Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        “Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                       
Tarix : 27-12-2018, 13:42
Bakı Nəqliyyat Agentliyi intellektual nəzarət sistemi yaradıb - VİDEO
Xüsusi proqram təminatı olan planşetlər vasitəsi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) əməkdaşları tərəfindən dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tədbirlərin görülməsi təmin edilib. İnsan faktorunu minimuma endirmək, şəffaflığı təmin etmək məqsədilə tam avtomatlaşdırılmış qanunsuz parklanmaya intellektual nəzarət sistemi yaradılıb. Həmçinin dövlət başçısının müvafiq fərmanında qeyd edildiyi kimi, mərkəzi informasiya sisteminə inteqrasiya təmin edilib.
Məlumata görə, sistemin əsas komponenti olan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (kameralar) quraşdırılması işləri isə intensiv şəkildə davam etdirilir. Həmçinin intellektual nəzarət sistemindəki mövcud kameraların işi daha da təkmilləşdirilir: “Artıq sistemə daxil olan kameraların olduğu küçə və prospektlərdə sürücülər nəqliyyat vasitələrini qadağan edilən yerdə park etdikləri zaman bu xəta dərhal qeydə alınır və qayda pozuntusunu təsdiq edən 4 ədəd fotoşəkil çəkilir. Sistemin digər bir özəlliyi isə qayda pozuntusuna dair video qeydiyyatın aparılması ilə bağlıdır. Bu da, öz növbəsində, mübahisə yaranacağı təqdirdə, qayda pozuntusunu sübuta yetirmək baxımından əhəmiyyətlidir. Artıq paytaxtın əksər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda qanunsuz parklanmaya nəzarət sistemləri fəaliyyət göstərir.
Bunu nəzərə alaraq, bir daha sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!