Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
11-03-2023, 15:55
Nazir yeni silahlar və döyüş texnikasıyla bağlı tapşırıq verdi


Nazir yeni silahlar və döyüş texnikasıyla bağlı tapşırıq verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 11-də keçirilən xidməti müşavirədə silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, hərbi qulluqçuların peşəkarlığının və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub. Novruz bayramı günlərində bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətin sayıqlığının daha da artırılması barədə konkret tapşırıqlar verilib.
11-03-2023, 15:33
Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirildi


Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirildi

Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik komandirləri, həmçinin videobağlantı vasitəsilə hərbi birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdırıb. Azərbaycan-Ermənistan şərti dövlət sərhədi boyu və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti ətraflı təhlil edilib. Ordumuzun bölmələri tərəfindən dəfələrlə müşahidə olunan, Ermənistanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində qalan qeyri-qanuni erməni silahlı birləşmələri üçün hərbi daşımaları və canlı qüvvənin rotasiyasını həyata keçirməsinin yolverilməz olduğu bildirilib. Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsi bundan sonra da davam etdirilməlidir. Ordumuz bölgədə süni gərginlik yaratmağa çalışan Ermənistanın ehtimal edilən təhdidlərinə qarşı preventiv tədbirlər görməli və zərurət yarandıqda adekvat cavab verməlidir. Bildirilib ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq üçün qəti zəruri addımlar atacaq. General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib. Hərbi qulluqçuların peşəkarlığının və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğun təşkil edilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub. Novruz bayramı günlərində bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətin sayıqlığının daha da artırılması barədə konkret tapşırıqlar verilib. Daha sonra Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən tədbirlər barədə məruzələr dinlənilib, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstərişlər verilib. Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraiti, həmçinin tibbi təminatı ilə bağlı tələblərini müşavirə iştirakçılarına çatdırıb. Azərbaycan Ordusunda mənəvi-psixoloji vəziyyətin, eləcə də döyüş ruhunun daim yüksək səviyyədə saxlanılmasına dair göstərişlər verən nazir şəxsi heyətə hər zaman diqqət və qayğı ilə yanaşılmasının vacibliyini vurğulayıb. Sonda azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis təminatı tədbirlərinin intensivliyinin artırılması barədə aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
1-03-2023, 16:00
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb


Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
26-02-2023, 13:51
"Ermənilər Xocalıda 13 yaşlı türk uşağını divara mıxlamışdılar"


Xocalı faciəsi sonuncu yüzilliyin insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırımıdır

"Ermənilər Xocalıda 13 yaşlı türk uşağını divara mıxlamışdılar"

Xocalıda soyqırım törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər. Həmin gün Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş bir soyqırım aktı yaşanmışdır: "1992-ci il fevralın 25-dən 26-a keçən gecə Sovet imperiyasının 366-cı alayının köməyi ilə erməni separatçıları Xankəndi ilə Əsgəranın arasında yerləşən Xocalı şəhərində dinc əhalinin üzərinə hücuma keçdilər. Müxtəlif çaplı pulemyotlardan, iri çaplı silahlardan atəş açmaqla günahsız insanları öldürdülər, konkret olaraq soyqırım, genosid, eyni zamanda da etnik təmizləmə siyasəti apardılar.

10.000-nə yaxın əhalisi olan Xocalıda soyqırım zamanı 3813 dinc əhali qətlə yetirilib. 613 nəfərin meyiti tapılıb-bunlardan 63 uşaq, 106 qadın, 70 qoca. Qalanlardan 1200 nəfəri bataqlıqda boğulub. 2000 nəfəri isə xocalı ətrafında tonqallarda yandırıblar. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürülüb. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itiriblər. Məlumata görə, 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb,150 nəfər əsir götürülüb. 68 qadın və 26 uşağın isə taleyi hələ də məlumat yoxdur.

