ANAMA-dan 7 milyonluq müqavilə .....                        Azərbaycan benzini Ermənistana necə kömək edib? .....                        Dekabrda 894 nəfər COVID19-dan ölüb .....                        Metronun "Memar Əcəmi" stansiyasının bu çıxışı BAĞLANIR .....                        Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə İTTİHAM OLUNUR .....                        Azərbaycanda dövlət qurumlarına 850 kiberhücum olub .....                        Azər Zahidin cinayət işinə xitam verildi .....                        Qarabağ Universitetinin ilk uğuru - FOTO .....                        Almaniyada viza fırıldaqçılığı: Azərbaycanlılar ilk "üçlük"də yer alıb .....                       
Tarix : 7-04-2016, 14:06
Tərtərin cəbhəboyu kəndlərində bərpa işləri aparılır


"Tərtər rayonunun ermənilərin atəşinə məruz qalan cəbhəboyu kəndlərində bərpa işlərinə başlanılıb".

Bunu Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov bildirib.

Onun sözlərinə görə, ermənilərin son bir neçə gündə cəbhə kəndlərini artileriya mərmilərindən şiddətli atəşə tutması nəticəsində yaşayış məntəqələrinə ciddi ziyan dəyib: "Ən çox ziyan rayonun Qapanlı kəndinə dəyib. Kəndin 46 evinə mərmi düşüb, elektrik və qaz təchizatı, su xətləri tamamilə sıradan çıxıb".

İcra başçısı qeyd edib ki, rayonun Qapanlı kəndində infrastrukturu bərpa etmək üçün təmir və yenidənqurma işləri aparılır: "Bundan başqa rayonun Qaradağlı kəndinə ciddi ziyan dəyib. Həmin kənddə təmir və yenidənqurma işləri aparılır. Hazırda əraziyə xeyli sayda texnika və işçi qüvvəsi cəlb edilib".

Qeyd edək ki, son günlər ermənilərin cəbhəboyu ərazilərdə atəşkəsi pozması nəticəsində Tərtər rayonunda ümumilikdə 162 evə ziyan dəyib.



(Report.az)


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!