“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 24-10-2017, 15:01
Dünyanın ən məşhur şahmat ustalarına “Vüqar Həşimov adına mükafat” veriləcək


Şahmat üzrə dünyanın ən nüfuzlu “Tata-Steel Masters”Turnirinin 80-ci Yubiley qarşılaşması zamanı qaliblər məşhur Azərbaycan şahmatçısı Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatı ilə təltif olunacaqlar.

Vüqar Həşimov Şahmat Akademiyasından verilən məlumata görə, turnir 12-28 yanvar 2018-ci ildə Niderlandın Veyk aan Zee şəhərində keçiriləcək.

Hələ 3 il əvvəl V.Həşimovun ailəsi tərəfindən onun əziz xatirəsinə həsr olunaraq yaradılan “Fair Play” mükafatı da ilk dəfə məhz Veyk aan Zee şəhərində baş tutan ənənəvi turnirdə dünya şahmat ulduzlarına təqdim edilib. Bu mükafatla dünyanın ən məşhur şahmatçıları David Navara, Şəhriyar Məmmədyarov, Hou Yifan, Pentala Harikrişna təltif olunublar.

Qeyd edək ki, beynəlxalq qrossmeyster Vüqar Həşimov şahmat üzrə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb, FIDE Qran Pri turnirinin, İtaliyada müntəzəm olaraq keçirilən Reccio-Emiliya şahmat turnirinin və bir çox nüfuzlu turnirlərinin qalibi olub və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinqinə görə dünyanın ən güclü şahmatçılarından biridir.

Xatırladaq ki, “Tata-Steel Masters” Turnirinin 80-ci Yubileyində keçiriləcək qarşılaşmaları bütün dünya diqqətlə izləyəcək. Azərbaycanın tanınmış şahmat ustası Şəhriyar Məmmədyarovun da daxil olduğu şahmatçıların arasında dünya çempionlarıMaqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik və Hou Yifan da var.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!