Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
Tarix : 4-04-2020, 09:47
Çıxmayan candan ümid kəsilməz

Yaşadığımız həyatda bu sualı ömrümüzdə bir dəfə olsa belə özümüzə
vermişikmi?
Məncə, çox az insan var ki, bu haqda düşünsün və ya götür –qoy etsin.Ya da
konkret düşüncəylə düşünüb insanın ən ali varlıq olduğunu söyləyə bilərik. Mənsə
bir psixoloq kimi işin mənəvi, psixi yönündən araşdırmağı nəzərdə tutaraq bu sual
üzərində düşünməyə dəvət edərdim sizi.
Deyərdim ki, insan istər fiziki, istərsə də psixi cəhətdən ən
güclü, dözümlü, cəfakeş varlıqdır. Çünki insan hələ yarandığı ilk gündən kiçik və ya
böyük də olsa bir sıra problemlərlə qarşı –qarşıya qalmışdır.nVə bu problemlərin
həllinə müvəffəq olmuşdur..Çünki insanın yaradılışında bu vardır. Allahın da
bizlərə buyurduğu kimi “İnsan yaradılmış varlıqların içərisində ən ali olanı, ən
üstünüdür.” Və bizim gücümüz buna qadirdir.
İndiyə qədər ki problemlərimizin içində bir çox diqqətəlayiq olanları
var. Onlar bu və ya digər yoldan olsa da istər maddiyyatla, istərsə də
mənəviyyatla bağlı olub. Çünki insan fiziki və pisixi şəxsdir.
Zaman – zaman insanlıq ya aclıqla, ya susuzluqla, ya təbii fəlakətlərlə, ya süni
şəkildə yaradılmış problemlərlə- müharibə, xəstəliklər(psixi və ya fiziki və s.)
mübarizə aparmışdır. Düçar olduqları problemlərin öhdəsindən isə bu və ya digər
şəkildə gəlmişdir. Və bu sınaqlardan dəfələrlə üzü ağ çıxan insan zamanla təcrübə
qazanmış, müdrikləşmiş və püxtələşmişdir. İllərin sınağından çıxan, dünyagörüşünü
daima formalaşdıran insan ən vacib bir problemlə tarix boyu hər zaman üz-üzə
gəlmişdir – canını, sağlamlığını qorumaq!
Lap qədim dövrlərdə insan canını istər yırtıcılardan, istərsə də bir –birindən
qorumaq məcburiyyətində qalmışdır. Zaman keçdikcə, dövr daha da müasirləşməyə
doğru getdikcə bu amillər də daha da çoxalmağa və mürəkkəbləşməyə doğru
getmişdir. Yeni –yeni xəstəliklər, viruslar meydana gəlməyə başladı və insanları
canı ilə təhdit etməyə niyyətləndi. Elm və texnikanın inkişaf etmədiyi dövrlərdə hər
kiçik bir problem həll olunmaz bir mövqedə dayanırdı. Zamanla elm inkişaf
etdikcə, texnikalar formalaşdıqca, insanlar problemlərin qarşısında çarəsiz və köməksiz olmadıqlarını gördükcə daha bir şövqlə inkişafa, təkmilləşməyə doğru
inamla addımladı. Və nəticəsiz də qalmadı. Bütün bu cəhdlər gələcəkdə böyük
təcrübələr olaraq geri qayıtdı. Sonralar yaranan problemlərin həllinə öz
misilsiz töhfəsini verdi.
Bütün bu yaşanmış dəhşətli, insanlıq üçün ən böyük təhlükə, təhdid olan can
qorxusunun güclü bir şəkildə geri dönməsini qəbul etmək çox acıdır. Bəs biz buna
hazır idikmi? - əlbəttə ki, yox.
Böyük bir sirlə həyatımıza daxil olan bu bəla məhz hər kəsin dilində
olan, gündəmdən düşməyən COVİD – 19-dur. Dünya bu xəstəliyi necə qəbul
edir və bu mübarizədə hansı addımlar atılır?
