Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 1-07-2018, 19:13
İdmandakı yarım əsr


Həmişə onlara gedəndə yazı masasının üzərində səliqəli şəkildə qoyulmuş kitablar, qəzet parçaları, vərəqlər diqqətimi cəlb edir. Mütləq vərəqlərin birində hələ bitirilməmiş yazı olur. Bu, onun 1995-ci ildən çalışdığı "Xalq qəzeti"nin növbəti nömrələrindən biri üçün hazırladığı materiallardır...

İdman ictimaiyyətinin və mətbuat nümayəndələrinin əksəriyyətinin çoxdan imzasına bələd olan şəxsi-Əməkdar jurnalist, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Həsən bəy Zərdabi mükafatı laureatı Oqtay Bayramovu 1999-cu ildən, yəni, demək olar ki, dünyaya göz açdığım ilk gündən tanıyıram. Yazı-pozuya gəlməkdə mənə örnək olan, yol göstərən insanlardan birincisidir...

Çox danışmağı sevmir. Amma söz idman jurnalistikasından, ıdmançılarımızın uğurlarından düşəndə elə danışır ki, elə bil, medal qazanan onun öz oğlu, qızıdır. Həmkarlardan birinin-Əməkdar jurnalist İttifaq müəllimin(Ittifaq Mirzəbəyli) söylədiyi kimi, onun dilini açmağı ancaq idmançılar bacarır. "Qarabağ" əzmkar qələbə qazananda, şahmatçılarımız ağır keçən partiyalardan "mat" deyərək ayrılanda, güləşçilərimiz rəqib kürəyini yerə vuranda...Oqtay müəllimin sevinci elə üzündən oxunur...

Növbətçi olduğu günlər evə gecə saatlarında-ən yaxşı halda ikidə, üçdə qayıdır. Və bir neçə saatdan sonra-uzağı səhər səkkizdə kostyumunu geyinir, qeydlər apardığı vərəqləri və qələmini götürüb yenidən redaksiyaya yollanır. Son bir neçə ildir ki, işi lap çətindir. Qala qəsəbəsindəki bağ evlərindən gedib-gəlir işə. Xeyli yol var. Amma Oqtay müəllim də əsl idmançı əzmkarlığına sahibdir. Nə yorulur, nə usanır. Heç bu barədə düşünmə də, baba!

50 ildir ki, idman jurnalistikasında çalışan Oqtay Bayramov 1966-1967-ci illərdə Kuba Respublikasında tərcüməçi işləyib. 1965-1995-ci illərdə "İdman-Sport" qəzetləri redaksiyasında tərcüməçi, ədəbi redaktor, xüsusi müxbir, şöbə müdiri, redaktor müavini, baş redaktorun birinci müavini vəzifələrində çalışıb. 1995-ci ilin noyabrından "Xalq qəzeti"nin əməkdaşıdır. 1980-1986-cı illərdə Yuqoslaviya, Çexoslovakiya, Macarıstan və Meksikada basketbol, həndbol və futbol üzrə Avropa və dünya çempionatlarının, 1993-cü ildə isə Hollandiyada gənclərin Avropa Olimpiya Həftəsini birbaşa yarış meydanından işıqlandırıb. Bir neçə kitabın müəllifi, redaktorudur. Elə bu yaxınlarda da “Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi adlı” növbəti kitabı işıq üzü gördü. Düşünürəm ki, bu kitabı ərsəyə gətirməklə Oqtay müəllim jurnalistikadakı 50-ci ili münasibətilə(1 iyul) ən böyük hədiyyəni özü özünə verdi. Amma o, nə jurnalistikadakı yarım əsrini, nə də yeni kitabının çapdan çıxmasını təmtəraqla qeyd etmir. Belə şeylərdən çox uzaqdır. Sadəcə təbrik edənlərə “çox sağ ol” deməklə kifayətlənir.

Bəlkə, bu sətirləri də Oqtay müəllim elə işdə oxuyacaq. Eynəyini taxıb hər cümləni diqqətlə nəzərdən keçirəcək və sonra da yenidən yarımçıq qoyduğu işə davam edəcək. İşi heç qurtarmır-nə evdə, nə də redaksiyada. İdmançılarımızın parlaq uğurları davam etdikcə onun da işi qurtarmayacaq. İnanıram ki, hələ 60, 70 il və daha çox o, öz qələmi ilə idmançılarımızın qələbə yollarına işıq salacaq. Bu yolda sənə daha böyük uğurlar, qranit kimi möhkəm addımlar arzulayıram, baba! Mənim səndən öyrənəcəyim hələ çox şey var.

P.S: Necə xoş təsadüfdür ki, biz həm də milli mətbuat günü ərəfəsindəyik (22 iyul). Fürsətdə istifadə edib idman jurnalistikamızın ağsaqqallarından biri olan Oqtay müəllimi bu münasibətlə də ən xoş arzularla təbrik edirəm.

Kənan Novruzov



Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!