İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 10-03-2017, 20:05
Bakıda may ayında forum keçiriləcək

Türkiyənin Trabzon şəhərinin Ticarət və Sənətkarlar təşkilatının sədri Ahmet Hamdi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşüb, gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Butov.az xəbər verir ki, Konfederasiyadan "Report"a verilən məlumata görə, görüz zamanı ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycanda 2500-dən çox türk şirkəti uğurla fəaliyyət göstərir: "Bugünədək bir sıra Türkiyə təşkilatı ilə sıx əməkdaşlıq edirik, həm Azərbaycanda, həm də müxtəlif ölkələrdə birgə tədbirlərdə iştirak edir, əməkdaşlıq imkanlarımızı genişləndiririk. Trabzon Ticarət və Sənətkarlar təşkilat ilə əməkdaşlığın genişləndirilməsini məqsədə müvafiq hesab edirəm. Bu istiqamətdə keçirilən birgə görüşlərin və biznes forumların təşkili olduqca əhəmiyyətli olacaq. Bu istiqamətdə təşkil edilən bütün tədbirlərdə Konfederasiya yaxından iştirak edəcək və dəstək göstərəcək".

A.Hamdi rəhbərlik etdiyi təşkilatın azərbaycanlı həmkarları ilə əlaqələrini genişləndirmək niyyətində olduğunu vurğulayıb: "Bu məqsədlə bu ilin may ayında Gürcüstan-Azərbaycan sahəvi ticarət heyətinin Azərbaycana səfəri gözlənilir. Bakıda iki günlük forum keçiriləcək. Trabzondan mütəxəssislərin və investorların həmin foruma gələcək. ASK-dan bu tədbirin təşkil edilməsində müvafiq köməklik göstərilməsini istərdim".

Tədbirdə Trabzon və Azərbaycan sahibkarlarının birgə təcrübə mübadiləsi aparması, Azərbaycan regionlarının potensialının öyrənilməsi və birgə layihələrin icrası, eləcə də investisiya qoyuluşu baxımından əhəmiyyətli olacağı nəzərdə tutulur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!