Qeyd etmək istərdim ki, bu yöndə çox şaxəli, daha güclü işlər yerinə yetirilir. İstər
bütün başqa dövlətlər, istərsə də bizim dövlətimiz əhalisinin yaranmış
vəziyyətdən ən az zərər çəkmiş olaraq xilas olmasını arzulayır və bu səpgidə işlər
aparılır. İnanırıq ki, dövlətimiz yaranmış krizi daha məqsədə uyğun şəkildə idarə
edəcək və insanlar süni şəkildə yaranmış panikaya, stressə düçar olmayacaqlar.
Biz özümüz də bu virusla mübarizədə özümüzə, dövlətimizə yardım etməli və
məsuliyyətli olmalıyıq. Bu xəstəliyə qalib gəlmək üçün bizdən tələb olunan isə çox
sadədir: şəxsi gigiyena qaydalarına əməl etmək, özümüzü sosial cəhətdən təcrid
etmək, yaradılmış karantin rejiminə bacardığımız qədər uyğunlaşmaq. Bu tələblər
bizim sağlamlığımız üçündür. Özümüzün və yaxınlarımızın təhlükə mənbəyinə
çevrilməməkçün “EVDƏ QAL” şüarına qoşulmalı və təbliğ etməliyik.
Məcburiyyətdən və ya hər hansı bir ciddi səbəbdən dolayı evdən çıxsaq belə
bizə bildirilən qaydalara əməl edərək davranmalıyıq. Dərk etməliyik ki, bu,
bizim, doğmalarımızın və ətrafımızdakı insanların sağlamlığı üçündür və şərtsiz
əməl edilməlidir.
Bu xəstəlikdən, ümidsiz düşüncələrdən xilas olmağın yolu isə bizim
əlimizdədir. Və bir problemin və xəstəliyinki həlli bizim əlimizdədir niyə və nədən
qorxuruq? Buna ehtiyac varmı? – Əlbəttə ki, yox.
Tək bu xəstəliklə bağlı olmasa da, bu günə qədər müşahidə etdiyim bir neçə tip
insanlardan söz açmaq istərdim. Kimi çox laqeyddir ("mənə keçməz", "belə bir virus yoxdur" və s kimi düşünür.) kimi də çox həssasdır (hər an qorxu, panika, həyəcan, dəhşət) içərisindədir. Qeyd edim ki, heç biri düzgün davranış
deyil. Nə çox qorxu, panikaya düşməli, nə də laqeyd olmalıyıq. Hər şey
qədərində gözəldir. Bütün bunlara son qoymalı və sakit, ağılla düzgün olanı
özümüzə aşılamalıyıq.
Sosial təcrid heç də həyatın sonu deyil. Həyat bu və ya digər şəkildə evdə də
davam edir. Əsas hədəf o olmalıdır ki,vyaranmış vəziyyəti düzgün şəkildə
qiymətləndirək və maksimum dərəcədə öz xeyrimizə dəyişək. Həyatı
yaşana biləcək vəziyyətə salmaq, psixikamızı sağlam və gümrah saxlamaq isə öz
əlimizdədir və bu, heç də çətin deyil. Baş verənləri çətin qəbul etməyimiz isə
psixikamızla bağlıdır. Ona görə də ilk öncə psixikamızı dəyişməli və yalnış
düşüncə və davranışlardan çəkinməliyik.
