"UNUTSAQ, UNUDULARIQ!.." .....                        Latviya rus diplomatə ölkədən xaric edir .....                        Rusiyada törədilən terrorda ölənlərin sayı artdı .....                        Sabiq milli təhlükəsizlik naziri vəfat etdi .....                        Azərbaycan Ukraynaya silah tədarüküylə bağlı məlumatı təkzib edib - Zaxarova .....                        İran prezidenti HƏMAS lideriylə görüşdü .....                        Şəhid bacısı müdir vəzifəsinə təyin olundu .....                        Latviya da Rusiya ilə sərhədi bağlayır .....                        Elçin Babayev BDU-nun rektoru təyin edildi .....                       
Tarix : 11-01-2019, 12:14
Tanınmış qrossmeyster Vüqar Həşimovun xatirəsi anılıb

Yanvarın 11-i Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun anım günüdür. Dünyanın parlaq zəka sahiblərindən biri olan Vüqarın əbədiyyətə qovuşmasından beş il ötür.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar görkəmli şahmatçının yaxınları, şahmatçılar və ölkə ictimaiyyətinin nümayəndələri yanvarın 11-də ikinci Fəxri xiyabana gələrək mərhum şahmatçının məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları Vüqar Həşimovun məzarı önünə gül dəstələri qoyaraq, onun xatirəsinə ehtiramlarını bildiriblər.
Mərhum şahmatçının atası Qasım Həşimov, Əməkdar məşqçi Xanlar Allahverdiyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının şahmat kafedrasının professoru Bəxtiyar Rüstəmov, idman jurnalisti Sənan Şəfizadə çıxış edərək Vüqar Həşimovun qısa, lakin şərəfli ömür yolundan, uğurlu karyerasından danışıblar.
Şahmat tariximizin erkən sönən ulduzu 1986-cı il iyulun 24-də Bakıda anadan olub. Şahmata erkən yaşlarından maraq göstərən Vüqar uşaqlıq illərində “Şahmat klubu” verilişindəki çıxışları ilə tanınıb. 2002-ci ildə qrossmeyster adını alan Vüqar Həşimov buna qədər isə üç dəfə Azərbaycan çempionu olub. Mərhum qrossmeyster müxtəlif yaş kateqoriyalarında dünya və Avropa çempionatlarının müxtəlif ayarlı 21 medalını qazanıb, 50-dən artıq beynəlxalq turnirin qalibi olub. V.Həşimovun 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionatında həlledici görüşdə qələbəsi şahmat tariximizdə ilk dəfə Avropa çempionluğunun qazanılmasında həlledici rol oynayıb. O, ömrünün son anına qədər dünyanın ən güclü şahmatçılarından biri hesab edilirdi. Onun vaxtsız ölümü dünya şahmat aləmi üçün böyük itki oldu.
Diqqətə çatdırılıb ki, Vüqar bu dünyadan köçsə də, onun xatirəsi şahmatsevərlərin qəlbində daim yaşayır. Təsadüfi deyil ki, hər il Şəmkirdə keçirilən ənənəvi Vüqar Həşimov memorialında iştirak etmək üçün dünyanın ən güclü şahmatçıları ölkəmizə gəlirlər. Bu, dünya şahmat elitasının Vüqar Həşimovun xatirəsinə yüksək ehtiramının göstəricisidir.


Paylaş



Bölmə: Xəbər / İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!