Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 7-12-2017, 09:40
Uğurlu məşq qələbəyə təminatdır


Azərbaycan əsgərinin döyüş meydanında mübarizələrdə göstərdiyi fədakarlıq, aprel zəfərinə imza atması, sözün əsl mənasında, qəhrəmanlıq dastanıdı. Böyük bir amal uğrunda mübarizə aparan gənclərin komandirlərinə güvənib, silahına sarılıb, biliyinə əsaslanıb ülvi hisslərlə Vətəninin keşiyində dayanması onların Vətən qarşısında əsl övlad haqqıdır. Bu haqq Mübarizin, Samidin, Çingizin... bütün şəhidlərimizin timsalında müqəddəslik mərhələsində yaşadılan yaşam fəlsəfəsidi.

Ömür deyilən zaman kəsimini Vətən üçün məsuliyyətlə yaşayan Azərbaycan əsgəri ona tapşırılan mövqeyi sayıqlıqla qorumağa, düşmənin hər bir tərpənişini müşahidə etməyə və ən nəhayət, torpaqlarımızı düşmən işğalından azad etməyə hazırdı. Bu müqəddəs vəzifənin öhdəsindən bacarıqla gələn "N" hərbi hissəsinin bir qrup şəxsi heyəti də payızın soyuq, küləkli bir günündə təlim meydanında atış və atışın idarə olunması məşqinə qatılıb.

Məşq prosesi zamanı diqqətimi səngərdə dayanıb əlləri ilə qarşı tərəfi göstərən, əsgərlərinə nə isə izah edən bir zabit cəlb edir. Həmin məqamda mənə elə gəlir ki, zabit sinəsini Vətənə səngər bilən Azərbaycan əsgərinə duyğulu düşüncələrini çatdırır: "Çoxdandı o dağlara, əzəli yurdlarımıza - Xankəndinə, Şuşaya, Laçına, Kəlbəcərə, Xocalıya... gedib-gələ bilmirik. Vüqarımız, qürurumuz, baş tacımız, qeyrət qalamız olan o uca dağlar bizi səbirsizliklə gözləyir. Biz bu torpaqları geri qaytara bilməsək, babalarımızın ruhu bizi bağışlamaz. Ona görə də son damla qanımıza qədər döyüşməli və torpaqlarımızı azad etməliyik. Xalqımızın bizə inamı, güvəni sonsuzdur və borcumuz bu inamı, etibarı doğrultmaqdır. Torpaqlarımızın müdafiəsi naminə qələbəyə qədər döyüşəcək, Ağdam, Xankəndi, Şuşa, Laçın, Füzuli və işğal altında olan digər torpaqlarımızı da erməni işğalçılarından azad edəcəyik!".

- Gördüyünüz kimi, bölmələrimizin şəxsi heyəti məşq prosesinə cəlb olunaraq hər bir vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır, - deyə zabit Natiq Musayev bildirir. - Ön xətdəki bölmələrimiz həmişəki kimi döyüş növbəsi aparır. Ehtiyatda olan bölmələrimiz isə döyüş dərslərinə cəlb olunub, ixtisas bacarıqlarını artırır. Yəni, bizim üçün vərdiş etdiyimiz adi günlərdən biridir. Ancaq adi dediyimiz bu məşqlərin əhəmiyyəti böyükdür. Çünki əsgər həm döyüş, həm də mənəvi-psixoloji cəhətdən hazırlıqlı olmalıdır. Yüksək vərdişlərin təməli isə təbii olaraq məşq və təlimlərdə qoyulur.

Əsgər Yusif Abbasov söhbətə qoşularaq bildirir ki, məşq prosesində əsas iş ərazinin kəşfiyyatını aparmaqdır. O, hesab edir ki, düşmənlə mübarizədə döyüşlərin uğurlu keçirilməsi, yüksək səviyyədə, davamlı, vaxtında keçirilən və məlumatları dəqiq olan kəşfiyyatdan asılıdır.

- Kəşfiyyatçının vəzifəsinə düşmənin yerləşdiyi mövqenin, döyüş sursatlarının, mümkün ərazidəki texnikalarının mükəmməl döyüş vərdişlərinə yiyələnməsi, yerləşən qurğularının real vəziyyəti, düşmənin mövqelərinə yaxınlaşmaq üçün yol və keçidlərin müəyyənləşdirilməsi aiddir, - deyə əsgər Yusif Abbasov söhbətinə davam edir. - Başa düşürük ki, müharibə şəraitindəyik. Hələ ki, müharibə başa çatmayıb, bu müharibə torpaqlarımız işğaldan azad ediləndən sonra başa çatacaq. Ona görə də döyüş zamanı düşmənin yerləşdiyi ərazinin kəşfiyyatını aparmaq, əsgərlərimizin qələbəsinə vəsilə olmaq məqsədini daşıyır. Bu baxımdan bugünkü təlim-məşq prosesini Qələbəyə doğru atılan bir addım hesab edirəm və bu işdə az da olsa zəhmətim olduğuna görə özümü xoşbəxt sanıram.
Söhbətə qoşulan əsgər Kənan Əliyev isə bildirir ki, hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə məhəbbət hissi yaşayır. "Sərhəddən başlayan Vətən sevgisi məndən, səndən bütün Azərbaycana yayılır. Ona görə də Vətənimizin hər qarışı bizim üçün əzizdir. Məşq prosesi zamanı düşmənlə aramızda olan məsafəni ölçərkən bir hiss məni rahat buraxmır - axı göz oxşadıqca nəzər yetirdiyim torpaqlar da xalqımıza məxsusdur. Düşmən sərhədlərimizi parçalasa da, ürəyimizi, beynimizi, əyilməz ruhumuzu parçalaya bilmədi. Ona görə əminliklə deyirəm, Azərbaycan Ordusu varsa, deməli, Azərbaycan torpaqları mütləq işğaldan azad olunacaq və yurdumuzun hər qarışında üçrəngli bayrağımız dalğalanacaqdır.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
Foto Coşqun CƏFƏROVUNDUR


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!