Əhərli dostumuzu təbrik edirik! .....                        Bu gün ilaxır çərşənbəsidir .....                        Azay Quliyev ATƏT PA-da görüşlər keçirdi .....                        Ərdoğanla Putin arasında telefon danışığı baş tutub .....                        Güləşçilərimiz “Çempionlar” turnirini 10 medalla başa vurdu .....                        Mömünə Xatun türbəsiylə bağlı yayılan məlumata aydınlıq gətirildi .....                        Putin Bakıdan nə qədər səs topladı? - Açıqlama .....                        Tehranlı soydaşımız mükafatlandırıldı .....                        Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir - Stoltenberq .....                       
Tarix : 16-01-2019, 15:00
Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə protokol imzaladı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri Azərbaycanda rəsmi səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 16-da hər iki ölkənin nümayəndə heyətinin görüşü keçirilib.
Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi təşkil olunub. Qonaq fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-leytenant M.Baqeri “Şərəf kitabı”nı imzalayıb.
Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov İranın Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar bir daha başsağlığı verib.
General-leytenant M.Baqerinin Azərbaycana səfərini iki ölkə arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirən general-polkovnik Z.Həsənov bu münasibətlərdə qarşılıqlı etimadın yaradılması və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə ciddi təhdid olaraq qaldığını qonağın diqqətinə çatdırıb. Nazir, həmçinin münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması istiqamətində səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.
İki xalq arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, dövlətlərimizin bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə də əməkdaşlığı üçün geniş potensialın olduğunu deyən general-leytenant M.Baqeri İranın ölkəmizin ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini, eyni zamanda ölkəsi tərəfindən Azərbaycana hərtərəfli dəstək veriləcəyini xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan və İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, terrorizmlə mübarizə, regional təhlükəsizlik, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Yekunda tərəflər arasında görüşün protokolu imzalanıb.


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!