Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 2-10-2015, 15:51
AZAL-ın özəlləşdirilməsi təklifinə rəsmi cavab


"AZAL "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin özəlləşdirilməyə çıxarılması, özəl hava şirkətlərinin yaradılması o qədər də uğurlu variant deyil".

Butov.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin beş komitəsinin 2016-cı ilin dövlət büdcəsinə zərfinə həsr olunmuş birgə iclasında maliyyə naziri Samir Şərifov millət vəkili Zahid Orucun AZAL-ın özəlləşdirilməsi ilə bağlı təklifinə münasibətini bildirərkən qeyd edib.

Qeyd edək ki, Z. Oruc çıxışnda AZAL-ın özəlləşdirilməsinin, yerli özəl hava şirkətlərinin yaradılmasının zamanı çatdığını söyləyib. "Xeyli vaxtdır ki, AZAL-la, xüsusilə, onun tarif siyasəti ilə bağlı məsələ ətrafında söz-söhbətlər gedir. Hesab edirəm ki, nəhayət, AZAL özəlləşdirilməli, Azərbaycanda özəl hava şirkətləri yaradılmalı, onlara meydan verilməlidir. Yoxsa, bu məsələ ətrafında söz-söhbətlər heç zaman səngiməyəcək"-deyə, Z. Oruc sözlərinə əlavə edib.

S. Şərifov isə öz növbəsində bildirib ki, dünyanın əksər ölkələrində də özəl hava şirkətlərinin yaradılması o qədər uğurlu və effektli yol sayılmır. "Məsələn, ABŞ-ın 3 iri hava şirkəti var ki, onlar tez-tez müflisləşir və dövlət də onları məcburən qorumalı olur. Eyni zamanda, digər bəzi ölkələrdə də özəl hava şirkətlərinin müflisləşmədən qoruması üçün ayrı-ayrı qurumlar vasitəsi ilə subsidiyalar ayrılır. Ona görə də Azərbaycanda AZAL-ın özəlləşdirilməsi, özəl hava şirkətlətinin yaradılması uğurlu variant sayıla bilməz"-deyə, nazir sonda sözlərinə əlavə edib.


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!