“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
Tarix : 10-04-2017, 19:51
IV İslam Həmrəyliyi Oyunlarının talismanları məktəblilərin qonağı olublar

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Təhsil proqramı” çərçivəsində paytaxtın orta təhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlərə aprelin 10-da yekun vurulub.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakıdakı 6, 18, 23, 145 və 160 nömrəli orta məktəblərdə, həmçinin Elitar Gimnaziyada keçirilən tədbirlərdə şagirdlərə mayın 12-22-də Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları barədə ətraflı məlumat verilib.

III-V sinif şagirdlərinin qatıldıqları tədbirlərdə “Bakı-2017”nin talismanları – “Cəsur” və “İncə” də iştirak ediblər.

Tədbirlərdə bildirilib ki, Azərbaycanın milli sərvəti, dünyada məşhur olan Qarabağ atları IV İslam Həmrəyliyi Oyunlarının talismanı seçilib və cəmiyyətə təqdim olunub. İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları Oyunların təbliğində mühüm rol oynamaqla yanaşı, IV İslam Həmrəyliyi Oyunlarının simaları olub. “İncə” atı zəriflik və gözəllik nümunəsi ilə bərabər, incəliyi və məlahəti əks etdirir. “İncə” adət-ənənələri və milli dəyərləri təmsil edir. Məharətli, mərd və məqsədyönlü “Cəsur” Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilir. Məqsədlərinə nail olmaq üçün heç bir çətinlikdən qorxmayan, iradəli və əzmkar olan “Cəsur” mehribanlığı, hər kəsə sevgisi və diqqəti ilə tanınır.

Tədbirlərdə şagirdlər arasında müsabiqələr və yarışlar təşkil olunub.

DJ-lərin müşayiəti ilə rəqs edən məktəblilərə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Maarifləndirmə tədbirləri ümumilikdə 1300-dək şagirdi əhatə edib.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!