Azərbaycana qarşı ermənilərin apardığı genosid siyasəti Qaradağlı kəndində də öz acı nəticəsini vermişdir. Kənd camaatının demək olar ki, hər on nəfərdən biri həmin genosidin qurbanına çevrilib. İnsanlar diri-diri yandırılıb, güllələnib və girov götürülüb. Onlar insanların gözlərini çıxardıb, günahsız və köməksiz hamilə qadınların bətnindəki uşaqları süngü ilə deşmiş, uşaqların başlarının dərisini soymuşlar. Eyni zamanda girov götürülən insanların orqanlarının transplantasiya olunması kimi böyük cinayətlərə də əl atmışlar. Əslində ermənilər ruslardan istifadə etməklə genosid həyata keçirmişlər. Biz həqiqətləri dünya ictimaiyyətinə çattdırmağa çalışsaq da, bu əksinə baş verir. Fransada qəbul olunmuş söz azadlığını boğmağa yönəlik qərarı xüsusi qeyd etmək istəyirəm. Bu da insanlığa qarşı cinayət törətmiş cinayətkarları demək olar ki, birbaşa dəstəkləməkdir desək, yanılmarıq. Xocalı faciəsinin mahiyyəti, erməni şovinistlərinin, erməni silahlılarının və separatçılarının Azərbaycan əhalisinə qarşı tərətdiyi cinayətlərin və əsl həqiqətlərin ortaya çıxarılmasıdır. Xocalı faciəsi sonuncu yüzilliyin insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırımıdır. Həm də erməni millətçilərinin azəri türklərinə qarşı apardığı şovinist siyasətin dəhşətli nəticəsidir. Tarixə nəzər salsaq, 1905, 1907, 1918 və 1920-ci illərdən başlayaraq həmin illər ərzində, xüsusilə də 1948-ci ildə kütləvi köçürmələr, 1988-89-cu illərdə, daha sonra Topxana meşəsi, Daşaltı əməliyyatı və digər bunun kimi məsələlər konkret olaraq bir günün addımı deyildi. Bizim tarixçilərimiz tarixdə baş verən faciələr, qətliamlar barədə yazır. Amma bunun fəlsəfəsini bizə açıqlamırlar. Bizim nöqsanımızdan biri də budur. Bunu yaradan səbəblər, mahiyyət və istiqamət barədə səlis və dəqiq məlumat verən yoxdur. Deməli, səbəb və məqsəd nədirsə, bunları aydınlaşdırıb ortaya qoya bilmirik. Bizim tarixçilərimiz də, əlbəttə ki, bu istiqamətdə kifayət qədər işlər görmüşlər. Amma onlar ermənilər tərəfindən törədilən vəhşiliklərin, Xocalı soyqırımının tarixi fəlsəfəsini açıq ortaya qoymamışlar. "Böyük Ermənistan" xülyası ilə torpaqlarımızı işğal edənlərin işğalçı siyasətinin mahiyyətini dərk edib vaxtında anlasaydıq bu cür ağır nəticələrlə üzləşməzdik. Yəni bu gün işğal faktı - soyqırım törədilib. Erməni millətçilərin, erməni separatçılarının, başda Ter Petrosyan, Köçəryan və Sarkisyan olmaqla, Dağlıq Qarabağda azərbaycanlılara qarşı xüsusi amansızlıqla qətliamlar, genosid, soyqırım, etniki təmizləmə törədib dinc əhaliyə qarşı odlu silahlardan istifadə ediblər. İnsanlığa yaraşmayan, qəbulolunmaz hərəkətlərə yol veriblər. Bunlar birbaşa həmin hadisələrin təşkilatçıları və həyata keçirənləri olub. Biz bu vandalizm barədə dünya ölkələrinə, dünya birliklərinə, inkişaf etmiş dünya sivilizasiyasına çatdırmalıyıq. Xocalı faciəsi hələ 1980-ci illərdən başlayaraq Ermənistanda erməni milləti tərəfindən azərbaycanlılara qarşı torpaq iddiası və eyni zamanda türklərə qarşı bir aqressiya türklərin öldürülməsi, dinc və əliyalın əhaliyə qarşı güc tətbiq edilməsi ilə başladı. Erməni vandalları Xocalıda bu soyqırım əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyətini güdüb. Həmin gün Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində misli görünməmiş bir soyqırım aktı yaşanıb.
Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirmədən dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdiyi müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: "Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mücadilə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi". Xocalı faciəsinin nəticələri ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz siyasi-hüquqi qiymətini tapdı. Belə ki, Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1994-cü il tarixli iclasında Xocalı soyqırımı (genosidi) günü haqqında qərar qəbul etdi. Qərarın birinci maddəsində göstərilir ki, fevralın 26-ı Xocalı soyqırımı kimi elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlumat verilsin: "Həmçinin Azərbaycan Respublikası Milli Məclisi 24 fevral 1995-ci il tarixli iclasında Xocalı soyqırımı barədə həqiqətlərin dünya xalqlarına və beynəlxalq ictimaiyyətə çatdırılması ilə əlaqədar dünya parlamentlərinə və beynalxalq təşkilatlara müraciət edilməsini qərara aldı.

Xocalı faciəsi erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizlənmə və soyqırım siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə xüsusi incəliklərlə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma, gah canlı və qanlı toqquşmalar şəklini almış, daha da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir.. Azərbaycan diplomatiyası soyqırım haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, yəni bu istiqamətdə dünya ölkələrindəki hansı kı, bu ölkələrdə akrreditasiya olunmuş səfirliklər vasitəsilə faciənin canlı film, disk, xüsusi nəşr olunmuş kitablar vasitəsilə xarici dövlətlərdə müxtəlif dillərdə yayımlamışlar. Son dövrlər göstərir ki, aparıcı dünya dövlətlərinin Azərbaycana qarşı mövqeyi əvvəlkilərə nisbətən tam dəyişib. Bu o deməkdir ki, Azərbaycan dövlətinin diplomatiyasının uğurlu nəticəsi öz bəhrəsini verməkdədir". Ordumuz 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisasını misli ilə aldı, torpaqlarımız işğaldan azad olundu. İndi Şəhidlərimizin ruhu şaddır. Allah Rəhmət eləsin!