Başlanğıc üçün bu vəziyyətin daimi olmayacağını, qorxuya, panikaya gərək
olmayan bir vəziyyətin içərisində olduğumuzu qəbul etməli və dərk etməliyik. Bir
şeyi unutmamalıyıq- ölüm haqqdır və bir gün hamımız bu və ya digər səbəbdən
öləcəyik. Bunun üçün stressə düşməyə ehtiyac yoxdur. Bizə verilən bu həyatı
maksimum şəkildə dəyərləndirməli, ən gözəl şəkildə yaşamalı, çətinliyə, gərginliyə
yol verməməli və məqsədimiz üçün əlimizdən gələni etməliyik. Həyatdan zövq
almaq öz əlimizdədir. Bu, heç də çətin deyil. Şəraitimizdən, imkanlarımızdan asılı
olmayaraq həyatımızı zənginləşdirmək əlçatmaz, reallaşmayan arzu deyil. Gəlin,
heç nəyi özümüz üçün çətinləşdirməyək. Əksinə sadələşdirək, asanlaşdıraq. Pozitiv
şeyləri çoxaldaq, sevgini, hörməti, qayğını itirməyək, ən yüksək həddə çatdıraq. Belə
vəziyyətimizdə sevdiklərimizə onları nə qədər çox sevdiyimizi dayanmadan,
bacardığımız qədər çox xatırladaq. Bir –birimizi incitməyək, kiçik də olsa jestlər
edək, sevdiyimiz məşğuliyyətlərimizdə bir –birimizin yanında olaq.(Karantin
rejimi xoşagəlməz səslənsə də uzun müddətdir arzuladığımız, edə bilmədiyimiz
üçün gileyləndiyimiz bir çox məqamları fürsətə çevrildi. Məsələn, ailəmizlə bol-
bol zaman keçirmək kimi şəraiti yarandı. Biz bu vəziyyəti ola bildiyi qədər
yüksək dəyərləndirməliyik). Burada məqsəd daha çox bir yerdə nəsə
etmək, dərdi, kədəri paylaşdığımız kimi sevgimizi, xoş anlarımızı da paylaşmaqdır. Beləcə bizə stimul, güc verən gözəl, sevgi dolu xatirələrimiz daha
çox olar.
Unutmayaq ki, bizi həyatda tutan sevgidir. Nə qədər problemlər, çətinliklər
olsa belə heç biri sevgisizlik qədər güclü deyil. Çünki insanın mayasında var
sevgi. Allah bizi sevgiylə yaratmış və qəlbimizə bu hissi bəxş etmişdir. Onu
qorumaq isə bizə düşən ən çətin missiyadır və bunun üçün əlimizdən gələni
etməliyik.
Qəribədir, maddiyyatla alınmayan duyğular, hisslər, düşüncələr bütün
xəstəliklərin dərmanı, çarəsidir və elə etməliyik ki, bunlar
qəlbimizə, ruhumuza, mənliyimizə bürünməli və bizi bir zireh kimi
qorumalıdır. Çoxlarına məlumdur ki, bütün mübarizələrdə xoş əhval – ruhiyyə əsas
vacib şərtdir. Ona görə də əhvalımızı yüksək tutmalı və heç bir mənfi düşüncələrə
yol verməməliyik.
Daha sonra isə özümüzə sevdiyimiz məşğuliyyət yaratmalı və məşğul
olmalıyıq. Bəlkə də, heç özümüzün də fərqində olmadığımız
maraqlarımız, xobbilərimiz də var. Bunları araşdırmalı, özümüzün üzərində
işləməli, özümüzə qulaq verməli və özümüzü tanımalıyıq. "Kim və nə üçün?" Bu
həyatda olduğumuzu düşünməli, məqsəd və missiyamızın nə olduğunu dərk etməli
və hədəfimiz uğrunda çalışmalıyıq. Unutmayaq ki məqsədlərimiz, missiyalarımız
fərqli olsa da əsas hədəfimiz birdir – həyatda qalmaq!
Bu mübarizədə ən gözəl örnək dinimizdir. Belə ki, dini inanclarımız da bizə
güc, dayaq olacaq. Hər zaman Allaha dua, səcdə etməli və yardım, şəfa
diləməliyik. Allahdan ümid kəsilməz. Dərdi verən Allah dərmanını da
verəcəkdir, inşallah.Xalq arasında belə də deyirlər: “Çıxmayan candan ümid
kəsilməz”. Allah hamımızı qorusun, inşallah.
Və sonda belə bir vəziyyətdə tövsiyə edərdim ki, mənfi
düşüncələrdən, xəbərlərdən uzaq olaq. Ancaq
ehtiyatı əldən verməmək üçün vaxt aşırı olsa da vəziyyətlə maraqlanmalı və
qəbul edilmiş qərarları həyatımıza tətbiq etməliyik. Qorxu və həyəcana yol vermədən sevgi, xoşbəxtlik, sağlam ruh və bədən arzusu ilə ...Bu mövzuya bir daha
qayıtmamaq ümidilə

Könül Qocayeva,
Psixoloq


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!