UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 18-02-2019, 07:47
Mirzə Ələkbər Sabir Fondu yeni layihəsini təqdim edib

Fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Mirzə Ələkbər Sabir Fondunun “ART-Motiv” adlı yeni layihəsinin təqdimatı olub.
Tədbiri filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov açaraq layihə barədə fikirlərini bölüşüb. Bildirib ki, müasir dünyanın dəyişən tələblərinə uyğun oxu vərdişləri, münasibətlər sistemi yaranır və insanların bir-biri ilə ünsiyyət, kommunikasiya qaydaları müəyyənləşir. Zamanın tələblərinə uyğunlaşmağın özünü zaman tələb edir.
Professor qeyd edib ki, bu baxımdan tədbirin mahiyyəti bir az fərqlidir. “Çünki tədbirdə sözün, səsin, fikrin, düşüncənin vəhdətini görəcəyik. Layihənin mahiyyətində insan olmaq məsələsi, ətrafdakıları dərk etmək, dərk etdiklərini anlamaq və onu qarşı tərəfə ötürmək dayanır. Sabir Fondunun rəhbəri Sevda Tahirli layihədə dünya dörd görkəmli şəxsiyyətindən epizodlar gətirərək dünyaya bir qapı açıb. Nümayiş olunacaq videoçarxda Antuan de Sent Ekzüperinin “Dua”, Qabriel Qarsia Markesin “Vida məktubu”, Mahatma Qandinin “Dua”, Avraam Linkolnun oğlunun müəlliminə məktubundan epizod olacaq. Bu süjetdə ləyaqət, inam, etibar, insana və ətraf mühitə qiymət var”, - deyə Buludxan Xəlilov bildirib.
Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib. S.Tahirli təqdimatı keçirilən layihənin dünya ədəbiyyatının motivasiyaedici nümunələrini daha yaxından tanıtmaq və sevdirməklə yanaşı, yaş həddi olmadan hər kəsin, xüsusilə, formalaşmaqda olan gənclərin mənəvi dünyasının daha da zənginləşməsi üçün nəzərdə tutulduğunu söyləyib.
Qeyd edib ki, layihədə məqsəd yeni texnoloji imkanların və effektlərin qazandırdığı üstünlüklərdən yararlanaraq təqdim olunan nümunələrin təsir gücünü bir qədər də artırmaqla cəmiyyətin hər bir üzvünün həyata baxışlarının daha aydın, keyfiyyətli, cəmiyyətin və dövlətimizin maraqlarına uyğun olaraq daha pozitiv notlarda köklənərək ən doğru istiqamətə yönəlməsinə kömək etməkdir.
Sonra “ART-Motiv” adlı videoçarx nümayiş olunub.
Tədbir layihə barədə müzakirələrlə davam edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!