Subut Mehdiyev
23-02-2023, 14:12
Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları həyata keçirildi


Hərbi Hava Qüvvələrinin təlim-məşq uçuşları həyata keçirildi

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib. Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

17-02-2023, 07:24
Hərbi qulluqçumuz kursu birinciliklə bitirib

Hərbi qulluqçumuz kursu birinciliklə bitirib

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu kapitan Yaqubov Tural Ağaəli oğlu Türkiyə Respublikasında təşkil olunan kursu birinciliklə bitirib.
Türkiyənin Hava Tədris Komandanlığının məktəblərindən birində keçirilən ingilis dili kursunda Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Ukrayna və Mavritaniyadan olan hərbi qulluqçular iştirak ediblər.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

29-01-2023, 11:49

Həkimlər vaqnerçilərin müalicəsindən imtina etdilər

Həkimlər vaqnerçilərin müalicəsindən imtina etdilər
Luqansk vilayətinin Yubileynoe qəsəbəsindəki hospitala 300-ə yaxın vaqnerçi gətirilib, lakin həkimlər onları müalicə etməkdən imtina ediblər.
Butov.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, gətirilənlərin əksəriyyəti QİÇS, sifilis, vərəm və pnevmoniya olduqları üçün həkimlər onlara tibbi yardım göstərməkdən imtina ediblər.
29-01-2023, 10:34
NATO kursunu bitirən ilk qadın hərbçimiz


NATO kursunu bitirən ilk qadın hərbçimiz

Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Samirə Kərimzadə NATO-nun İtaliyanın paytaxtı Romadakı Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçudur:
Bu barədə Butov.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Ötən il avqustun 16-dan bu il yanvarın 27-dək davam edən kursda təkcə NATO-ya üzv dövlətlərin deyil, həm də alyansın tərəfdaşı olan ölkələrin hərbi qulluqçuları iştirak ediblər. Zabitlərin hazırlanmasına və təliminə yönələn kurs müddətində ölkələrin silahlı qüvvələrinin, mədəniyyətinin, ənənələrinin və milli mətbəxinin təqdimatları da olub.
Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının yüksək səviyyədə olmasının göstəricisidir.
Qeyd edək ki, NATO Müdafiə Kolleci ilə Azərbaycan artıq uzun illərdir əməkdaşlıq edir. Bu kollecdə kurs keçən zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.
3-01-2023, 18:29
Müdafiə naziri döyüş təlimatlarıyla bağlı tapşırıqlar verdi


Müdafiə naziri döyüş təlimatlarıyla bağlı tapşırıqlar verdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib, xidməti-döyüş fəaliyyətinə dair müvafiq göstərişlər verib. Sonra Quru Qoşunlarının idarə heyəti ilə keçirilən xidməti müşavirədə görülən işlərin təhlili aparılıb, döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı göstərişlər verilib. General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Azərbaycan Ordusunun qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə komandir-rəis heyətinin diqqətinə çatdırıb. Müşavirə iştirakçılarına 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.



2-01-2023, 16:47
Zakir Həsənov hərbi hissələrə ziyarət etdi


Zakir Həsənov hərbi hissələrə ziyarət etdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunların tank və artilleriya hərbi hissələrində olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir burada şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə gül dəstələri qoyub.Hərbi hissələrin silahlanmasında olan tank və artilleriya qurğularına baxış keçirilib, döyüş heyətlərinin nəzəri və praktiki bilikləri, habelə döyüş hazırlığı yoxlanılıb. General-polkovnik Z.Həsənov hərbi hissənin simulyasiya mərkəzinin tədris-maddi bazası ilə tanış olub, müvafiq göstərişlər verib. Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) hərbi hissəsinə gəlib. PUA-lara baxış keçirən müdafiə naziri onların texniki vəziyyəti ilə maraqlanıb, heyətlərin hazırlıq səviyyəsini yoxlayıb. Müdafiə naziri ziyarət etdiyi hərbi hissələrin şəxsi heyətinin hazırlığını yüksək qiymətləndirib və döyüş hazırlığında fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib. General-polkovnik Z.Həsənov hərbi hissələrdə yaradılan şəraitlə tanış olub, şəxsi heyətin xidməti və sosial qayğıları ilə maraqlanıb, onlara 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb. Nazir yeni tədris dövründə təlimlərin daha səmərəli keçirilməsi, hərbi qulluqçuların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması ilə bağlı vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!