İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı .....                        Özünü güllələyən sabiq baş pediatr ötən gün işdə olub .....                        Ukraynalı deputatlardan Nobel Komitəsinə müraciət: Vardanyanın namizədliyi rədd olunsun! .....                        2026-cı ilədək Şərqi Zəngəzura 40 min nəfər köçürüləcək .....                       
Tarix : 14-04-2020, 11:47
Həqiqətən, empatiya qura bilirik, yoxsa belə düşünürük?

Xüsusilə son illərdə, demək olar ki, uşaqdan böyüyə hər kəsin istifadə etdiyi bir sözə çevrilən empatiyanın həyatımızda rolu olduqca böyükdür. Bəs, görəsən, empatiyanın həqiqi mənasına və təsirlərinə nə qədər bələdik? Hər birimizin zaman-zaman duyğu və hisslərimizdən dolayı yaşadığımız çətinliklər vardır. Halbuki, sonra düşündükdə həmin duyğu və hisslərimizin bizi yanlış yönləndirdiyini və nəticələrinin də bizim üçün xoş olmadığını görürük. Bəzilərimiz ilk dəfədən bunun fərqinə vara bilirik, digərlərimiz isə dəfələrlə belə situasiyalara düşsək belə, fərqinə varmırıq və bu vəziyyəti dəyişməyə çalışmırıq. Ümumiyyətlə onu deyə bilərik ki, qaşılaşdığımız situasiyalarda duyğu və hisslərimizdən qaynaqlanan vəziyyətlərin bizim, eyni zamanda ətrafımızdakı insanların həyatlarına böyük təsiri var.
Empatiya-özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığıdır. Əksəriyyətimiz bu sözün mənasını bilsək belə, onu həyatlarımıza düzgün tətbiq edə bilmirik. Empatiya əsasən iki yerə ayrılır.
1) Hissi empatiya
Eyni zamanda “duyğu empatiyası” da deyilir. Bu empatiya növü əsasən insanları yaxşı başa düşməyə, hər hansı mövzuda onların hansı hiss-həyəcanı keçirdiklərini anlama qabiliyyətidir. Məsələn narahatlıq empatiyası. Belə empatiya növü hətta kiçik yaşlı uşaqlarda da özünü göstərir. Qarşısındakı insan ağladıqda uşaq həmin şəxslə birgə ağlaya, onu qucaqlaya və ya buna bənzər hərəkətlər nümayiş etdirə bilər.
2) İdrak empatiyası
Bu empatiya forması əsasən başqalarının hərəkətlərini nöqteyi nəzərdən və mənəvi baxımdan anlama formasıdır. İdrak, təfəkkür empatiya formasının özünün müxtəlif formaları mövcuddur. Məsələn bu empatiya növünə sahib insanlar başqalarını psixoloji tərəfdən anlaya bilir, bir digər qrup insan isə yaratdığı xarakterlərlə təsəvvür formalaşdırmağa meyllidir.
Həqiqətən, empatiya qura bilirik, yoxsa sadəcə belə düşünürük?
Bir çoxumuz empatiya qurma bacarığımızın olduğunu iddia edirik. Hətta ətrafımızdakı canlılarla münasibətdə də bunu tətbiq etdiyimizi düşünürük. Görəsən, həqiqətən də, belədir? Ilk növbədə bilməli olduğumuz əsas amil empatiya qurmağın qarşı tərəfə haqq verməklə əlaqəli olmadığıdır. Bir çoxumuz “empatiya qurdum amma yenə də haqsızdı”, “empatiya qurdum amma yenə də mən haqlıyam” kimi cümlələr qururuq. Əslində isə bu yanlışdır. Çünki empatiya qurmaq qarşı tərəfə haqq vermək deyil. Empatiya qurmaq üçün həmin insanın olduğu situasiyanı yenə həmin insanın duyğu, hiss və düşüncələri ilə qiymətləndirmək gərəkdir. Bir çoxumuz empatiya qurarkən özümüzü qarşı tərəfin yerinə qoymağa çalışırıq. Ardınca isə həmin vəziyyəti öz düşüncə, dünyagörüşü və iradəmizə uyğun şəkildə dəyərləndirməyə başlayırıq. Sonda isə “Mən onun yerində olsa idim belə etməzdim” deyib yekunlaşdırırıq. Əsas yanlış isə məhz buradadır. Çünki bizdən tələb olunan əsas tələb olunan həmin stuasiyada öz yanaşmamızı irəli sürmək deyil, həmin insanın yanaşmasını anlamağa çalışmaqdır. Bu zaman aşağıdakı suallarla yola çıxmaq və cavab axtarmaq daha məqsdəuyğundur.
