UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 16-01-2019, 14:06
Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi

2018-ci ilin dekabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları Əlavə dəyər vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Yol vergisi bəyannaməsi və Mədən vergisi bəyannaməsi 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Butov.az xəbər verir ki, Vergilər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir. 2018-ci ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları təqdirdə Sadələşdirilmiş verginin bəyannaməsi və Ödəmə mənbəyində tutulan vergi bəyannaməsini 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Eyni zamanda notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.
2018-ci ilin 4-cü rübünə görə sığortaedənlər tərəfindən, məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat və işsizlik sığortası üzrə rüblük hesabat da 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2018-ci ilin dekabr ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin yanvar ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Həmçinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi və gəlir, mənfəət vergisi ödəyiciləri tərəfindən 2018-ci ilin 4-cü rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin yanvar ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!