Bu gün ilaxır çərşənbəsidir .....                        Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi .....                        Ərdoğanla Putin arasında telefon danışığı baş tutub .....                        Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu .....                        Mömünə Xatun türbəsiylə bağlı yayılan məlumata aydınlıq gətirildi .....                        Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama .....                        Tehranlı soydaşımız mükafatlandırıldı .....                        Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq .....                        Hərbi hissələrdə bayram tədbirləri qapalı keçirilir - RƏSMİ .....                       
Tarix : 27-12-2018, 15:19
Geologiya və Geofizika İnstitutunda il ərzində uğurlu elmi nəticələr əldə oluub
Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yer Elmləri Bölməsinin iclasında Geologiya və Geofizika İnstitutunun (GGİ) 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təqdim olunub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, institutun direktoru, akademik Akif Əlizadə Azərbaycanda son illər elmin inkişafı istiqamətində mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Alim cari il aprelin 9-da Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq 27 mart tarixinin Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilməsi haqqında imzaladığı Sərəncamı xatırladıb. Bildirib ki, bu addım dövlət başçısının ölkə elminə göstərdiyi diqqət və qayğı ilə yanaşı, həm də elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir.
A.Əlizadə 2018-ci ildə rəhbərlik etdiyi institutun 80 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu, tədbirdə bir çox xarici ölkə alimlərinin iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, yubiley ərəfəsində dövlət başçısının müvafiq sərəncamları ilə institutun bir qrup alimi Azərbaycanda geologiya və geofizika elminin inkişafındakı xidmətlərinə görə respublikanın yüksək mükafatlarına layiq görülüb.
Sonra AMEA-nın prezidenti institutun palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyevin GGİ-nin 80 illik yubileyi münasibətilə dövlət başçısı tərəfindən “Şöhrət ordeni” ilə təltif edildiyini vurğulayaraq, alimə mükafatı təqdim edib.
Adil Əliyev yüksək mükafata layiq görüldüyünə görə Prezidenti İlham Əliyevə təşəkkür edib. O, 3 il öncə İtaliyada "Dünya palçıq vulkanı atlası"nın çap edildiyini, institutda dünyadakı palçıq vulkanları ilə bağlı yeni məlumatların əldə edildiyini, mühüm elmi nəticələrə nail olunduğunu diqqətə çatdırıb.
Sonra bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək bildirib ki, növbəti ildən etibarən GGİ-də prioritet istiqamətlərdə elmi tədqiqatların daha da genişləndirilməsi, institutun nüfuzlu alimlərini gənclərə tanıtmaq məqsədilə onlarla görüşlərin təşkil edilməsi, beynəlxalq elmi əlaqələrin gücləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov müəssisənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə edib. Natiq qeyd edib ki, 2018-ci ildə elmi tədqiqatlar 11 mövzu və 16 elmi-tədqiqat işini əhatə etməklə 3 problem üzrə aparılıb, 4 elmi-tədqiqat işi başa çatdırılıb,12 elmi-tədqiqat işi isə hazırda davam etdirilməkdədir. 2018-ci ildə GGİ-də reallaşan beynəlxalq elmi əlaqələrin uğurlu olduğunu bildirən D.Hüseynov AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası arasında imzalanmış ikitərəfli elmi əməkdaşlıq haqqında müqavilə çərçivəsində 2018-2019-cu illər üçün “Mingəçevir ərazisində (Azərbaycan) su anbarından yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda layihə üzrə elmi-tədqiqat işlərinin aparıldığını diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, GGİ ilə ABŞ-ın Miçiqan Universiteti arasında imzalanmış memorandum çərçivəsində müasir geodinamika və kosmik geodeziya şöbəsi və Miçiqan Universitetinin yer və ətraf mühit elmləri şöbəsinin əməkdaşları birgə elmi layihələr həyata keçiriblər.
O, iclas iştirakçılarına beynəlxalq laboratoriyalar, qrant layihəsi çərçivəsində elmi tədqiqatlar, yeni qrant layihələrinin hazırlanması istiqamətində görülmüş işlər barədə də ətraflı məlumat verib. Bildirilib ki, institutun alimləri xarici nəşriyyatlarda 53 elmi məqalə cap etdiriblər. Onlardan 32 məqalə impakt faktorlu jurnallarda dərc olunub, 19 məqalə isə “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda yer alıb.
Məruzəçi GGİ-nin elektron resursları və nəşriyyat fəaliyyəti sahəsində qazanılan uğurlar barədə məlumat verərək bildirib ki, hesabat ilində Yer Elmləri Bölməsinin “Xəbərlər” və “Neftli-qazlı hövzələrin stratiqrafiya və sedimentologiyası” jurnallarının növbəti nömrələri çapdan çıxıb.
D.Hüseynov hesabat ilində AMEA-nın, SOCAR, BP və TOTAL neft şirkətlərinin dəstəyi ilə gənc alim və mütəxəssislərin Geologiya və Geofizika İnstitutunun 80 illiyinə həsr olunmuş “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyalarının rolu” mövzusunda ənənəvi VII beynəlxalq konfransının keçirildiyini də diqqətə çatdırıb.
Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb. Mükzakirələrdə akademiklər İbrahim Quliyev, Vasif Babazadə, Arif İsmayılzadə, Hətəm Quliyev, Pərviz Məmmədov, AMEA-nın müxbir üzvü Tulparxan Salvatov, professor Hikmət Mahmudov və digərləri iştirak ediblər.
Sonda çıxış edən akademik Akif Əlizadə müasir dövrdə institut alimlərinin qarşısında duran yeni vəzifələr, elmi tədqiqatlar aparılarkən qabaqcıl texnologiyalardan bəhrələnməyin üstünlükləri və digər məsələlərdən danışıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!