Əhərli dostumuzu təbrik edirik! .....                        Bu gün ilaxır çərşənbəsidir .....                        Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi .....                        Ərdoğanla Putin arasında telefon danışığı baş tutub .....                        Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu .....                        Mömünə Xatun türbəsiylə bağlı yayılan məlumata aydınlıq gətirildi .....                        Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama .....                        Tehranlı soydaşımız mükafatlandırıldı .....                        Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq .....                       
Tarix : 16-01-2019, 09:31
Görkəmli alim Qara Əhmədovun xatirəsi anılıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, mərhum arxeoloq Qara Əhmədovun 90 illiyinə həsr edilmiş yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademiki, İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova Q.Əhmədovun elmi fəaliyyətindən bəhs edib. N.Axundova bildirib ki, Azərbaycanın orta əsrlər dövrü üzrə araşdırmalar aparan hər bir alim Q.Əhmədovun elmi əsərləri ilə tanışdır. Məhz Q.Əhmədovun tədqiqatları Azərbaycanın və bölgənin orta əsr dövrü maddi mədəniyyəti barədə geniş bilikləri ortaya çıxarıb. Q.Əhmədov hələ Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılmamışdan əvvəl onun sələfi olmuş Tarix İnstitutunun nəzdindəki arxeologiya və etnoqrafiya sektorunun elmi şurasına 20 il rəhbərlik edib. Alim tərəfindən Azərbaycanda arxeologiya və etnoqrafiya sahələri təşkilatlandırılıb və institutlaşdırılıb. Bugünki arxeoloq və etnoqraflar Q.Əhmədov kimi alimlərin irsi üzərində yetişiblər.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova mərhum professorun həyat yolundan və elmi yaradıcılığından söz açıb. M.Rəhimova bildirib ki, Q.Əhmədov həyatının böyük bir hissəsini Beyləqanın və Qəbələnin orta əsr dövrünün arxeoloji tədqiqatlarına həsr edib. İndiyədək onun Azərbaycanın orta əsrlər üzrə tədqiqatları tarixçi və arxeoloqların stolüstü kitabları olaraq qalmaqdadır. Mərhum alimin altı monoqrafiyası, yüzdən çox elmi məqaləsi işıq üzü görüb. Q.Əhmədovun rəhbərliyi ilə 7 elmlər namizədi, 3 elmlər doktoru hazırlanıb. Q.Əhmədovun elmi məqalələrinin toplusunun yaxın günlərdə nəşr ediləcəyini bildirən professor M.Rəhimova görkəmli alimlə bağlı xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Milli Azərbaycan Tarix Muzeyinin (MATM) direktoru, akademik Nailə Vəlixanlı qeyd edib ki, 7 cildlik “Azərbaycan tarixi” əsərinin ikinci cildində maddi mədəniyyətə aid bütün bölmələr məhz mərhum Q.Əhmədovun əməyinin nəticəsidir. Həmçinin cildin biblioqrafiyasının hazırlanmasında iştirak etmiş üç alimdən biri Q.Əhmədov olub. N.Vəlixanlı qeyd edib ki, MATM-də sərgilənən ən qiymətli eksponatların bir hissəsi məhz Q.Əhmədovun uzun müddət rəhbərlik etdiyi Örənqala və Qəbələ arxeoloji ekspedisiyası tərəfindən aşkar edilib.
Akademik Teymur Bünyadov mərhum alimin yüksək insani keyfiyyətlərindən danışıb. Təklif edib ki, Arxeologiya və Etnoqrafiya İnstitutu Qəbələ rəhbərliyi qarşısında şəhərin küçələrindən birinə professor Q.Əhmədovun adının verilməsi barədə məsələ qaldırsın.
Görkəmli alimin ilk aspirantlarından biri olmuş, tarix üzrə elmlər doktoru Qafar Cəbiyev bildirib ki, Q.Əhmədov bir sıra ilklərin müəllifi kimi yadda qalmaqdadır. Q. Əhmədov arxeologiya üzrə ilk elmlər doktoru, sənətkarlıq tarixinin əsasını qoymuş ilk arxeoloq olub. O, orta əsr Azərbaycan keramik materialının ilk fundamental araşdırmaçısı, Vətənimizin və Cənubi Qafqazın orta əsr şəhər mədəniyyəti genezisi problemini fundamental şəkildə tədqiq edən ilk alim idi. Onun “Örənqala (qısa tarixi-arxeoloji oçerk)”, “Orta əsr Beyləqan şəhəri”, “Qəbələ (tarixi-arxeoloji oçerk)” kimi əsərləri Azərbaycan arxeologiyası və tarix elmi üçün əvəzedilməz töhfələrdir.
Daha sonra tarix üzrə elmlər doktorları Hidayət Cəfərov, Əsədulla Cəfərov, Abbas Seyidov, Mikayil Mustafayev, Cəbi Bəhramov və digər çıxış edənlər mərhum professor Q.Əhmədovla bağlı xatirələrini bölüşüblər.
Görkəmli alim Qara Əhmədovun xatirəsi anılıb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!