Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                        Tofiq Yaqublunun oğlu veteran vəsiqəsi aldı - FOTO .....                        Sabiq nazirin oğlu dindirildi .....                        Dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqləndi .....                        İcra başçısının qardaşı oğluna hökm oxundu .....                        Avtobusların rənglərinə dair tələb müəyyənləşdi .....                        Latviyanın XİN başçısı istefa verəcəyini açıqladı .....                        Paytaxtda ucuz avtomobillər bu tarixdə satışa çıxarılacaq .....                       
Tarix : 13-02-2019, 12:45
General Əməkdar jurnalistə mayor rütbəsi verdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yaranmasının yeddinci il dönümü münasibəti ilə Dövlət Xidmətinin bir qrup əməkdaşına hərbi rütbə verib.
Onlar arasında Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, əməkdar jurnalist Füzuli İsmayılov da var.
F.İsmayılova mayor rütbəsi verilib.
Qeyd edək ki, F.İsmayılov 1975-ci ildə Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. Elə həmin il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə başa vurub. Həmçinin Bakı Dövlət Universiteti hüquq fakültəsinin məzunudur.
Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2005-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix üzrə fəlsəfə doktorudur.
1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ilin may-iyul aylarında Azərbaycan Müəllimlər İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.
2005-ci ildən 2014-cü ilə qədər İctima Televiziyada müxtəlif vəzifələrdə işləyib. 2014-cü ildən 2018-ci ilin oktyabr ayına qədər Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəsi müavini vəzifəsində çalışıb. 2018-ci ilin noyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.
F.İsmayılov 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilib və 2017-ci ildə əməkdar jurnalist fəxri adına layiq görülüb.
Ailəlidir, 1 qızı və 2 oğlu var.


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!