşdirilməsi edilib. Oyunlar zamanı məhz yeni versiya ifa olunurdu”.
Himnimizin uzun olması iddialarına gəlincə, Cavanşir Quliyev bunu təkzib edib:
“Hər yerindən duranın sözü ilə dövlətin himninə müdaxilə edilməz. Azərbaycan himni uzun deyil, siz də dinləyin və saata baxın, 2 dəqiqə 16 saniyədir. Məncə, dövlətinin himnini 2 dəqiqə dinləyə bilməyən adam bu ölkənin vətəndaşı olmağa layiq deyil”.
Qeyd edək ki, parlament “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanunu 1992-ci il mayın 27-də qəbul edib. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiqlənib. Hazırkı himnimiz 1989 və 2014-cü illərdə iki dəfə aranjiman olunub. 4 ildir ifa etdiyimiz Dövlət Himni qeyd edildiyi kimi, 2 dəqiqə 16 saniyədir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!