Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        “Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                       
Tarix : 25-11-2019, 11:46
Ramiz Mehdiyev bu şəxsi komissiyanın sədri təyin etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının strukturu və kadr təminatının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.
AMEA-dan bildirilib ki, Akademiya qarşısında duran vəzifələrin həlli AMEA Rəyasət Heyəti aparatının fəaliyyətindən bilavasitə asılıdır. Bu baxımdan bir sıra təhlillər aparılıb və bunun əsasında işçilərin seçilməsi və yerləşdirilməsi, müxtəlif struktur bölmələrin və əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev yeni sərəncam imzalayıb.
Akademik Ramiz Mehdiyevin imzaladığı sərəncama əsasən, AMEA Rəyasət Heyəti aparatının strukturunun və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə komissiya yaradılıb. Komissiyanın sədri AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov təyin olunub. Tərkibə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri, aparatın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və aparatın Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev daxil edilib.
Qeyd edək ki, komissiya AMEA Rəyasət Heyəti aparatının yeni strukturunu, “Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturası”nın yeni layihəsini və geniş elmi dünyagörüşə, hərtərəfli biliyə malik, məsuliyyətli və işgüzar mütəxəssislərin obyektiv meyarlar əsasında seçimini təmin etmək məqsədilə təkliflər hazırlayıb AMEA-nın prezidentinə təqdim edəcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!