Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
21-06-2023, 19:32
Azərbaycan və Türkiyə “Alpan-2023” təliminə start verdi


Azərbaycan və Türkiyə “Alpan-2023” təliminə start verdi

Təsdiq olunmuş plana əsasən Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Alpan-2023" birgə təlimi keçirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra ediblər. Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır.

10-06-2023, 11:04
Zakir Həsənov təxribatların qarşısını almaqla bağlı göstərişlər verdi


Zakir Həsənov təxribatların qarşısını almaqla bağlı göstərişlər verdi

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib. Bu barədə Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə keçirilən komanda-qərargah təlimi ilə bağlı yaydığı məlumatda bildirilib. Yekun iclasında təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb. Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib. Döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.
1-06-2023, 11:54
Zakir Həsənov təhlükəsizlik istiqamətindəki tədbirlərdən danışdı


Zakir Həsənov təhlükəsizlik istiqamətindəki tədbirlərdən danışdı

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışında Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən, özlərini “parlament”, “prezident”, “nazir”, “deputat” adlandıran ünsürlər barədə səsləndirdiyi fikirləri və onlara tətbiq oluna biləcək amnistiya şərtlərini bir daha toplanış iştirakçılarının diqqətinə çatdırıb. Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ilə iyunun 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təlim-metodiki toplanışla bağlı rəhbər heyətin məruzələrini dinləyərkən deyib. Müzəffər Ali Baş Komandanın Qarabağ iqtisadi zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı çıxışlarından irəli gələn, Azərbaycan Ordusunun qarşısında duran tapşırıqların qısa zamanda yerinə yetirilməsinin zəruriliyi qeyd edilib. Dövlətimizin başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan müdafiə naziri bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi Orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcək.
26-05-2023, 09:57
Snayperlərdən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirildi


Snayperlərdən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirildi

Quru Qoşunlarının 2023-cü il üzrə hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər. Təlim sahəsində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən peşəkarlıqla icra olunub. Keçirilən təlim atış çalışmalarının əsas məqsədi düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin dəqiq atəşlə məhvetmə qabiliyyətinin artırılmasıdır.
23-05-2023, 17:42
Hərbi xidmətə daxilolmayla bağlı yeni qərar


Hərbi xidmətə daxilolmayla bağlı yeni qərar

Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini davam etdirmək üçün seçilmiş hərbi qulluqçularla (kadr zabit heyətinə keçirilmiş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıldıqdan sonra onlar həmin vəzifələrə təyin ediləcəklər. Bununla bağlı Nazirlər Kabinetinin qərarı ilə “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib. Qərara əsasən, həmin qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab ediləcək.
20-05-2023, 13:01
İlham Əliyev hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı


İlham Əliyev hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar. Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.
11-05-2023, 21:19
Su-25 hücum təyyarəsinə quraşdırılan raketin sınaq atışı nümayiş etdirildi


Su-25 hücum təyyarəsinə quraşdırılan raketin sınaq atışı nümayiş etdirildi

“Anadolu Qartalı - 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə modernizasiya nəticəsində Su-25 hücum təyyarəsinə quraşdırılan yeni raketin sınaq atışı nümayiş etdirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Atış zamanı təyin olunan hədəf 25 kilometr məsafədən yüksək dəqiqliklə məhv edilib. Raketin effektivliyi yüksək qiymətləndirilib.

10-05-2023, 20:20
Azərbaycan və Türkiyə pilotları səmada öz bacarıqlarını göstərdi


Azərbaycan və Türkiyə pilotları səmada öz bacarıqlarını göstərdi

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar icra olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları Su-25 hücum və ikiyerli təlim-döyüş F-16 qırıcı təyyarələrində türkiyəli pilotlarla birgə uçuşlar, eləcə də plana uyğun müxtəlif tapşırıqlar yerinə yetiriblər. Təlim uçuşları zamanı pilotlarımızın F-16 tipli təyyarələrin idarə olunması üzrə bilik və bacarıqları, uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb. Təlimdə, həmçinin Türkiyə və xarici ölkələrin fotoqrafları da iştirak ediblər. Fotoqraflar bazalanma aerodromunda təlimdə iştirak edən aviasiya vasitələri, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarələri ilə yaxından tanış olub, təhlükəsizlik qaydalarına riayət etməklə uçuş-enmə zolağında pilotlar tərəfindən yerinə yetirilən tapşırıqları izləyiblər. Sonda təlimdə aviasiya vasitələrinin qısa intervalda nümunəvi uçuşları icra olunub, Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Yıldızları" aviaqrupu müxtəlif manevrlər ediblər.

4-05-2023, 11:00
Sərhədçilərin “Heydər Əliyev zirvəsi”nə yürüşü təşkil olundu


Sərhədçilərin “Heydər Əliyev zirvəsi”nə yürüşü təşkil olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu, Milli Sərhəd Strategiyasının banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının bildirilməsi məqsədilə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunub. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, Xidmətin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları sərt iqlim şəraitində mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxıb, orada Azərbaycanın Dövlət Bayrağını və “Həyatı nəsillərə nümunə olan və xalqın qəlbində əbədi yaşayan Ümummilli Lider Heydər Əliyev – 100 il” sözləri yazılmış barneli ucaltmış, Dövlət Himnini ifa ediblər. Yürüş iştirakçıları zirvədə “Müasir Azərbaycanın memarı və qurucusu, Dövlət Sərhəd Xidmətinin yaradıcısı Dahi Öndər Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaqdır” sözləri əks olunmuş metal lövhəni qaya üzərində bərkidiblər.




24-04-2023, 14:00
Zakir Həsənov gürcü həmkarı ilə saziş imzaladı


Zakir Həsənov gürcü həmkarı ilə saziş imzaladı

Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayan müdafiə naziri bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib. Müdafiə naziri həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verib. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən cənab C.Burçuladze xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu diqqətə çatdırıb. Hər iki dost ölkə arasında münasibətlərin inkişafında mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin, eləcə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Geniş tərkibdə keçirilən görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!