1) Görəsən, o özünü bu cür vəziyyətdə necə hiss edir?
2) Belə hiss etməsi üçün hansı əsasları var?
3) Yaranmış vəziyyətin nəticələrini necə təhlil edir və s...
Eyni zamanda empatiya qurmaq üçün səbəb axtaran, ilk addımı qarşı tərəfdən gözləyənlərimiz də var. Unutmaq olmaz ki, empatiya hissini qarşılıq üçün tətbiq etmək düzgün deyil. Öncə özümüzü sorğulamalı, həmin insana qarşı öz yanaşmamıza diqqət etməliyik. Məsələn təsəvvür edək ki, soyuqdan üşüyən bir pişik görürük və onunla empatiya qurmaq üçün səbəb axtarırıq və ya qarşılıq gözləyrik. Bu zaman necə bir qarşılıq gözləmək olar ki? Ya da bir qarşılıq gözləmək nə qədər düzgün olar?
Bundan başqa empatiya qura bilməyən insanları əsas 2 qrupda fərqləndirə bilərik. Birinci qrupda narsist-özlərinə vurğun, ətrafdakıların duğularını önəmsəməyən insanları , ikinci qrupa isə empatiya hissi heç aşılanmamış, belə mühitdə yaşamamış insanları misal göstərə bilərik.
Yüksək empatiya hissinin bizə zərərləri nələrdir?
Hər şey kimi empatiya hissi də müəyyən bir balansda olduğu müddətdə faydalı qəbul olunur.Yüksək empatiya hissi çox zaman mərhəmət, vicdan əzabı ilə əlaqədar yaranan və həyatımıza mənfi təsir edən vəziyyətlər doğura bilir. Bir çoxlarımız tez-tez “ Mənim yerimdə kim olsa belə edərdi”, “ Bununla nə itirəcəm ki?” düşüncələri ilə çıxış edir, daim ətrafdakıların bizdən nəsə gözlədiyini düşünürük. Çox zaman sorğu-sual etmədən bizə yönləndirilmiş istəkləri qəbul edirik. Hətta “Mən “yox” deyə bilmirəm” söyləyənlərimiz də az deyil. Belə olduğu təqdirdə qarşı tərəfədə bizə qarşı davamlı gözlənti yaratmış oluruq. Bəzən bizim empatiya qurmaq istəyimiz qarşı tərəfin bizim xoş niyyətimizdən istifadə etməsinə də gətirib çıxara bilir. Bir müddətdən sonra mərhəmət, vicdan əzabı kimi hisslərlə empatiyanı qarışıq salırıq. Artıq bu vəziyyətin, düşüncənin, duyğularımızın həyatımıza mənfi təsirlərini gördükdə isə depresiya, narahatlıq və s... kimi hallar yaşayır, nə edəcəyimizi bilmirik.
Bu zaman bizdən tələb edilən yüksək empatiya hissinə qarşı qoymaq, vicdan əzabı və mərhəmət hissləri ilə deyil, məsələyə daha məntiqlə yanaşmaq olur. Ilk baxışda asan görülən bu mərhələ bəzən çox çətin ola bilir. İşə bir siyahı tərtib edib, yaşadığımız belə halları və nəticələrini ora qeyd etməklə başlaya bilərik. Sonra o siyahıda bizi narahat edən vəziyyətlərin tez-tez təkrarlandığını gördükdə isə bir müddət qarşılıq vermədən, neytral mövqe tutmalıyıq. Belə olduqda tədricən qarşı tərəfin bizdən gözləntiləri azalacaq. Diqqət etməli olduğumuz əsas məqam vicdan əzabı hissinin yanaşmamıza təsir etməməsidir.
Son olaraq qeyd etməliyik ki, sosial varlıq olan insanın həyatında empatiyanın əhəmiyyəti böyükdür. Yaşadığımız cəmiyyətdə isə insanların bunun fərqində olması xüsusilə gözəldir. Gəlin, çalışaq , bildiklərimizi həyatımıza və ətrafımıza düzgün tətbiq edək.

Sənubər Nəzərova,
APU-nun Məktəbəqədər təhsil korreksiyaedici təlim, sosial- psixoloji xidmət fakültəsinin dördüncü kurs tələbəsi


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!